ABŞ da "TikTok"u qadağan edir

ABŞ da "TikTok"u qadağan edir
ABŞ hökuməti ölkə ərazisində Çin istehsalı olan "TikTok"un istifadəsinə qadağa qoyulmasını nəzərdən keçirir.

BiG.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Fox News" telekanalına müsahibəsində ABŞ-ın Dövlət katibi Mayk Pompeo məlumat verib.

"Biz bunu çox ciddi yanaşırıq və şübhəsiz ki, bunu nəzərdən keçiririk", - Pompeo aparıcının ABŞ-ın daha əvvəllər Hindistanda qadağan edilmiş Çin istehsalı olan sosial şəbəkələrin, o cümlədən də "TikTok" tətbiqinin işinə qadağa qoyulması məsələsinin nəzərdən keçirilməyə ehtiyac olub-olmadığı barədə sualına cavab verərkən deyib.

"İnsanların mobil telefonlarına quraşdırılmış Çin tətbiqlərinə gəlincə, sizi əmin edə bilərəm ki, ABŞ hər şeyi ən düzgün qaydada edəcək", - Pompeo söyləyib.

Aparıcının telefonda "TikTok" tətbiqinin quraşdırmağı tövsiyə edib-etməməklə bağlı sualına isə Pompeo belə cavab verib: "Şəxsi məlumatlarınızın Çin Kommunist Partiyasının əlinə keçməsini istəyirsinizsə, istifadə edin".

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1126 Tarix: 07.07.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol