Devid Bekham pərəstişkarına xatir karantin rejimini POZDU - FOTO

Devid Bekham pərəstişkarına xatir karantin rejimini POZDU - FOTOMəşhur britaniyalı futbolçu Devid Bekham dünya mətbuatının ən pozitiv və ən sevilən simalarındandır. Onun barəsində yayılan xəbərlər adətən müsbət olur. Bu dəfə də o, xeyirxahlığı ilə seçilib.

BiG.AZ-ın ru.hellomahazine.com-a istinadən verdiyi xəbərə görə, bir neçə gün öncə Bekham xərçəng xəstəsi olan 70 yaşlı fanatı Devid Robertsə sürpriz edib.

Devid Bekham pərəstişkarına xatir karantin rejimini POZDU - FOTOBelə ki, futbolçu "Age Concern" şirkətilə birgə Robertsin evində qonaq olaraq, xəstəyə dəstəyini bildirib.

Məsafə saxlayan Bekham Robertsə hədiyyələrlə dolu çanta gətirib.

Təbii olaraq, fanatı olduğu şəxsi görən Roberts hədsiz dərəcədə sevinib.

"Devid düz qapımın ağzında idi. Həmin an deyə bildiyim yeganə söz "Salam, necəsən?" oldu. Çox yaxşı uşaqdır. Biz bir az bu mövsümdə futbolda nələr baş verəcəyindən, "Mançester Yunayted" haqqında və "Liverpul" u dəstəklədiyim barədə danışdıq. Bundan əlavə, o mənə və ailəmə hədiyyələr verdi", - deyə Roberts təəssüratlarını bölüşüb.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1185   Tarix: 16 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Kurslar.az kurslar