Dünya bazarında sürətlə bahalaşan məhsullar bunlardır

Dünya bazarında sürətlə bahalaşan məhsullar bunlardır

Qəhvə, kakao, pambıq və şəkər dünya birjalarında ən sürətlə bahalaşan məhsullar olub.

BiG.AZ Trend-ə istinadən bildirir ki, son bir ay ərzində London birjasında kakao fyuçersləri 17 faiz bahalaşıb. Hazırda kakaonun bir tonunun qiyməti 2 488 dollar təşkil edir.

Bu müddət ərzində qəhvə fyuçerslərinin qiyməti 14 faiz artıb. Pambıq və şəkər isə müvafiq olaraq 10 və 19 faiz bahalaşıb.

Bununla belə, koronavirus pandemiyasının ilk günlərində bu məhsullar kəskin ucuzlaşmışdı.

Ümumilikdə qida məhsullarının qiymətləri dünya üzrə ikinci aydır ki, bahalaşmaqda davam edir. Miqrant işçilərin çatışmazlığı və istehsalın azalması səbəbi ilə bitki yağı 7,6 faiz, süd məhsulları 3,5 faiz, şəkər 1,4 faiz bahalaşıb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1120 Tarix: 12.08.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol