Ön cəbhədə xidmət edirəm və özümlə fəxr edirəm! - Yəhudi əsilli Azərbaycan vətəndaşı - VİDEO - xeberler

Ön cəbhədə xidmət edirəm və özümlə fəxr edirəm! - Yəhudi əsilli Azərbaycan vətəndaşı - VİDEO

Ön cəbhədə xidmət edirəm və özümlə fəxr edirəm! - Yəhudi əsilli Azərbaycan vətəndaşı - VİDEOYəhudi əsilli Azərbaycan vətəndaşları Dağlıq Qarabağda cəbhənin ön xəttində xidmət edirlər və hər gün daha çox torpaqlarımızın erməni işğalından azad edilməsinə kömək edirlər.

BiG.AZ Trend-ə istinadən bildirir ki, bu cəsur oğlanlardan biri də cəbhəyə ilk gedənlərdən biri olan Daniel Zabrailovdur.

D.Zabrailov bu barədə video çəkərək Azərbaycanın Quba rayonunda anadan olduğunu qeyd edib:

"Bu gün ön cəbhədə xidmət edirəm və özümlə fəxr edirəm! 30 ildir işğal altında olan torpaqları azad edəcəyik. Biz bundan əminik! Dostlarım və mən buna ürəkdən inanırıq. İsrail xalqına müraciət etmək istəyirəm - bizə dəstək olun, bizim üçün dua edin! Haqq Azərbaycanladır! Qarabağ Azərbaycandır!".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2982   Tarix: 17 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş