Yağışda islanan maska virusdan qoruma xüsusiyyətini itirə bilərmi? - Professordan CAVAB
Qış dövrünün gəlməsi ilə maska taxılmasına görə, bəzi suallar da gündəm olmağa başlayır. Yağışlı, qarlı havalarda nəmlənən tibbi maskaların virusdan qoruyub qorumayacağı da bunlardan biridir.
BiG.AZ lent.az-a istinadən məlumat verir ki, Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Professor Mehmet Ceyhan bu barədə önəmli açıqlamalar verib:
- "Maskalar müəyyən mikroskopik deşikləri olan bir quruluşdur. Maska islanırsa, bu mikroskopik deşiklər böyüyür, bəzi yerlərdə iplər bir-birinə yapışır" .
Nəfəs aldığımız zaman maskanın nəmləndiyini deyən professor Mehmet Ceyhan bunları da deyib:
"Yağış və ya nəm səbəbiylə maskalar xaricdən islanırsa, öz xüsusiyyətlərini itirirlər. Ancaq bu hal parçadan hazırlanan maskalarda meydana gəlsə, qurudulub yenidən istifadə edilə bilər. Lakin cərrahi maskalardan istifadə edilməməlidir ".
Professor qeyd edib ki, maskalar, müəyyən mikroskopik deşikləri olan quruluşlardır. Maska islanırsa, bu mikroskopik dəliklər böyüyür və bu da damcıların oradan girməsinə imkan yaradır:
"Hər halda, bu maskalar virusun keçiriciliyini azaldacaq və daxil olmasının qarşısını alacaq bir quruluşda deyil. Çünki viruslar bu dəliklərdən qat-qat kiçikdir. Ancaq virus ağızdan tək hava ilə deyil, damcı şəklində çıxdığından bu maskalar damcıları tuta bilər. Yağışdan islandıqda isə bu xüsusiyyətini itirir. Buna görə də maskanı islatmamağa çalışmaq lazımdır".
Standart cərrahi maskaların maksimum istifadə müddətinin 4 saat olduğunu qeyd edən Mehmet Ceyhan bunları da söyləyib:
"Əgər insan maskanı islatmadan düzgün saxlaya bilirsə, məsələn əllə toxunmayacaq bir yerə və ya plastik bir torbaya qoyarsa, 4 saat daha istifadə edə bilər. Səhər geyindiyiniz maska islanmadığı müddətdə, axşama qədər insanı idarə edə bilər, amma ertəsi gün bu maskalardan istifadə etməməlisiniz. Parçadan maskaları da yuyub sonra qurudub bu şəkildə istifadə edə bilərsiniz. Bizim həkimlərin istifadə etdiyi N-95 maskaları da var. Bu maskaları axşam ultrabənövşəyi şüalar altında saxlayaraq 5 günə qədər istifadə edə bilərik. Ancaq vətəndaşların belə bir fürsəti olmadığından uzun müddət istifadə edə bilməzlər. İnsanların normal istifadə etdiyi maskaların 1 günlük olduğunu unutmamalıdırlar" .
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1095 Tarix: 24 oktyabr 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"WhatsApp"da böyük yeniləmə: milyonların işini asanlaşdıracaq funksiya
WhatsApp iOS üçün böyük yeniləmə təqdim edir. Tətbiq artıq cavabsız zəngdən sonra səsli və videomesaj buraxmaq funksiyasını, həmçinin yeni zənglər bölməsini alır. xarici mediaya istinadla xəbər verir ki, WhatsApp iPhone istifadəçiləri üçün istifadəçi təcrübəsini növbəti dəfə yeniləyir. App Store-da 25.35.7
07.12.2025 321 Bu doğum tarixləri "qızıl illər" hesab olunur
Yaş artdıqca təcrübə qazanırıq, təcrübə isə bizə daha geniş baxış bucağı və müdriklik gətirir. İnsan böyüdükcə intuisiya, qabaqcadan duyma və daxili bilik güclənir. Həyatın daha yetkin çağlarında kim olduğumuzu, nəyə ehtiyac duyduğumuzu və bizi ali məqsədimizdən nəyin uzaqlaşdırdığını daha aydın şəkild
04.12.2025 543 Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?
Mütəxəssislərə görə, kartof qızardarkən duz kartoflar yağdan çıxan kimi, yəni hələ isti və üzəri yağlı ikən əlavə edilməlidir. Çiy kartofa və ya qızartma zamanı duz atmaq, kartofun suyunu buraxmasına və çıtırlığını itirməsinə səbəb olur. İsti səthə səpilən duz isə həm daha yaxşı yapışır, həm də dadı
13.12.2025 177 Dünyanın ən böyük qapalı buz meydançası yenidən açılacaq
Parisdəki "Grand Palais" sarayında dünyanın ən böyük qapalı buz meydançası yenidən açılacaq. xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb. Meydança genişmiqyaslı təmirdən sonra istifadəyə veriləcək. "Grand Palais des Glaces" dekabrın 14-də açılacaq. 2 700 kvadratmetrli
07.12.2025 248 "Ən bahalısı 1200 manatdır" - Alıcı tapılmır
Təxminən Yeni İlin gəlməsinə günlər qalıb. Bayram simvollarının qiyməti isə getdikcə artıb. Bəs bahalaşma nə ilə bağlıdır?. xəbər verir ki, Yeni ili yeni yolka və oyuncaqlarla girmək istəyənlər də az deyil. Satıcıların sözlərinə görə, hər məhsulun öz alıcısı var:. "Ən bahalı yolka 1200 manatdır
07.12.2025 436 Ekrana zərər vermədən televizoru necə təmizləmək olar?
Müasir televizorlar əvvəlki modellər qədər toz çəkməsə də, ekran yenə də gözləniləndən tez çirklənir. Toz yalnız təsvirin keyfiyyətini aşağı salmır, həm də cihazın korpusunun içinə düşdükdə işinə təsir edə və xidmət müddətini azalda bilər. Buna görə ekranın müntəzəm təmizlənməsi vacibdir. Ekranı nə il
07.12.2025 433 "Yolka"nızı evin bu 3 yerində qəti qurmayın
Bayramların əsas rəmzi olan şam ağacını düzgün yerdə yerləşdirmək təhlükəsizliyə görə son dərəcə vacibdir. Canlı ağac bir neçə saniyəyə alışa, süni ağac isə qızmış işıqlar və ya istilik mənbələri yaxınlığında qısa zamanda təhlükə yarada bilər. Buna görə də ağacı harada quracağınızı əvvəlcədən düşünmə
02:09 56 45 dəqiqə dayanan ürəyi işə salan həkim danışdı: "Allah əməyimizi itirmədi"
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan xəstə 45 dəqiqəlik mübarizədən sonra həyata qaytarılıb. Pasiyentin həyatını xilas edən həkim Jalə Müslümova Baku TV-yə danışıb və pasiyentin həyatını xilas etdiyi üçün çox böyük sevinc hissi yaşadığını deyib
13.12.2025 193 Həkimlər evə yolladı, süni intellektdən soruşdu - dərhal xəstəxanaya qaçdı
Norveçdə yaşayan 49 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxananın Təcili yardım şöbəsinə müraciət edib. İlkin müayinədən sonra həkimlər onun vəziyyətinin ciddi olmadığını bildirərək mədə turşuluğuna qarşı dərman yazıb evə göndəriblər. Lakin ağrıları səngiməyən xəstənin həyatını bu dəfə süni intellek
07.12.2025 592