İqtisadiyyatı koronavirusdan BU YOLLA xilas etmək MÜMKÜNDÜR - Prezident məsləhətçisi

İqtisadiyyatı koronavirusdan BU YOLLA xilas etmək MÜMKÜNDÜR - Prezident məsləhətçisi

İqtisadiyyatı hər hansı bir virusdan xilas etmək üçün pul tökməyə başlamazdan öncə onun yayılmasının qarşısını almaq lazımdır. Yalnız bu şəkildə görülən tədbirlərin faydası olacaq.

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu fikir Çikaqo Universiteti nəzdində But adına Biznes Məktəbindən olan amerikalı professor, Barak Obamanın keçmiş iqtisadiyyat müşaviri Ostan Qulsbi tərəfindən səsləndirilib.

Doqquz müəllimi və məzunu iqtisad elmləri üzrə Nobel mükafatı alan Biznez Məktəbinin professoru maliyyə böhranları arasında müqayisə apararaq, qeyd edib ki, epidemiyaya qalib gəldikdən sonra ikinci addımı ataraq sosial dəstək tədbirlərinə keçmək lazımdır.

Əhaliyə ödənişli xəstəlik məzuniyyətinin verilməsini, ölkədə heç kəsin böhran səbəbindən ac, və ya evsiz qalmamasını təmin etmək lazımdır.

Üçüncü və son növbədə iqtisadiyyatı stimullaşdıran tədbirlər tətbiq edilməlidir.

"Bu addımlar yalnız ardıcıllıqla atıla bilər", - deyə Qulbsi vurğulayıb.

Natəvan Baxşiyeva

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1517 Tarix: 26.03.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər