Azərbaycan ədəbiyyatı tarixində İLK - Yerli əsərimiz xaricdə BİRİNCİ OLDU

Azərbaycan ədəbiyyatı tarixində İLK - Yerli əsərimiz xaricdə BİRİNCİ OLDUAzərbaycanlı yazıcı, bestseller kitablar müəllifi Rövşən Abdullaoğlunun˝Relslər üzərinə uzanmış adam˝ romanı Amerikanın ˝Readers' Favorite˝ beynəlxalq ədəbi qurumunun təşkilatçılığı ilə keçirilən, ən böyük mükafat fondlarından birinə sahib beynəlxalq ədəbi müsabiqədə qızıl medal qazanıb.

Azərbaycan ədəbiyyatı tarixində İLK - Yerli əsərimiz xaricdə BİRİNCİ OLDUBiG.AZ-a verilən məlumata əsasən, "Readers Favorite" dünya ədəbi tənqid sferasında fəaliyyət göstərən ən nəhəng qurumlardan biridir.

Azərbaycan ədəbiyyatı tarixində İLK - Yerli əsərimiz xaricdə BİRİNCİ OLDUTəşkil etdiyi müsabiqə ədəbiyyat sahəsində böyük çəkisi olan, faktiki olaraq ən böyük mükafat fondlarından birinə sahib (ümumilikdə 95 000 USD), 150-dən artıq fərqli janrda mükafat verən beynəlxalq yarışmadır. Müsabiqədə dünyanın hər yerindən minlərlə əsər iştirak edir.

Kitab "Readers Favorite" müsabiqəsinə təqdim edildikdən sonra bir neçə mərhələdən keçir. Birinci mərhələdə əsər haqqında resenziya yazılır və beş kateqoriya (estetik görünüş, süjet, ideyanın inkişafı, şəkilləndirmə, nəzərdə tutulan auditoriyaya uyğunluğu) üzrə dəyərləndirmə aparılır. Daha sonra birinci mərhələdən uğurla keçmiş kitablar arasında bir neçə ay ərzində təkrar seçim edilir və qaliblər elan olunur.

Məlumat üçün qeyd edək ki, bir çox nominasiyalarda ümumiyyətlə heç kimə medal verilməyib. Çünki yarışın qaydalarına görə, medal qazanmaq üçün əsər mütləq yüksək meyarlara uyğun olmalıdır.

"Readers Favorite"in açıqlamasına görə, bu il konkurs ötən illərlə müqayisədə həddən çox yüksək olub. Bu cür ağır şərtlərlə yarışaraq birbaşa qızıl medal qazanmaq – yüksək nəticədir.

Nəticələr Amerikanın nəhəng beynəlxalq nəşriyyatları, film istehsalçıları və mətbuat orqanları tərəfindən izlənilir və yayımlanır. Qaliblərin kimliyi premial press-reliz vasitəsilə bloqer, jurnalist, naşirlərlərdən və kitab sektorunda fəaliyyət göstərən müxtəlif peşə sahiblərindən ibarət 500 000-ə yaxın abunəçiyə çatdırılır.

"Publishers Weekly" iki buraxılışında bu müsabiqənin nəticələrini işıqlandıraraq 100 000 kitab sektoru mütəxəssisini qaliblərlə tanış edir.

Yarışmanın qalibləri Mayamidə keçirilən tədbirdə mükafatlandırılır. Lakin pandemiya səbəbindən builki müsabiqənin təltif olunma mərasimi 2021-ci ildə baş tutacaq. Müəllif də qalib olaraq həmin tədbirə dəvət edilib.

Xatırladaq ki, Rövşən Abdullaoğlunun hazırda 4 əsəri ingilis, rus, türk dillərinə tərcümə olunub və digərləri də tərcümə olunmaqdadır. Bu kitablardan "Relslər üzərinə uzanmış adam" və "Bu şəhərdə kimsə yoxdur" romanları "Amazon" platformasında satışdadır. Müəllifin əsərləri bundan əvvəl də Amerikanın nüfuzlu ədəbi tənqid qurumları tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycan ədəbiyyatı tarixində İLK - Yerli əsərimiz xaricdə BİRİNCİ OLDUBu göstərici kitablarımızın dünya arenasında layiqli yer tutmağa, vətənimizi, ədəbiyyatımızı gözəl şəkildə təmsil etməyə qadir olmasından xəbər verir.

İnanırıq ki, yazarımız gələcəkdə də vətənimizi beynəlxalq arenada uğurla təmsil edəcək.

Natəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2814   Tarix: 03 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

TOP MP3