XİN: Torpaqlarımızın bir santimetri belə düşmən işğalında qalmayacaq

XİN: Torpaqlarımızın bir santimetri belə düşmən işğalında qalmayacaq16 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində yenidən mövqelərimizə hücum cəhdi olub, Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərində mülki yaşayış infrastrukturları iriçaplı silahlar və artilleriya qurğularından istifadə etməklə atəşə tutulub. Davam edən döyüşlər zamanı Azərbaycan Ordusunun bir hərbi qulluqçusu həlak olub.

XİN-dən BiG.AZ-a verilən məlumata görə, qanlı təxribatçı fəaliyyətini davam etdirən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, təcavüzkar siyasətinin nəticələrini möhkəmləndirmək və gücdən istifadə etməklə yeni təcavüz aktları həyata keçirmək niyyətini açıq şəkildə nümayiş etdirir.

Bir daha bəyan edirik ki, bölgədəki gərginliyin yeganə səbəbkarı Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunu hərbi işğal altında saxlayan, yüz minlərlə azərbaycanlının fundamental hüquq və azadlıqlarını pozan, münaqişənin danışıqlar yolu ilə həllinə birbaşa əngəl törədən Ermənistandır.

Öz iflasa uğrayan daxili siyasətini ört-basdır etmək üçün, təcavüzkar xarici siyasəti möhkəmləndirmək və Azərbaycan ərazilərinin işğalına görə daşıdığı məsuliyyətdən beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq cəhdi edən Ermənistan rəhbərliyi dərk etməlidir ki, Azərbaycan beynəlxalq tanınmış ərazilərinin işğalı faktı ilə heç zaman barışmayacaq və .

Azərbaycan münaqişənin siyasi yolla həllinin tərəfdarı olduğunu hər zaman bəyan edib, lakin bu danışıqların sonsuz olaraq davam etməsi anlamına gəlməməlidir. Azərbaycan nəticəyə yönəlik danışıqları dəstəkləyir və ATƏT-in Minsk Qrupunun həmsədrlərindən də məhz bu istiqamətdə vasitəçilik səylərini gözləyir.

Cəbhədə yaranmış gərginlik və onun doğura biləcəyi bütün nəticələrin məsuliyyəti tam olaraq Ermənistan rəhbərliyinin üzərindədir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1347   Tarix: 16 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 727
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 225
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

16:22 57
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

14:20 401
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 373
.

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro

Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur. Görünüş - eleqant. HONOR Magic6 Pr

10:00 206
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 400
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 493
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

14:45 220