Koronavirusdan sağalanlara peyvənd lazımdırmı? - Mütəxəssis cavab verir

Koronavirusdan sağalanlara peyvənd lazımdırmı? - Mütəxəssis cavab verir
Koronavirusa yoluxan və xəstəliyi ağır keçirən şəxslərə peyvənd lazım deyil, çünki onların artıq yaxşı immuniteti var.

Lenta.ru-nun məlumatına görə, bu barədə Rusiyanın N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq xəbər verib.

O, açıqlamasında belə insanlarda virusa qarşı anticisimlərin güclü qoruyucu titrlərinin yarandığını göstərən çoxsaylı tədqiqatlara istinad edib.

"İmmunitetin nə qədər çəkəcəyini deyə bilmərəm, amma onların yaxın vaxtlarda peyvəndə ehtiyaclarının olmayacağı dəqiqdir", - deyə, epidemioloq bildirib.

Bununla belə, A.Gintsburq koronavirusu başqa cür keçirən xəstələrin peyvəndə ehtiyacının olub-olmadığı barədə heç nə deməyib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 788 Tarix: 16.07.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol