Saçlarda yağlanmanın səbəbləri: Təbii yollarla aradan qaldırmaq olarmı?

Saçlarda yağlanmanın səbəbləri: Təbii yollarla aradan qaldırmaq olarmı?Günümzdə çoxları yağlı saç problemindən əziyyət çəkir. Suyun, yuyucu vasitələrin dəyişməsindən, bəzən isə aparılan müalicələrdən asılı olmayaraq bu problem aradan qalxmır. Saşlarda yağlanma nədən yaranır? Onu necə aradan qaldırmaq olar? Təbii üsullarla yağlanmanın qarşısını almaq mümkündürmü?

BiG.AZ e-tibb.az-a istinadən Azərbaycan Tibb Universitetinin (ATU) Farmakoqnoziya kafedrasının müdiri, əczaşılıq elmləri doktoru, professor Cavanşir İsayevin saçlarda yağlanmanın səbəbləri və bunun fitotearpevtik müalicəsi ilə bağlı fikirlərini təqdim edir:

Yağlı saçlar - baş dərisinin vəzilərinin həddən artıq aktivliyi ilə əlaqəli olaraq saçların yağlılığının yüksəlməsidir. Başı çox yumağa baxmayaraq, belə saçlar yağlı və hətta çirkli görünür. Ayrı-ayrı zolaqlar şəklində bir-birinə yapışırlar, saç düzümü götürmürlər. Yağlı saçlar problemi trixoloq, endokrinoloq və qastroenteroloqla birlikdə peşəkar yanaşma tələb edir.

Saçların həddən artlq yağlılığının səbəbləri müxtəlif ola bilər:

İrsiyyət. Bu əsas səbəblərindən biridir. Əgər sizin yaxın qohumlarınızın əksəriyyətində saçlar çox yağlıdırsa, sizin də saçlarınız yağlı olacaq. Bu halda saçların artıq yağlılıqla mübarizə aparmaq çətindir, lakin mümkündür.

Hormonal pozulmalar. Bu da əsas səbəblərdən biridir. İstənilən hormonal pozulma saçların vəziyyətinə mənfi təsir edir. Bu səbəbdən əgər siz saçlarınızın həddən artıq yağlanmasını müşahidə edirsinizsə, endokrinoloqun müayinəsindən keçin.

Düzgün olmayan qidalanma. İnsan daim həddən artıq yağlı, şirin qidaları, un məmulatları qəbul edirsə, bu həm də onun saçların vəziyyətinə mənfi təsir edir.

Bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu (hamiləlik əleyhinə həblər, hormonal preparatlar, antibakterial preparatlar və s.) saçların tez yağlanmasına səbəb olur.

Düzgün olmayan baxım saçların vəziyyətinə mənfi təsir edir. Keyfiyyətsiz şampunlar və digər vasitələr, saçların çox isti su ilə yuyulması, lak, gel və s. vasitələrdən tez-tez istifadə edilməsi, fen və s. - bütün bu amillər saçların daha tez yağlanmasına səbəb olur. Streslər, xüsusilə uzunsürən xroniki streslər, saçların daha tez yağlanmasına səbəb ola bilər. Saç tiplərinin xarakteristikası: Normal saçlar sağlam və cəlbedici olur; onlar parlaq, elastik və ipək kimi yumşaq olması ilə fərqlənir. Belə saçlar asanlıqla şəkilləndirilir və uzun müddət yığılmış formasını saxlayır. Bütün bu xüsusiyyətlər normal saçlarda yuyulmadan sonrakı bir neçə gün ərzində saxlanır. Quru saçlar isə cansız görünür. Onlar çətinliklə daranır və yuyulduqdan sonra şəkilləndirilir, lakin asanlıqla bir-birinə dolaşır və ucları haçalanır. Quru saçlar yuyulduqdan sonra, adətən, baş dərisinin dartılması hissi yaranır. Bununla bərabər, quru saçlar uzun müddət kirlənmir və yalnız yuyulmadan sonrakı 7-ci günün sonunda yağlı olurlar.

Yağlı saçların tipik əlamətləri yağlılığın artması; yağlı parıltı, çirkli görüntüdür.

Yuyulmadan bir neçə saat sonra saçlar bir-birinə yapışır və forma saxlamır. Yağlı saçlar toz hissəciklərini sürətlə absorbsiya edir, qoxulu maddələri içinə çəkir. Buna görə də çirkli görünür; onlardan xoşagəlməz qoxu gələ bilər.

Başqa problemlər - kəpək, izafi saç tökülməsi tez-tez yağlı saçların yaranmasına rəvac verir. İsti, rütubətliyin yüksəlməsi və başqa atmosfer təzahürləri saçların yağlılığını gücləndirir. Əksər hallarda yağlı saçlar üz dərisinin yağlılığı ilə müşayiət olunur. Ümumilikdə estetik nöqteyi nəzərdən yağlı saçlar tamamilə xoşagəlməz təsir bağışlayır.

Qarışıq tipli saçlar, bir qayda olaraq, uzun olur; onlar piylə bütünlüklə örtülə bilmir, buna görə də yağlı köklərə və quru, haçalanan uclara malik olur.

Yağlı saçlara qulluğun xüsusiyyətləri: Yağlı saçlara necə qulluq etmək haqda danışmazdan əvvəl saçların bu tipinin "nə sevmədiyini" müəyyənləşdirmək vacibdir. Belə ki, yüksək piy ifrazı zamanı saçları isti su ilə yumaq, başın massajı (tüklü hissəsi), saçların fırça ilə tez-tez daranması, fenlə və isti maşa ilə şəkilləndirilməsi, gel və mum istifadəsi, sıx hörüklərə yığılması, metallik saç sancaqlarından istifadə tövsiyə olunmur. Belə ki, bütün bunlar dəri piyinin əmələ gəlməsini stimulyasiya edir. Bundan başqa, yağlı saçlara sahib olan insanlara uzun buruqlardan və qısa saçların mürəkkəb şəkilləndirilməsindən imtina etmələri məsləhət görülür.

Saçların yağlılığının azaldılması üçün qidalanmanın dəyişilməsi, zərərli vərdişlərdən imtina, vitamin-mineral komplekslərinin və qida əlavələrinin qəbulu, saçlara qulluq vasitələrinin düzgün seçilməsi kimi şərtlərə riayət etmək vacibdir. Bütün klinik hallarda yağlı saçların müalicəsinə trixoloqa müraciət, baş dərisinin və saçların vəziyyətinin kompüter diaqnostikası, saçların spektral analizi vasitəsilə mikroelementlərin təyini ilə başlanır.

Saçların yağlılığının yüksəlməsinə daxili orqanların qeyri-düzgün fəaliyyəti səbəb olarsa, həkim başqa mütəxəssislərə

(endokrinoloq, qastroenteroloq, ginekoloq-endokrinoloq) müraciət edilməsini, əlavə müayinələrin (qanın biokimyəvi analizi, hormon səviyyəsinin təyini, abdominal USM və s.) aparılmasını tövsiyə edə bilər.

Saçları ot dəmləmələri ilə yumaq və ya onları baş dərisinə sürtmək piy ifrazının ləngiməsinə kömək edir. Yağlı başın dərisində yararlı olan dərman bitkilərinə adi dəvədabanı (Tussilago farfara L.), aloe, adi gicitkən (Urtica dioica L.) adaçayı, palıd qabığı, qatırquyruğu aiddir. Yağlı saçlara qulluqda məşhur xalq təbabəti vasitələri onların qatıq və süd zərdabı ilə yuyulmasıdır. Yağlı saçlar problemində şampuna və ya saçları yumaq üçün nəzərdə tutulmuş suya bir neçə damcı berqamot, qızılgül, nanə və sitrus efir yağları əlavə oluna bilər.

Gildən və çiçəksiz xınadan hazırlanmış maskalar baş dərisi üçün yaxşı absorbsiyaedici və seborequlyator təsir göstərir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2367   Tarix: 20 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364