Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gəncənin atəşə tutulması ilə bağlı bəyanat yayıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gəncənin atəşə tutulması ilə bağlı bəyanat yayıbAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən Gəncə şəhərini müxtəlif növ silahlardan atəşə tutması nəticəsində qadın və uşaqların həlak olması və xəsarət alması hallarına dair bəyanat yayıb.

Dövlət Komitəsindən BiG.AZ-a daxil olan bəyanatda deyilir:

"11 oktyabr 2020-ci il tarixdə gecə saat 02 radələrindən etibarən cəbhə zonasından kənarda yerləşən Gəncə şəhərinə təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya qurğuları və raketlərdən açılan atəş nəticəsində mülki əhalinin qəsdən hədəf seçilərək qətlə yetirilməsi davam etməkdədir.

10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən tərəflər arasında humanitar məqsədləri əks etdirən atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan əhalinin sıx məskunlaşdığı Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını raket atəşinə tutmuşdur. Erməni terroru nəticəsində qadın və uşaq daxil olmaqla 9 dinc sakin qətlə yetirilmiş, 34 nəfər yaralanmışdır. Eyni zamanda dağıntılar altında hələ də xilas edilməsini gözləyən günahsız insanlar qalmaqdadır. Gəncədə baş vermiş bu terror hadisəsi erməni siyasi-rəhbərliyinin vandal əməllərinin növbəti təzahürüdür. Təəssüflər olsun ki, Ermənistanın hərbi və insanlığa sığmayan cinayətləri hələ də cəzasız qalmaqdadır.

Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə azərbaycanlılara qarşı baş verən erməni təxribatı vəhşiliyin, vandal davranışın və uşaq qətllərinin bariz nümunəsidir. Beynəlxalq humanitar hüququn norma və prinsiplərinə, eləcə də atəşkəsə məhəl qoymayan Ermənistanın bu qeyri-insani davranışlarına lazımi qiymət verilməli, günahsız insanların qanı yerdə qalmamalı və terrorçular layiqli cəzalarını almalıdırlar.

Bundan əlavə, Ermənistanın Cənubi Qafqazda ən böyük Azərbaycan İstilik Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, region üçün strateji əhəmiyyətli iri sənaye şəhəri Mingəçevirə atdığı raketlərin Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilməsi baş verməsəydi, bu hadisənin ciddi fəlakətlə nəticələnməsi qaçınılmaz olardı.

Biz, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq beynəlxalq səviyyədə insan hüquqları, xüsusilə qadın və uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul olunmuş "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamələrinə, BMT-nin "Uşaq Hüquqları haqqında" Konvensiyasına, BMT Təhlükəsizlik Şurasının "Silahlı münaqişələr zamanı uşaqların qorunması tədbirləri haqqında" 2427 qətnaməsinə məhəl qoymayan Ermənistan tərəfinin Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçərək canlarına qəsd edilməsi ilə nəticələnən müharibə cinayətlərinə son qoyması üçün qətiyyətli addımlar atmağa və bu terrorçu əməllərinin qarşısının alınması istiqamətində lazımlı qərarlar qəbul etməyə çağırır, təcavüzkara layiqli şəkildə münasibət bildirmələrini tələb edirik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 880   Tarix: 11 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

02.05.2024 467
.

"Azərbaycan insanların hüquq və azadlıqlarının,media azadlığının yüksək səviyyədə təmin olunduğu, tolerant, humansit dövlətdir"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasındakı mövcud əlaqələrin daha da dərinləşməsinə və münasibətlərin gələcək inkişafına təkan verəcək. Ölkə Başçımızın Almaniyada yüksək səviyyədə qarşılanması və. Berlində keçirilən "15-ci Petersberq İqli

02.05.2024 149
.

Gürcüstanda etiraz aksiyaları toqquşmalara çevrildi - VİDEO

Gürcüstanda təhlükəsizlik qüvvələri "xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edərkən parlament binasını mühasirəyə alaraq girişləri bağlamağa çalışıblar. BİG.AZ xəbər verir ki, polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Həmin videonu təqdim edirik:

02.05.2024 256
.

Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib. xəbər verir ki, Makron the Economistə müsahibə verib. "Mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən biri ilə üzləşirik" ,- deyə o bildirib

02.05.2024 211
.

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var - VİDEO

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Məlumata görə, partlayış və ardınca baş verən yanğın nəticəsində bir nəfər xəsarət alıb. Hadisə yerinə polis, Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdar

02.05.2024 189
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

02.05.2024 434
.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

14:02 0
.

Tarkan yoldaşı ilə evlilik ildönümünü belə qeyd etdi- FOTOLAR

Türkiyəli müğənni Tarkan yoldaşı ilə evliliyinin 8-ci ildönümünü qeyd edib. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Evlilik ildönümümüzün olduğu bu günlərə romantik bir tbt yaraşır. 2016-cı ildə evlənəndən bir neçə həftə sonrakı günlərdən şirin kadrlar" ,- deyə o bildiri

02.05.2024 1083
.

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO

Bakıda kişi küçədə özünü yandırmağa cəhd edib. Bu barədə görüntülər -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 51 ünvanında baş verib. Özünü yandırmağa cəhd göstərən şəxsə ətrafdakılar və hadisə yerinə gələn polis əməkdaşları müdaxilə edib

12:12 304