"Qızlar açıq geyimdə İnstaqrama şəkil qoyurlar, onun atası hara baxır?"

"Qızlar açıq geyimdə İnstaqrama şəkil qoyurlar, onun atası hara baxır?""12-13 il ərzində, sənətdə olduğum ərəfədə belə video çəkməmişəm. Ürəyim doludur. Maşınla evə qayıdanda polis bizi saxladı, tanışım idi. 8 Martda video paylaşmışdım ki, qədrinizi bilin, kişilərə aldanmayın. Polis soruşur ki, niyə belə demisən? Soruşuram ki, ola bilməz ki, kiməsə yalan vəd verməmisən. Azərbaycan kişiləri avropalılardan fərqlənir. Həyatdır, bizim kişilər daha qadına düşkündür".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Çingiz Mustafayev qadınların ünvanına deyib. Sənətçi sosial şəbəkədə açıq-saçıq videolar paylaşan xanımlara səslənib:

"Bəzi kişilər qadınları istifadə edirlər. Bu isə yaxşı hal deyil. Bir qızın yetişməyinə ailəsi nə qədər zəhmət sərf edir ki, həkim və ya başqa vəzifədə olsun. Buna görə demişəm ki, aldanmayın. Kişilər söz verir ev, maşın alacam. Bizimkilər xoşlayır ki, oturanda masaya pulqabı atsın. Qadın üçün güclü kişi pulludur. Normal düşüncədir, övladını hamı yaxşı böyütmək istəyir. Bundan da istifadə edən kişilər olur.

Təəssüf ki, qadınlar çox əlçatan olublar. Kişilərin gözü ilə baxanda acınacaqlıdır. İnstaqram çıxan gündən bəri hər şey pisləşir. Bir qadın ombasını, ora-burasını çəkib qoyur. Bunu da normal adlandırır. Bu normal bizi hara aparır? Bilirəm, mənim işimə qalmayıb. Yazacaqsınız, sənə nə? 20-30 il qabaq biz başqa idik, normal dəyərlərimiz var idi. Bunlar azalmağa başladı. Mentalitetə lağ edənlər çoxaldı. Avropa olmağa başladıq. Avropalılardan nə götürürük? İstəyərdim "azərbaycanlı" deyəndə ağıla elm gəlsin. İstəyirəm xalqım hər zaman yüksəklərdə olsun.

Məşhur insanlar var ki, xarici mediada görsənirlər. Azərbaycanın adını aşağı aparırlar. Biz millət olaraq o insanların gözündə necə görünürük? Yaradıcı insanlar ölkənin bayrağını qaldırır, dövlət dəstək olur. Amma bəzi parazitlər bizi gözdən salır. Ulduz olmaq sevdası, özünü gündə 30 dəfə çəkib paylaşmaq nədir? Qadınların yaratdığı ucuz obraz o şəraiti yaradır ki, kişilər qadınlardan istifadə etsin. Qadın özündə olmalıdır, qayğısına qalmalıdır.

Geyimlə problemim yoxdur. Açıq-saçıq geyinmək müasirlik deyil. Bunun başqa adı var, səsləndirmək istmirəm. İnsan yerində qısa geyinib gözəl görünə bilər. Amma yeri gəldi-gəlmədi geyinən özünü satışa qoyub. Cavan oğlanlardan heç danışmaq istəmirəm. Bunun atası, qardaşı, əmisi hara baxır?

Cavan oğlanlar baxırsan "Tik-Tok"da... Deyirsən, bu niyə belə edir, necə geyinir: dodağını dişləyir, göz süzdürür. Düşünürsən ki, bu evlənəcək, uşağına nə tərbiyə verəcək? Böyük danışıram, bəli.

İstəyirəm xanımlarımız öz ayaqları üstündə dursunlar, kiməsə möhtac olmasınlar, nələrləsə öyünməsinlər: fılankəslə görüşürəm, maşınım, evim var. Oxusunlar, xaricə getsinlər".


BiG.Az
Telegramda izləyin
  Baxılıb: 1681   Tarix: 15 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu insanlara qrip əleyhinə peyvənd pulsuz vurulacaq SİYAHI

Səhiyyə Nazirliyi tərəfindən mövsümi qrip əleyhinə peyvəndlər alınıb. Həmin peyvəndlər dövlət hesabına əhaliyə vurulacaq. xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan "Gün Başladı" verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin İSİM-in şöbə müdiri Səbinə Babazadə deyib. O bildirib ki

22.10.2020 1345
.

Ağır qəza törədən reperin qanında NARKOTİK AŞKARLANDI

Xəbər verdiyimiz kimi, Rusiyada "Elley" ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib. -a istinadən bildirir ki, hadisə ötən gün Moskvanın Ostojenko küçəsində baş verib. O, idarə etdiyi "Infiniti" markalı avtomobillə "Mercedes"lə toqquşub v

23.09.2020 1997
.

"Bir insanla hər şey dəyişir..." - Aysun - FOTO

Müğənni Aysun İsmayılova sosial mediadakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki. müğənni instaqram hesabında yeni fotosunu paylaşıb. O. fotoya: "Hər şey dəyişir.bəzən zamanla, bəzən də bir insanla" sözlərini yazıb. Sözügedən fotonu təqdim edirik:

06.08.2020 3548
.

ŞAD XƏBƏR: Bu şəxslərə MÜAVİNƏT TƏYİN OLUNDU

Bu ilin əvvəlinədək və cari ilin ötən dövründə pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan 23 min şəxsə yaşa görə müavinət təyin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən -a verilən məlumata görə, bununla həmin vətəndaşlar əvvəlki qanunvericilikdə nəzərdə tutulan yaş hədlərin

11.09.2020 3286
.

Nadir Qafarzadə "AYTƏNLƏ ÜZ-ÜZƏ" - VİDEO

ın "AYTƏNLƏ ÜZ-ÜZƏ " verilişində qonaq olan müğənni Nadir Qafarzadə maraqlı açıqlamalar verib. Verilişdə bəzi məqamlara toxunan sənətçi göz yaşlarını saxlaya bilməyib. AYTƏN SAKİTQIZI

14.10.2020 2248
.

Bu universitet avaralıq üçün 1 600 avro qrant verir

Almaniyanın Hamburq şəhərindəki İncəsənət Universiteti özünü heç nə etməməyə həsr edənlərə 1 600 avro miqdarında 3 təqaüd təklif edir. "Report" "The Guardian"a istinadən xəbər verir ki, namizədlər (Almaniya vətəndaşları) sentyabrın 15-dək müsabiqədə iştirak etmək üçün müraciət etməl

27.08.2020 1111
.

"Keşlə"də vəziyyət GƏRGİNDİR:Baş məşqçi və futbolçu arasında QALMAQAL

"Keşlə"nin futbolçusu Aleksandr Kriştovao ilə komandanın baş məşqçisi Yunis Hüseynov arasında qalmaqal baş verib. xəbər verir ki, hər iki şəxs "Report"a açıqlamasında bir-birini yalan danışmaqda günahlandırıb. Klubun düşərgəsini icazəsiz tərk etməsi ilə bağlı ittihamları rədd edə

21.09.2020 1308
.

Hot Shapers Neotex - Arıqlama jileti

Məhsul haqqında. Bu, sizə arıqlamağa kömək edən innovativ vasit' - Hot Shapers' arıqlamaq üçün jilet. Neotex, xətti və daxili temperaturu artıran, "ağıllı" parça texnologiyasının tətbiqi ilə hazırlanıb.Sizin gündəlik işlər ilə məşğul olaraq bədəninizin tər tökmək vasitəsiylə artı

31.07.2021 296
.

Bahar Candanı görən kimi oteli tərk etdi

Müğənni Murad Boz Bodrumda qaldığı oteli tətili bitməmiş tərk edib. Axşam.az xəbər verir ki, buna səbəb dincəldiyi otelin idman zalında Bahar Candanı görməsi olub. Boz elə həmin gün də oteldən çıxıb. Qeyd edək ki, 3 il əvvəl sənətçi aktrisa Aslı Enverlə sevgili olduğu ərəfədə Eser Yenenlərin evində Canda

05.08.2020 2432
.