"Koronavirus mədəniyyət gətirdi, pintilər təmizlənir"

"Koronavirus mədəniyyət gətirdi, pintilər təmizlənir"

Əməkdar artist Vasif Məhərrəmli karantin günlərini Qazaxda anasının yanında keçirir.
Axşam.az xəbər verir ki, müğənni bu haqda "5/5" verilişində deyib. O bildirib ki, kəndə getməyinin səbəbi anasını virusdan qorumaq olub:

"Novruz bayramından sonra gəldim kəndə. Anama görə gəldim bura. Qoymuram kimsə gəlsin-getsin. Ailəm də yanımdadır".

Koronavirusdan danışan Vasif daha sonra "Bu virusdan sonra maşın sürməyi, evimizi, Bakı küçələrində gəzməyi daha çox sevəcəyik. Bizə bir dərs oldu. Rəşid müəllim gözəl söz dedi: Koronavirus dünyaya bir mədəniyyət gətirdi. Görürsüz, əvvəllər pinti olan insanlar, hamı təmizlik edir" sözlərini əlavə edib.

Qeyd edək ki, Vasif bundan əvvəl də bir neçə dəfə təmizliklə bağlı açıqlaması ilə gündəmə gəlmiş, tənqid olunmuşdu.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1170 Tarix: 10.04.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər