Ölkəmiz "Avroviziya-2021"də İŞTİRAK EDƏCƏK - RƏSMİ

Ölkəmiz "Avroviziya-2021"də İŞTİRAK EDƏCƏK - RƏSMİGələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.

İctimai Televiziya və Radio Yayımları Şirkətindən BiG.AZ-a verilən məlumata görə, 18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq "Avroviziya-2021" mahnı müsabiqəsində ölkəmizi Samirə Efendi təmsil edəcək.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan "Avroviziya"nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

"Avroviziya-2021" mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1332   Tarix: 18 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş