DƏHŞƏTLİ HADİSƏ: Bir ailənin üç üzvü BIÇAQLANDI

DƏHŞƏTLİ HADİSƏ: Bir ailənin üç üzvü BIÇAQLANDI

Astarada bir ailənin üç nəfər üzvü bıçaqlanıb.

Report”un Cənub Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Təngərüd kəndində baş verib.

Belə ki, ötən gecə 1944-cü il təvəllüdlü Seyran Seyfulla oğlu Abdullayev, gəlini 1978-ci il təvəllüdlü Bəsirə Səfər qızı Abdullayeva və nəvəsi 2000-ci il təvəllüdlü Emral Seymur oğlu Abdullayev bədənin müxtəlif nahiyələrində kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlardan ikisi - Seyran və Emral Abdullayevlər dərhal əməliyyat olunublar. Reanimasiyaya yerləşdirilən yaralılardan E.Abdullayevin xəsarətlərinin daha ağır olduğu bildirilir.

Hadisə barədə dəqiq məlumat verilmir. İddialara görə gecə saatlarında evə kimlikləri məlum olmayan maskalı şəxslər daxil olub. Çox güman ki, hadisə qarət zamanı törədilib. Astara rayon polis şöbəsindən məsələnin araşdırıldığı bildirilib.


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 548 Tarix: 17.09.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol