Çörəkdə olan ən təhlükəli kif göbələyi: Kifli çörəyi yedikdə nə baş verir?

Çörəkdə olan ən təhlükəli kif göbələyi: Kifli çörəyi yedikdə nə baş verir?Çörək karbohidrat və kalori mənbəyi kimi insanın əsas qida vasitəsidir. Tərkibində olan yüksək bitki zülalı, Omeqa-6 yağ turşusu, mineral və vitaminləri ilə orqanizmi təmin edir, həzm prosesini aktivləşdirir. Yüksək qlikemik indeksə malik çörək tez kiflənən məhsuldur. Çörəkdə olan kif göbələkləri münbit şəraitdə çoxalır.

Bu, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun aparıcı mütəxəssisi Vüsal Qocayevin çörəkdə yaranan kif göbələyi barədə hazırladığı məqalədə bildirilib.

Mütəxəssis bildirib ki, bu cür hallar vaxtı keçmiş, keyfiyyətsiz çörəklərdə olur. Belə kiflər insan sağlamlığı üçün çox təhlükəlidir: "Bəzən bir sıra istehsalçılar yeni partiya çörək-bulka məmulatlarının istehsalı zamanı xəmirin tərkibinə vaxtı ötmüş, xarab olmuş, qurumuş məhsul qatırlar. Bu, yolverilməz haldır. Təzə xəmirə az sayda göbələk sporunun düşməsi kifayətdir ki, bütün məhsul partiyası yararsız vəziyyətə düşsün".

Qeyd olunub ki, çörəkdə olan kiflərin təhlükəlilik səviyyəsini onun rənginə görə müəyyən etmək olur:

Yaşıl - yalnız isti mühitdə çoxalır. Bu növ göbələklərə əsasən çörəkbişirmə müəssisələrində sobalarda rast gəlinir.

Qara - əsasən çörək-bulka məmulatlarında rast gəlinir. Bu növ göbələklərdə sporların çoxalması rütubətli şəraitdə baş verir.

Çəhrayı - əsasən çörək qırıntılarında özünü göstərir. Bu növ göbələkləri kartof xəstəliyi də adlandırırlar. Yoluxma dənli bitkilərin yetişdirilməsi mərhələsində yaranır.

Ağ - insan sağlamlığı üçün çox təhlükəlidir. Taxta materialdan olan çörək dolablarında, arakəsmələrdə, rəflərdə aktiv şəkildə çoxalır.

Boz - göbələyin ən zəhərli növü sayılır. Kif istənilən mühitdə inkişaf edir. Bütün məhsulun tərkibində bərabər şəkildə yayılır, hətta görünməsə belə.

Çörək-bulka məmulatlarında olan istənilən kif insan sağlamlığı üçün təhlükəlidir. Kifli çörəyi sadəcə, iyləmək kifayətdir ki, patogen mikroorqanizmlərin sporları orqanizmə rahat bir şəkildə daxil olsun.

Zəhərlənmənin əlamətləri özünü yaşlı insanlarda, uşaqlarda və hamilə qadınlarda daha kəskin göstərir. Çörəkdə kif yaranmasının bir neçə səbəbi vardır:

-istehsal zamanı sanitar normalara riayət olunmaması;

-məhsulun düzgün şəraitdə saxlanılmaması;

-çörəyin hazırlanmasında keyfiyyətsiz qida məhsullarından istifadə olunması;

-çörəyin yarıçiy bişirilməsi.

Kifli çörəyi yedikdə nə baş verir?

Çörək-bulka məmulatlarında kif göbələyi, ilk olaraq, məhsulun qabığında görünür. Buna görə çoxları sadəcə kifli hissəni kəsib götürür və qalan hissələri yeməyə davam edir. Belə etmək çox təhlükəlidir, çünki görünməyən sporlar məhsulu bütünlüklə əhatə edir və qidalandığımız zaman orqanizmdə ciddi intoksikasiyanın (zəhərləyici maddələrin orqanizmə təsiri nəticəsində əmələ gələn patoloji hal) yaranmasına səbəb olur. Kifli çörəyi iyləmək tənəffüs yollarının xroniki xəstəlikləri riskini meydana gətirir. Bəzi növ göbələklər əsəb sistemini sıradan çıxarır, hormonal fonu pozur, orqanizmin qoruyucu funksiyasını aşağı salır və gələcəkdə bronxial astma və xroniki bronxitin yaranma riskini artırır. Kifli çörəklə qidalanma orqanizmdə bu simptomların meydana gəlməsinə səbəb olur:

-allergik rinit;

-dəridə səpgi;

-epiqastral ağrı;

-ürəkbulanması;

-qusma;

-tezyorulma;

-ishal.

Bəs çörəyi kifdən qorumaq üçün nə etməli?

Burada vacib məsələ çörəyin düzgün şəraitdə saxlanılmasıdır. Bu həm istehsalçıya, həm də istehlakçıya aid olan bir məsələdir. Rütubətli və isti yer göbələyin inkişafı üçün əlverişli mühitdir. Göbələk sporları çörəyə gəmiricilər və həşəratlar vasitəsilə də daxil olur. Mətbəxdə çörəyi saxladığınız yerin təmiz, quru, havalandırılmış olmasını təmin edin. Çörəkqabını tez-tez yuyub qurulayın. Mətbəx şkaflarının arxasına çörək qırıntılarının düşüb, həşəratları cəlb etməsinə imkan verməyin. Çörəyi sellofanda saxlamayın. Əgər çörəkqabında bir çörəkdə az da olsa, kif varsa, artıq yanındakı çörəkdə də kif olması labüddür. Ona görə də hər iki çörəyi daha istifadə etməyin. Standarta görə, çörəyin yararlılıq müddəti 3 gündür. Lakin elə çörək növləri var ki, 2 gündən artıq saxlamaq olmaz.(milli)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1844   Tarix: 09 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018