Rusiyaya səs salan azərbaycanlı müğənni: "Gəncədə dörd manata ofisiant işləyirdim" - VİDEO

Rusiyaya səs salan azərbaycanlı müğənni: "Gəncədə dörd manata ofisiant işləyirdim" - VİDEO"Zhara" leyblı altında Rusiya şou-biznesində "Navai" təxəllüsü ilə fəaliyyət göstərən, əslən azərbaycanlı repçi Nəvai Bəkirov "Youtube"da yayımlanan "вМесте" layihəsinin qonağı olub.

Oxu.Az xəbər verir ki, sənətçi şəxsi həyatı və karyerası barədə etirafları ilə diqqət çəkib.

Beşinci sinifə kimi Moskvada təhsil alan Nəvai ailəsi ilə birgə Gəncə şəhərinə köçdüyünü bildirib:

"Valideynlərim zooparkda işləyirdilər. Onlar hər şəhərdə iki-üç həftə qalır, bütün Rusiyanı gəzirdilər. Moskvanı doğma şəhərim sayıram. Bütün şəhərləri gəzirdik. Bizim daimi yaşayış yerimiz yox idi.

Rusiyanı tərk edib, Gəncə şəhərinə köçdük. Burada cırıq cins şalvar geyindiyinə, şortda gəzdiyinə və ya ana söyüşü söydüyünə görə, sənə irad bildirə bilərlər. Hətta səni aparıb, başa sala bilərlər. Bunları bilmədiyimə görə, daim dava düşürdü. Amma tez öyrəndim. Ən əsası isə böyüklərə hörmət etməyi, onlar gələndə ayağa qalxmağı və s…

2006-cı ildə qardaşım dünyaya gəldi. Ailənin maddi imkanları yaxşı olmadığından, 11 yaşımda işləməyə başladım. Təhsil alırdım, saat ikidə evə qayıdırdım, paltarımı dəyişirdim və sonra işə gedirdim. Günü dörd manata çayxanada ofisiant işləyirdim. İş yerim evimdən dörd kilometr aralı idi. İşə piyada gedib-gəlirdim, qənaət etdiyim pula isə evə çörək alırdım. Bunların sayəsində həyatda nələrisə öyrənə bildim".

Repçi özünü yaraşıqlı saymadığını deyib:

"Özümdən heç zaman xoşum gəlmir. 100 gündə bir dəfə ola bilər ki, saç düzümüm ürəyimcə olsun və ya şəkil çəkdirəndə gülümsəyim, baxanda mənə xoş gəlsin. Hesab etmirəm ki, kişi yaraşıqlı olmalıdır. Kişi hər zaman təmizkar olmalıdır".

N.Bəkirov daxilində ona rahatlıq verməyən məqamlardan da söz açıb:

"Qızlar mənə meyillənirlər. Bu mənada bir az soyuqqanlıyam. Bir insanı çox sevə bilərəm, amma səhv addım atarsa, bir anlıq o sevgi yox ola bilər. Əgər bir qadın xoşuma gəlirsə, bunu ona izah edirəm. Bir-birimizi bəyəniriksə görüşək, əylənək. Amma bir-birimizin arxasınca qaçmayaq. Əgər bir qız yaxşı olacaqsa, o mənim üçün bir hədiyyədir. Ondan mənə başqa heç nə lazım deyil. İçimdə bir dilemma var ki, o məni heç vaxt rahat buraxmır. Hələ indiyə kimi elə bir insan rastıma çıxmayıb ki, o, məni onu sevdiyim qədər sevsin. Qadından deyil, insandan söhbət gedir. Tez aşiq oluram. Dostlarımı da çox sevirəm".

Qeyd edək ki, repçilər HammAli (Alexander Əliyev) və Navai (Nəvai Bəkirov) Rusiyada ən populyar qruplardan biridir. Əslən azərbaycanlı olan məşhurlar Rusiyada yaşayır və orada musiqiçi kimi fəaliyyət göstərirlər.

Onlar 2017-ci ildə məşhurlaşıblar. İlk hitləri "Pustite menya na tantspol" Rusiyanın ən çox dinlənilən 20 mahnısına daxil edilib. Duetin ən son hit mahnısı "Let Me On The Dance Floor" "YouTube"da 90 milyon baxış toplayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2452   Tarix: 02 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785