"Tanınmış insanlar istirahətə gedir, əyləncəli paylaşım edirlər" - Namiq əsəbiləşdi

"Tanınmış insanlar istirahətə gedir, əyləncəli paylaşım edirlər" - Namiq əsəbiləşdi"Biz məşhurlar gərək insanları qıcıqlandırmayaq. Sosial şəbəkədə baxıram ki, tanınmış insanlar aşırı əyləncə göstərirlər. Rayona gedirlər, istirahət edirlər və onu paylaşırlar. İctimai insan bunu etməz".

Axşam.az xəbər verir ki, bunu meyxanaçı Namiq Qaraçuxurlu "Zaurla Günaydın" verilişində deyib. Sənətçi rayonlara üz tutan və əyləncəli paylaşımlar edən sənət adamlarını tənqid edib.

Namiq bildirib ki, bu cür paylaşımlar insanları qıcıqlandırır:

"Düşünürəm ki, bəziləri özünü sənət adamı hesab etmir, özlərini ictimai insan kimi görmürlər. Məni də rayona dəvət edirlər, getməyə şəraitim də var. Amma dözürəm, evdə otururam. Mən də tamaşaçı kimi baxıb stresə düşürəm, əsəbiləşirəm. Düşünürəm ki, hamı gedir, mən niyə oturum? Görün adi tamaşaçı necə stress yaşayır. Hər şeyo qoruyacam, o olmaz, bu olmaz bizə aiddir?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2333   Tarix: 13 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş