Məktəblərdə COVİD-19 təhlükəsi - Xroniki xəstəliyi olan şagirdlərə həkim tövsiyələri

Məktəblərdə COVİD-19 təhlükəsi - Xroniki xəstəliyi olan şagirdlərə həkim tövsiyələriMəktəblərdə koronavirusa yoluxan şagirdlərin sayı artır. Təhsil Nazirliyindən bildirilir ki, bu günə kimi ölkə üzrə məktəblərdə işçi heyəti arasında 35, şagirdlər arasında 125 yoluxma faktı qeydə alınmaqla, ümumilikdə 156 nəfər COVID-19-a yoluxub.

Azyaşlılar üçün COVİD-19 infeksiyasının təhlükəli olmadığı bildirilsə də, xroniki xəstəlikləri olan uşaqlar istisna edilir. Virusun bu uşaqlar üçün hətta ölümlə nəticələnəcəyi deyilir. Bəs bu hansı xəstəliklərdir, məktəb mövsümünü də nəzərə alsaq, valideynlər nə kimi qabaqlayıcı tədbirlər görməlidirlər. Bütün şagirdlər üçün maska taxmaq vacibdirmi? Bu və digər suallarla bağlı pediatrlardan mövqe öyrəndik.

BiG.AZ bildirir ki, "Yeni Müsavat"a danışan tanınmış uşaq həkimi Əli Quliyev bildirdi ki, şəkər, ürək, ağciyər xəstəliyi olanlar və immun sistemində problemi olan uşaqlar COVİD -19-u bir az ağır keçirirlər: "Bu uşaqlar təkcə COVİD-19-u deyil, bütün tip xəstəlikləri bir az ağır keçirirlər. Yəni adi qripə və digər bütün xəstəliklərə qarşı həssasdırlar.

Məktəblərdə COVİD-19 təhlükəsi - Xroniki xəstəliyi olan şagirdlərə həkim tövsiyələriHəkim xroniki xəstəliyi olan uşaqlara qrip peyvəndinin vurulmasını da vacib sayır: "Şəkər, ağciyər, ürək xəstəlikləri olan uşaqlara qrip peyvəndi vurula bilər. Əks göstəriş yoxdursa, mütləq şəkildə qrip peyvəndinin vurulmasını tövsiyə edirik. İmmun sistemini artıran elə bir dərmanlar da yoxdur. Bu səbəbdən də qidalanmaya xüsusi fikir vermək lazımdır".

Məktəblərdə COVİD-19 təhlükəsi - Xroniki xəstəliyi olan şagirdlərə həkim tövsiyələriTanınmış pediatr Aytən İsmayılzadə isə qeyd etdi ki, Azərbaycanda xroniki xəstəliyi olan uşaqlar çox azdır: "Belə xəstəliyi olanlar üçün adi qrip belə təhlükəlidir. Necə qripdən qoruyurlarsa, bu virusdan da uşaqları o qaydada qorumaq lazımdır. Ümumiyyətlə, Azərbaycanda nə qədər koronavirusa yoluxan uşaq olubsa, onların arasında bir nəfər belə vəfat etməyib. O demək deyil ki, yoluxanlar içərisində xroniki xəstəliyi olanlar yox idi. Var idi, heç nə də baş vermədi. Demək ki, onlara ağırlaşdırıcı təsiri olmayıb. Dünyada ümumiyyətlə, uşaqlar arasında koronavirusdan ölüm 0.2 faizdən aşağıdır".

Pediatr uşaqların Covid-19-a yoluxması ilə bağlı dünya təcrübəsindən də danışdı: "Aprel ayında Fransada keçirilmiş bir təcrübədə Covid xəstəsi olan bir uşaq 172 nəfər insanla təmas etmiş, ancaq onların heç birində yoluxma qeydə alınmamışdı. İspaniyada yay düşərgəsində 1900 nəfər ( uşaqlar daxil) arasında virusun necə yayıldığı müşahidə edilib və uşaqların yoluxdurma əmsalının 0.2 olduğu, böyuklərdə isə bu rəqəmin 1.7-2 arasında olduğu təsbitlənib. Umumdunya Səhiyyə Təşkilatı (ÜST) yalnız 12 yaşdan yuxarı uşaqların maska taxmasını lazım bilib. Bu, o deməkdir ki, 12 yaşadək uşaqlar xəstəliyin yayılmasında ciddi rol oynamır. ÜST-ün rəhbəri Dr. Qebreyesus da bildirib ki, uşaqların, gənclərin üzərində ən pis nəticələr gözə alındığında məktəblərin bağlanması ən son çarə olmalıdır. ÜST-dən o da bildirilib ki, dünya üzrə Covid-19-a yoluxma hallarının 10 faizindən azı, ölüm hallarının isə yalnız 0.2 faizi 20 yaşdan aşağı insanların payına düşür. İngiltərədə aparılan uzunmüddətli araşdırmalara görə isə uşaqların evdə qalmaqdan Covid-19 virusundan daha çox zərər gördüyü təsdiqlənib".

A.İsmayılzadə dedi ki, hazırda virus uşaqlar üçün təhlükəli deyil: "Məktəblərdə də xüsusi nə isə etməyə ehtiyac yoxdur. Uşaqlar məktəbdən deyil, evlərində böyüklərdən yoluxurlar. Bu da həmişə baş verəcək, buna adi yanaşmaq lazımdır, böyütmək də lazım deyil. Çünki virus artıq zəifləyib. Əvvəlki kimi pik həddə deyil".

A.İsmayılzadə distant təhsilin uşaqların səhhətləri üçün təhlükəli olduğunu deyib: "Distant təhsili boykot etmək lazımdır. Heç kim onlayn dərsə girməsin. Repetitorluq böyük siniflərə lazımdır, hansı ki, 9-11 ci sinif şagirdləri ali məktəblərə hazırlaşırlar. İbtidai sinif şagirdlərinə, gələcəyə təsəvvürü olmayan uşaqlara kollektiv lazımdır. Onları kompüter, telefon qarşısında məcburi əyləşdirmək olmaz. Bu onların psixologoiyasına da mənfi təsir edir. Bu uşaqların gələcəyi sual altındadır. Uşaqlar daha sonra belə psixoloji gərginlikdən özlərini öldürə bilərlər".

Məktəblərdə COVİD-19 təhlükəsi - Xroniki xəstəliyi olan şagirdlərə həkim tövsiyələriQeyd edək ki, Təhsil nazirinin müşaviri Rüstəm Ağayev mediaya açıqlamasında bildirib ki, bu günə qədər heç bir şagirddə məktəbin içində yoluxma faktı qeydə alınmayıb. Onun sözlərinə görə, məktəblərin içində şagirdlər arasında yoluxma yoxdur: "İyun və ya avqust ayındakı respublika üzrə gündəlik statistikanı təhlil etsək, görərik ki, bu insan hansısa formada məktəbə və ya universitetə bağlıdır. Bu dəqiqə yoluxmaların sayı stabildir. Məktəblərin bağlanılması ilə bağlı narahatlığa heç bir əsas yoxdur. Bu, ümumi epidemioloji vəziyyətdən asılı olacaq. Əgər sərt karantin rejiminə keçilərsə, bu barədə qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1668   Tarix: 26 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960