Şokolad və ondan hazırlanan şirniyyatların qiymətləri bahalaşır - SƏBƏB

Şokolad və ondan hazırlanan şirniyyatların qiymətləri bahalaşır - SƏBƏBBu il iki dəfə bahalaşan kakaonun qiymətində hələ də yüksələn dinamika müşahidə edilir. Kakaonun bir tonunun qiyməti 10 min dolları keçib. Bu bahalaşma nəticəsində 2024-cü il ərzində və gələn il şokoladın qiymətinin də artacağı gözlənilir. 2023-2024-cü il mövsümündə əvvəlki 12 aya nisbətən kakao istehsalında təxminən səkkiz faiz azalma proqnozlaşdırılır. Fil Dişi Sahili və Qanadakı əsas kakao fabrikləri toxum xərclərini ödəyə bilmədiklərinə görə, istehsalı azaltmağa və ya dayandırmağa qərar verdikləri üçün kakao qiymətləri rekord qırır. Kakaonun əsas istifadə olunduğu sahələrdən biri də şokolad istehsalıdır. Bu məhsulla bağlı baş verən proseslər Azərbaycanda şokolad qiymətlərinə nə dərəcədə təsir edə bilər?

"Kaspi" qəzetinin mövzuya həsr olunmuş məqaləsini təqdim edirik:

Xammaldan asılıyıq

İqtisadçı Rauf Qarayev "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, şokolad istehsal etmək üçün digər ölkələrin xammal məhsuluna ehtiyacımız var: "Bu bitki Azərbaycanda bitmir. Çünki hava və iqlim şəraiti ölkəmizdə kakao bitkisini yetişdirmək və digər ölkələrə ixrac üçün əlverişli deyil. Ona görə də digər ölkələrdən asılı vəziyyətdəyik. Dünya bazarında ən çox kakao istehsal edən, öndə gedən ölkə Fil Dişi, sonrakı sırada isə İndoneziya, Qana, Braziliya, Malayziya və digər ölkələrdir. 2023-cü ildə də bu bitkinin qiymətində bahalaşma müşahidə edilirdi".

Qiymət artımını payızda müşahidə edə bilərik

R.Qarayevin fikrincə, hazırda şokoladların qiymətində artım gözlənilməsə də, gələcək dövr üçün bu, mümkündür: "Bu artım Azərbaycanda şokoladın qiymətinə 10-20 faiz təsir edə bilər. Amma Azərbaycan tək kakaonu almır, həm də satışını həyata keçirir. Hazırda yay fəslinə doğru gedirik. Belə olduğu təqdirdə şokolada olan tələbat da azalır. Bu baxımdan hazırda heç bir təhlükə yoxdur. Amma qiymət artımını payız fəslində müşahidə edə bilərik".

Onlardan heç də geri qalmırıq

İqtisadçının sözlərinə görə, şokolad istehsalında keyfiyyətli hesab oluna biləcək məhsullarımız çoxdur: "Hazırda rəqiblərimiz Rusiya, Türkiyə, Özbəkistan kimi ölkələrdir. Keyfiyyət baxımından onlardan heç də geri qalmırıq. Müasir avadanlıqlar və digər şərait imkan yaradır ki, ölkəmizdə keyfiyyətli şokolad istehsal olunsun. Bu baxımdan digər ölkələrdən asılılığımız da azalır. Amma kakao cəhətdən asılı olduğumuz üçün qiymət artımı daha çox şokolad istehsal edən firmalara təsir göstərə bilər".
Qiyməti formalaşdıran bazardır

Müsahibimiz qeyd etdi ki, bazarda süni qiymət artımları baş verə bilər, lakin buna nəzarət vacibdir: "Qiymətin bahalaşmasının qarşısının alınması üçün daimi monitorinq həyata keçirilməlidir. Çünki qiyməti formalaşdıran bazardır, bəzi hallarda sahibkarlar sui-istifadə hallarına yol verirlər. Sahibkarlar qiyməti qaldırdığı zaman bunu əsaslandıran səbəbləri qeyd etmirlər. Amma monitorinqlər aparılmalı və əsassız şəkildə qiymətləri qaldıran sahibkarlar cəzalandırılmalıdırlar. Bu şəkildə süni qiymət artımının qarşısı alınar".

Tələb və təklif qaydalarına uyğun olaraq...

Qida mütəxəssisi Seymur Qafarovun fikrincə, kakaonun istehsalında problemlər mövcud olduğu üçün şokoladın qiymətində yüksəlmə olması təbii haldır: "Dünyada ən çox bahalaşmaya məruz qalan məhsul kakaodur. Bunun səbəbi dünyada onun təminatçısı olan Afrika ölkələrində istehsal şərtlərinin ağırlaşması, mütəxəssis və işçi heyətinin azalması, torpağın məhsuldarlıq səviyyəsinin pestisidlərin təsiri ilə aşağı düşməsidir. Beləliklə, kakaonun istehsalı da azalır. Tələb və təklif qaydalarına uyğun olaraq az istehsal olunmuş məhsul bazarda bahalaşır".

Tək şokolad bahalaşmayacaq

S.Qafarov bildirdi ki, şokolad və ondan hazırlanan digər şirniyyatların qiymətlərinin də bahalaşması mümkündür. Çünki istehsal müəssisələri xammalı baha qiymətə əldə edir və bu da istehlakçılar üçün ziyandır: "Bu, ictimai iaşə müəssisələri, qənnadı istehsalı sahələrinə də öz mənfi təsirini göstərəcək. Yəni şokoladlı kekslər, bulkalar, bu məhsulun istifadə olunduğu dekorasiyalı tortlar və digər qənnadı məhsullarında - dondurma, kokteyllərin qiyməti də müvafiq olaraq yüksələcək. Həmçinin ölkəmizdə şokolad istehsal edən böyük sahibkarlıq subyektləri və kiçik sexlər şokolad ehtiyaclarının 90 faizdən daha çox həcmini yalnız ölkə xaricindən idxal olunmuş hazır şokolad paxlaları və kakao tozu əsasında ərsəyə gətirir. Onlara bu məhsullar baha başa gələcək. Nəticədə məhsullar istehlakçıya daha yüksək qiymətə gəlib çatacaq. İstehlakçılar bazarda tək şokoladın bahalaşması ilə qarşılaşmayacaq, həmçinin şokolad tərkibli qidaları da baha qiymətə almış olacaqlar. Şokoladın hazırlanmasında isə itki paylarını azaltmaq üçün bu məhsuldan daha diqqətli istifadə olunacaq".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 936   Tarix: 14 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.