Duşda olarkən üzünüzü yusanız sizi bu təhlükələr gözləyə bilər

Duşda olarkən üzünüzü yusanız sizi bu təhlükələr gözləyə bilərÇoxları üçün səhərlər kofe ilə deyil, duşla başlayır, həm də onu hər kəs müxtəlif cür qəbul edir: kimsə ilk olaraq başını yuyur, digərləri üçün ilk yerdə bədən qayğısı gəlir, bəziləri isə əvvəlcə üzlərini yumağa üstünlük verirlər. Ancaq az adam bilir ki, duşda üz yumaq nəinki hazırlaşma vaxtınızı, həm də sağlam dərinizin olma şansını azaldır.

BiG.AZ Lent.az-a istinadən məlumat verir ki, dentermatoloqlar üzünüzü duşda yuymağı tövsiyə etmirlər.

Əksər insanlar isti su altında yuyunurlar. Amerika Dermatologiya Akademiyası yalnız ilıq su ilə yuyunmağı tövsiyə edir. Duşdakı suyun isə müəyyən edilmiş normaları aşma ehtimalı var. İsti suda qorxulası bir şey yoxdur, ancaq üzünüzü çox qurudur.

Yüksək temperatur qan damarlarının genişlənməsinə səbəb olur. İsti su həmçinin dərinin sağlam qalmasına kömək edən qoruyucu lipid qatını məhv edir. Nə etməli: əgər siz səhərinizi duşda yuyunmadan təsəvvür edə bilmirsinizsə, əvvəlcə suyun temperaturunu tənzimləməlisiniz. İlıq su, üzünüzün dərisinə duşun zərərli təsirinin riskini azaldır.

Suyun təzyiqi üzünüzün zərif dərisi üçün çox güclüdür. Bu əhəmiyyətsiz boş şey kimi səslənə bilər, amma əslində hər şey çox ciddidir. Nə etməli: üzünüzü suyun güclü təzyiqindən uzaq tutun. Üz yuma üçün sevimli süngərinizdən istifadə edin və ya sadəcə əlinizlə su vurun.

Amerika Dermatologiya Akademiyası, ideal duş alma müddətinin 5 ilə 10 dəqiqəyə qədər davam etməli olduğunu iddia edir. Əgər üzə qulluğu da bu vaxta əlavə etsəniz, o zaman bu diapazon böyüyür. Suda nə qədər uzun zaman qalsanız, dəriniz də bir o qədər zərər görür.

Saçınızı yuyarkən, şampun və balzam tez-tez üzünüzə axır. Dərini qıcıqlandırır. Sabun, duş geli və digər bədənə qulluq vasitələrinin qalıqları da üzün dərisinə mənfi təsir göstərə bilər.

Bir sıra hallarda üzə qulluq edərkən məhz sadə səhvlər dəri üçün problemlər yaradır, onda səpkilərin, vaxtından əvvəl qırışların yaranması ilə nəticələnir, belədə isə gözəllik və sağlamlıq üçün bahalı prosedurların edilməsi zərurəti yaranır. Buna görə də dərinizə qulluq etmək üçün ən sadə üsullardan başlayın. Duşda uzun müddət qalmamaq və yuxarıda sadalanan hər bir qayda buna aiddir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2547   Tarix: 07 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Alimlər dünyada xərçəngə yoluxma hallarının artdığını açıqlayıblar

Xərçəngə yoluxma halları bütün dünyada artır və daha çox gənclərdə diaqnoz qoyulur. Bu barədə araşdırma "BMJ Oncology" jurnalında dərc olunub. Araşdırmalara görə, ABŞ-də 20 il ərzində xərçəng diaqnozunun göstəricisi 12,8% artıb. Tədqiqat, həmçinin bütün dünyada, ilk növbədə Şimali Amerika

13.01.2024 1069
.

Allergik qidaların uşaqların immunitetinə təsiri AÇIQLANDI

"Hazırda mütəxəssislər allergiya ilə bağlı fikirlərini dəyişiblər". Bu barədə rusiyalı uşaq qastroenteroloqu Yekaterina Yablokova danışıb. O qeyd edib ki, əvvəllər həkimlər və valideynlər allergiyası olan uşaqları məhdudlaşdırmağa, onları demək olar ki, qapaq altında böyütməyə çalışırdılar

24.02.2024 909
.

Səhər qəhvə içmək zərərlidir - SƏBƏB

Mütəxəssislər qəhvə içmək üçün ən yaxşı vaxtın yuxudan oyandıqdan bir neçə saat sonra olduğunu iddia edirlər. xarici mətbuata istinadən xəbər verir ki, acqarına çox erkən qəhvə içmək kortizol səviyyəsini artıra və həmçinin həzm problemlərinə səbəb ola bilər. Həddindən artıq kortizol səviyyəsinin depressiyay

26.02.2024 1097
.

Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. "Report"un məlumatına görə, bu barədə "The Guardian" beynəlxalq araşdırmaya istinadən yazır. Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştamına görə yeni pandemiyanın baş verəcəyin

21.04.2024 309
.

ABŞ-də bu mövsüm azı 16 min insan qripdən ölüb

ABŞ-də bu il mövsümi qripdən azı 16 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin dərc etdiyi məlumatda deyilir. ABŞ-nin bəzi ştatlarında mövsümi qripə yoluxma hallarında artım qeydə alınır. Ötən həftə qrip virus

18.02.2024 797
.

Həkim məsləhəti olmadan vitamin qəbul etmək olar?

Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib. Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunite

11.02.2024 833
.

"Fastfood" yaddaş üçün ciddi təhlükədir

"Fastfood" və un məhsulları yemək yaddaşı zəiflədir". Bu barədə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova danışıb. Onun fikrincə, yeniyetməlik dövründə həddindən artıq "zibil" yesəniz, yaddaşla bağlı problemləri aradan qaldırma

21.04.2024 221
.

Yatanda yastığınızın altına 1 diş sarımsaq qoyun, bu xəstəliklərdən qurtulun

Sarımsaq xalq arasında təbii antibiotik kimi tanınır. Yeməklərə qatdığı ləzzətlə yanaşı, sağlamlığa da inanılmaz faydaları var. Təbii ki, ondan düzgün istifadə etmək də vacibdir. xarici mətbuata istinadən xəbər verir ki, yastığın altına sarımsaq qoyub yatmaq, rahat yuxunu qarantiləyir. Sarımsağın daxilindək

10.01.2024 1626
.

Xərçəng xəstəliyi riskini ən çox artıran qida açıqlanıb

Qırmızı ətin normadan artıq istehlakı bağırsaq və prostat vəzi xərçəngi xəstəliyinə tutulmaq riskini artırır. "Report" xəbər verir ki, belə bir xəbərdarlıqla Türkiyənin tanınmış onkoloqu Nilüfər Avcı çıxış edib. Mütəxəssis qeyd edib ki, xərçəng dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdəndir

28.01.2024 2069