Şəhid Generalımızın rəsmini 50 minə yaxın çay daşından hazırladı - VİDEO

Şəhid Generalımızın rəsmini 50 minə yaxın çay daşından hazırladı - VİDEO

Vətənimizin azadlığı uğurunda canından keçən qəhrəmanların xatirəsi hər birimizin qəlbində yaşayır. Elə Qəbələ sakini Məcnun Rəfiyev kimi. Haqqında danışacağımız qəhrəmanımız Azərbaycan ordusunun general-mayoru, şəhid Polad Həşimovun çay daşlardan partiretini hazırlayıb. O, şəhidin ruhuna olan sevgisini əl işləri ilə ifadə edib.

General Polad Həşimovun portiretinin hazırlanması zamanı 50 minə yaxın xırda çay daşından istifadə olunub.Bir çox tarixi şəxsiyyətlərin portiretlərini hazırlayan Qəbələ sakini Məcnun Rəfiyev deyir ki, bu işə könüllü olaraq başlayıb.O, Polad Həşimovun portiretini hazırlamaqla şəhidin ruhuna olan sevgisini ifadə etmək istəyib. Həttda əl işini hazırlayarkən şəhidin ata yurdundan götürdüyü daşlardan da istifadə edib.

Məcnun Rəfiyev hazırda portiretləri 3 ölçüdə olan xırda daşlardan hazırlayır. O gələcəkdə də müxtəlif tarixi şəxsiyyətlərin, qəhrəmanların portitetini hazırlayacağını bildirib.

Məcnun Rəfiyev deyir ki, Şəhid Polad Həşimovun portiretini hərbi hissələrdən birinə hədiyyə edəcək. (xezerxeber)



BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1044 Tarix: 16.09.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol