Ürəyi, sümükləri qoruyan, təzyiqi salan ən ucuz TƏRƏVƏZ

Ürəyi, sümükləri qoruyan, təzyiqi salan ən ucuz TƏRƏVƏZƏn çox sevilən tərəvəzlərdən biri də kələmdir. Kələmi yeməklərdə, salatlarda, yəni bişmiş və çiy şəkildə, eyni zamanda turşu halında istifadə edirik.

Kələm əsasən ağ, yaşıl, bənövşəyi, qırmızı rənglərdə olur. Bəs sağlamlıq üçün kələmin nə kimi faydaları var? Hansı kələm daha faydalıdır?

Mütəxəssislər hesab edir ki, kələm yüksək vitamin, mineral, antioksidant mənbəyidir. Yeməklərdə, salatlarda bol istifadə edilə bilər, kələm turşusu bağırsaqlar üçün daha faydalı sayılır.

Türkiyənin Qara dəniz bölgəsində məşhur olan "karalahana" adlandırılan kələm növünün digər kələmlərdən daha faydalı olduğu bildirilir. Bu kələm xərçəngə qarşı olan qidalar arasında öndə gəlir.

E-tibb.az bildirir ki, Brüssel kələmi həm xərçəngi önləmək qabiliyyətinə malikdir, həm də arıqlamaq üçün faydalıdır.

Kələmin tərkibində daha çox qan laxtalandırma qabiliyyətinə malik K vitamini var. Qanda kalsium səviyyəsini normaya salaraq sümüklərin güclənməsinə təsir edir.

Bu tərəvəzin ürək xəstəliklərinin qarşısının alınmasında da rolu var. Kələm daha çox C vitamini ilə də zəngindir. Bu isə sümük, əzələ, qan damarları üçün çox faydalıdır. Qırmızı kələmin tərkibində ağ kələmlə müqayisədə 30 faiz daha çox C vitamini var.

Kələm həmçinin tərkibində olan B vitamini sayəsində enerji metabolizmini nizamlayır, kilo itkisinə səbəb olur.

Kələm güclü antioksidant təsirə malikdir. Bununla da orqanizmdə çatışmazlığa səbəb olan və "sərbəst radikallar" adlandırılan molekullardan hüceyrələrimizi qoruyur. "Sərbəst radikalların" orqanizmdə çoxluğu isə damarlarda çatışmazlığa səbəb olaraq ürək xəstəlikləri riski yaradır.

Qırmızı kələm antosianinlə zəngindir və ona qırmızı rəng verən də bu maddədir. Antosianin sayəsində ürək-damar xəstəlikləri riski azalır, qan təzyiqi düşür.

Yüksək qan təzyiqinin qarşını almaq üçün də kələm möcüzəli tərəvəz sayılır.

Kələm tərkibindəki potasium sayəsində qan dövranını tənzimləyir. Gün ərzində orta boylu qırmızı kələmin yarısını yemək, orqanizm üçün tələb olunan potasiumun 12 faizini əldə etmək deməkdir.

Kələmin tərkibindəki bir sıra birləşmələrin (indol və izotiosianat) isə tiroid vəzinin xəstəliklərinə yol aça biləcəyi ehtimalları da var. Amma bildirilir ki, kələmin bişirilməsi zamanı uçucu olan bu maddələrin miqdarı azalır. Ona görə də zob xəstəliyindən əziyyət çəkənlər kələmi çiy yeməkdən çəkinməlidirlər. (saglamolun.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1931   Tarix: 22 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24.03.2024 993
.

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş - ARAŞDIRMA

ABŞ-nin Nyu-York Universitetinin alimləri müəyyən ediblər ki, havada kükürd dioksidin (geniş yayılmış çirkləndirici) daha az konsentrasiyası əksər hallarda ağır pnevmoniya ilə özünü biruzə verən təhlükəli xəstəlik olan legionellyozun inkişafına kömək edir. Tədqiqatın nəticələri PNAS (Proceedings of th

05.05.2024 199
.

Koronavirus epidemioloqları təhlükəli xəstəliyi tamamilə MƏHV ETDİLƏR

Koronavirus epidemioloqları arasında ciddi narahatlıq yaradan təhlükəli xəstəlik tamamilə məhv edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bildirilib ki, söhbət qripin "B" ştamının "Yamagato" nəslindən gedir. 2020-ci ilə qədər bu virus kifayət qədər aktiv olub. Laki

17.03.2024 817
.

Psixikamıza ən yaxşı təsir edən QİDALANMA NÖVÜ

Alimlər balanslaşdırılmış sağlam qidalanmanı beyin, psixi sağlamlıq və idrak funksiyalarının qorunması üçün ən yaxşı olduğunu bildiriblər. Çünki bu qidalanma növü ən yaxşı nəticələri göstərib. Rusiya Səhiyyə Nazirliyinin baş müstəqil terapevti, akademik Oksana Drapkina bildirib ki, bu yemək tərzi il

05.05.2024 305
.

"Yalnız bir əlamət" - Xərçəngi üzdən belə tanıya bilərsiniz

Üzdə onkologiyanın ən təhlükəli növlərindən birinin – mədəaltı vəzi xərçənginin inkişafını göstərə biləcək bir əlamət görə bilərsiniz. Bu barədə onkoloq Andrey Vorobyov danışıb. xarici mediaya istinadən bildirir ki, həkimin sözlərinə görə, mədəaltı vəzi xərçəngi ilkin mərhələdə əlamətsiz inkişaf etdiy

11.02.2024 1868
.

Soğan qabığını atmayın - Sağlamlığı və görünüşü yaxşılaşdırır

Hər kəs soğanın faydalarını bilir, lakin onların qabıqlarının sağlamlıq və gözəllik üçün də inanılmaz dərəcədə faydalı olduğu çox az adama məlumdur. Soğan qabığı bir çox faydalı xüsusiyyətlərə malik unikal məhsuldur. xarici mətbuata istinadən xəbər verir ki, soğan qabığının sağlamlıq üçün bir sıra faydalar

10.03.2024 932
.

Kakaonun qan təzyiqinə möcüzəvi təsiri AÇIQLANDI

Kakao qan təzyiqini, damarlardakı sərtliyin göstəriciləri yüksək olan zaman aşağı sala bilir. Bu barədə britaniyalı alimlərin araşdırmasından məlum olub. Bildirilib ki, mütəxəssislər kakaonun tərkibində olan birləşmələri, xüsusilə flavanolları təhlil ediblər. Sonra təcrübə iştirakçılarından bir neç

04.02.2024 943
.

Səhər qəhvə içmək zərərlidir - SƏBƏB

Mütəxəssislər qəhvə içmək üçün ən yaxşı vaxtın yuxudan oyandıqdan bir neçə saat sonra olduğunu iddia edirlər. xarici mətbuata istinadən xəbər verir ki, acqarına çox erkən qəhvə içmək kortizol səviyyəsini artıra və həmçinin həzm problemlərinə səbəb ola bilər. Həddindən artıq kortizol səviyyəsinin depressiyay

26.02.2024 1170
.

Oruc tutarkən mədə ağrısından qorunun

Ramazan ayı boyunca ən çox rastlaşdığımız problemlərdən biri də mədədə olan ağrılardır. Axşam.az bu sıxıntıdan qurtulmaq üçün əməl etməli olduğunuz məsləhətləri təqdim edir:. 1. Balanslı bəslənin və normadan artıq yeməməyə çalışın. İftarı iki hissəyə bölüb, 1-1.5 saat fərqlə qidalanın. 2. Mütləq imsa

10.03.2024 1070