Koronavirusun səbəb olduğu "buzlu şuşə"nin GÖRÜNTÜSÜ yayıldı - VİDEO

Koronavirusun səbəb olduğu "buzlu şuşə"nin GÖRÜNTÜSÜ yayıldı - VİDEOÇoxlarının kabus hesab etdiyi "buzlu şüşə" nədir? Ağciyərlərdə həqiqətənmi buz və şüşə yaranır?

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün "İnstagram" səhifəsində yazıb.

Koronavirusun səbəb olduğu "buzlu şuşə"nin GÖRÜNTÜSÜ yayıldı - VİDEODöş qəfəsinin kompüter tomoqrafiyasında görünən "buzlu şüşə"nin görüntülərini paylaşan həkim bunun düşündüyümüz qədər qorxunc görüntü olmadığını, təşvişə səbəb olmadığını və belə "mənzərənin" təkcə koronavirus zamanı deyil, digər atipik və ya virus pnevmoniyalarında da yarana bildiyini vurğulayıb:

Koronavirusun səbəb olduğu "buzlu şuşə"nin GÖRÜNTÜSÜ yayıldı - VİDEO"Test neqativ çıxsa belə, bu görüntü varsa, təşvişə düşməyin, müalicəyə başlayın. Ağ ciyərlərdə buz və şüşə olmur".

"Buzlu şüşə" ağciyərin toxumasının şəffaflığının azalmasıdır. Ağciyərin əsas strukturları olan alveollar (kiçik qabarcıqlar) normada hava ilə doludur. Bu səbəbdən sağlam insanın ağciyərinin toxuması şəffafdır və KT-də qara rəngdə görünür. Ağciyərin alveollarında müxtəlif səbəblərə görə hava deyil, maye olanda şəffaflıq pozulur və bulanıq əmələ gəlir. Məhz bu bulanığı həkimlər "buzlu şüşə" adlandırırlar. Başqa sözlə, kompüter tomoqrafiyası müayinəsi zamanı bronx və damar görüntüsünün saxlanması şərtilə, ağciyərin toxuma sıxlığı ilə müşayiət olunan bir görüntüdür.

Hətta, radioloq rentgen müayinəsin ilə nəfəs vermə fazasında da bu spesifik görüntünü görə bilir.

Qeyd edək ki, Elnur Eldaroğlu Azərbaycan Tibb Universitetinin məzunudur. Uzun illər Çin, Rusiya, Ukrayna, Türkiyə və Almaniyada alternativ tibb bölümünə aid fitoterapiya kursları keçib.

2009-2010-cu illərdə Ege Universitetində daxili xəstəliklər şöbəsində çalışıb.

2010-2012-ci illərdə dərman bitkiləri üzrə elmi-tədqiqat araşdırması və müalicəsi ilə məşğul olub.

"Dekorativ bitkilər xalq təbabətində" kitabının həmmüəllifi 2013- cü ildə dərman bitkiləri üzrə elmi iş fəaliyyətinə başlayıb.

"Dr. Eldaroğlu" markası ilə kompleks təsirə malik bir neçə bitki tərkibli dərmanların (Diabennur, Calcinur, Hepanur) tərkibinin müəllifidir.

Apifitoterapiya Mərkəzinin rəhbəri, həmçinin, Avropa Təbiət elmləri Akademiyasının və Türkiyə Apiterapiya cəmiyyətinin fəxri üzvüdür.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3950   Tarix: 07 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723