Bilik danışır, müdriklik isə qulaq asır

Bilik danışır, müdriklik isə qulaq asırBu gün hər tərəfdən informasiya axınının hücumuna məruz qalırıq. Bunların bir çoxunu daha sonralar xatırlamır, xatırladıqlarımızın əksəriyyəti də bizə faydasız olur. Beynə yüklənən məlumatın çoxluğuna deyil, onların içərisindən anlayıb, bizə faydalı ola biləcəklərə fokuslanmalıyıq. Beyni məlumat zibilliyinə çevirib, onu hədsiz yükləmək doğru deyil. Müdrik insan üçün biliyin kəmiyyəti deyil, keyfiyyəti vacibdir.

Bilik danışır, müdriklik isə qulaq asır.

Jimmi Hendrix

Anlama səviyyəsi yüksək insanlar başqalarının baxıb, gözləri ilə görə bilmədiyini "ağılları" ilə görənlərdir. Onların dinləmə bacarığı da yüksəkdir. Sadəcə deyilənləri deyil, deyilməyənləri və deyilmək istəyənləri də eşidirlər.

Robert Kiyosakinin "Varlı ata, kasıb ata" əsərindən bəyəndiyim bir hissəni sizinlə paylaşıram.

"1996-cı ilin dekabrında mən öz tanışımla birlikdə yerli benzindoldurma stansiyasının yanından keçirdim. O, benzin çəninin üzərindəki qiymətlərə baxdığında dedi ki, neftin qiymətləri yaxın zamanda qalxmağa başlayacaq. Evə gələrkən neftin növbəti illərdə qalxacağı barədə dediklərinin təsdiqini statistik şəkildə ortaya qoydu. Baxmayaraq ki, mən özüm real bir neft şirkətinin hissə sənədlərinə sahib idim, onun proqnozlarına sahib deyildim.

Tanışımın verdiyi bu məlumatları diqqətə alaraq, mən gecikmədən yeni bir neft şirkəti tapdım. Yeni neft yataqlarının axtarışı ilə məşğul olan bu şirkətin dəyəri iş dünyasında düzgün qiymətləndirilmirdi. Şirkət brokerimin də diqqətini cəlb etdi və mən biri 65 sentdən 15 min hissə sənədi aldım.

1997-ci ilin fevral ayında eyni tanışla yenidən eyni benzindoldurma stansiyasının yanından keçirdik. Həqiqətən də, benzinin gallonbaşına qiyməti 15% artmışdı. Mən gülümsəyirdim, çünki hissələrini aldığım şirkətin neft axtarışları uğurlu olmuş və aldığım səhmin qiyməti 3 dollara yüksəlmişdi. Dostum isə hələ də neft qiymətlərinin yüksəliş proqnozlarında səhv etmir".

Bəs müdrikliyə çatmaq üçün nə etməliyik?

Müdriklik sadəcə yaşla və dünyagörüşü ilə əlaqədar məfhum deyil. Bəzən, biliyi qıt 5 yaşlı uşağın insana verdiyi dərs illərlə öyrəndiklərimizdən daha təsirli olur. Misal üçün, onlar sevginin və qayğının nə olduğunu özlərindən yaşlı insanlardan daha yaxşı dərk edirlər.

"– Bəs müdrikliyə çatmaq üçün nə etməliyik?

– Bilirsənmi, dostum… – deyə bir az duruxub düşüncəli şəkildə davam etdi. – Müdrikliyə çatmağın yollarını tapmaq üçün əvvəlcə müdrikliyin nə olduğunu dərk etmək lazımdır. Müdriklik, sadəcə, yaşla və dünyagörüşü ilə əlaqədar məfhum deyil. Müdriklik, səhvdən sığortalanmaq və ya hər şeydə mütləq haqlı olmaq mənasına gəlmir. Müdriklik Nizaminin və Sədinin əsərlərində təsvir olunan nurani qoca obrazları da deyil. Müdriklik çatılası mənzil deyil, öyrənmək və dərk etmək yolunda atılan gündəlik addımların, büdrəmələrin və yenidən ayağa qalxıb yola düzəlməyin özüdür. Müdriklik, sadəcə, düz addımlarla ölçülmür, o atılan çoxsaylı səhv addımları düz addımlara çevirmək bacarığıdır".

"Dan ulduzu" romanından

Xülasə: Bilən deyil, anlayan olmaq üçün şablon düşüncə tərzi və əzbərçilikdən uzaqlaşmalı, özümüzdə düşünmək, müşahidə etmək, sorğulamaq, axtarmaq, sual vermək, tənqidi yanaşmaq və düşünmək, tənqidə dözümlü olmaq və nəhayət, qulaq asmaq kimi səriştələri inkişaf etdirməliyik. Tək baxış bucağından xilas olmalı, beynimizi fərqli düşüncələrə açmalı, empatiya hissimizi gücləndirməliyik. Unutmayaq ki, müdriklik sadəcə gözlə görünənlərdə deyil, görünənlərin görünməyən arxa planında və dərinliklərində başlayır.

Elçin Əzimli / Biznes kouç və təlimçi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1162   Tarix: 19 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292