Pandemiyanın qazandırdıqları: Koronavirus nələri dəyişdi? – TƏHLİL

Pandemiyanın qazandırdıqları: Koronavirus nələri dəyişdi? – TƏHLİLHazırda bütün dünya bu günə qədər görünməyən bir şəkildə planeti bürümüş koronavirusa qarşı səfərbər olunub. Bir çox ölkələrdə karantin elan olunub, xəstəxanalar, dövlət qurumları xüsusi rejimdə çalışır, hətta bəzi ölkələrdə virusa qarşı ordudan istifadə edilir. Mübaliğəsiz demək olar ki, İkinci Dünya müharibəsindən sonra planet indiki qədər bir mövzu ətrafında cəmləşməyib.

Hökumətlər iqtisadi xilas üçün qanunvericilik zərfləri hazırlayır, karantinin yetirə biləcəyi maddi zərərləri minimuma endirmək, insanların həyatına təsir edəcək problemləri aradan qaldırmaq, həmçinin paralel olaraq xəstəliyin yayılmasının qarşısını almaq, onu lokallaşdırmaq, daha çox insanın yoluxmaması üçün təcrid tədbirləri həyata keçirir.

Hazırda qlobal pandemiyanın yaratdığı bir neçə əsas narahatlıq var.

Birincisi, xəstəliyin yayılmasının və daha çox insan ölümünün qarşısını almaq, başqa sözlə, pandemiya ilə mübarizədir.

İkinci əsas xətt pandemiyanın dünya iqtisadiyyatına vurduğu və vuracağı zərərlərdir, hansı ki, artıq milyardlarla dollarla ölçülür.

Üçüncü məqam sosial-psixolojidir. İnsanların karantin səbəbilə üzləşəcəyi psixoloji problemlər, həmçinin ərzaq və digər zəruri məhsulların tükənməsi təhlükəsi ilə bağlı narahatlıqlar.

Azərbaycanda hələlik bu sahədə təlaş doğuran məqamlar olmasa da, dünyanın bir sıra ölkələrində ajiotaj hiss olunmağa başlayıb.

Bütün bunların təsiri altında hazırda dünya mediasında və internet üzərindən əsasən "qara" xəbərlər tirajlanır. Bu, bir tərəfdən təbiidir, çünki insanlar, adətən, narahatlıq doğuran mövzulara daha çox diqqət ayırırlar.

Digər tərəfdən isə, nəzərə almaq lazımdır ki, vəziyyət heç də həddən artıq "qara" deyil, hadisələr müəyyən qədər də süni olaraq dramatikləşdirilir. Əvvəla, dünyada istehsal, xüsusən də, gündəlik tələbat məhsullarının istehsalı və tədarükü prosesində hər hansı azalma və ya dayanma yoxdur.

İkincisi, xəstəliyin daha böyük təhlükəyə çevrilməsi riski azdır, ən azı qorxu yaradacaq qədər deyil. Çünki mütəxəssislərə görə, xəstəliyin yayılma sürəti havaların isinməsi ilə (virus isti havada çox "yaşaya" bilmir) azalacaq. Üstəlik, inkişaf etmiş tibb elmi hazırda bu virusa qarşı peyvəndin tapılması üzərində işləyir. Çin, Cənubi Koreya, hətta İranda sağalma göstəriciləri sübut edir ki, vəziyyət qorxulu deyil, xəstəlikdən xilas olmaq faizi yüksəkdir.

Nəhayət, "hər ziyanda bir xeyir" prinsipi koronavirus mövzusunda da qüvvəsindədir. Hazırkı vəziyyətin müsbət tərəfləri yox deyil.

Birinci müsbət məqam atmosferdəki zəhərli qazların azalmasıdır. Çində və dünyanın bir çox yerlərində aparılan müşahidələrə əsasən, karantin nəticəsində havada zəhərli qazların sıxlığı əhəmiyyətli dərəcədə azalıb. Xüsusən də, iri zavodların fəaliyyətinin dayandırılması və böyük şəhərlərdə karantin nəticəsində avtomobillərin küçələrdə azalmasından sonra hava əhəmiyyətli dərəcədə təmizlənib. Məsələn, İstanbulda yanvar ayı ilə müqayisədə hava çirkliliyi 40 faizə qədər azalıb. Belə ki, havadakı partikul maddəsi 50 mikroqramdan 30-a enib.

Nyu-Yorkda isə keçən ilin bu günləri ilə müqayisədə havadakı karbon qazında 50 faiz azalma var.

İkinci müsbət məqam su kanallarının təmizlənməsidir. Məsələn, BBC-nin məlumatına görə, xəstəliyin sürətlə yayıldığı İtaliyanın Venesiya şəhərində su kanallarında əhəmiyyətli dərəcədə təmizlənmə müşahidə olunur. Hətta qayıq və katerlərin dayanması ilə sudakı durulma nəticəsində balıqlar belə görünməyə başlayıb.

Hər nə qədər mənfi tendensiyalar sosial şəbəkələrdə yayılsa da, koronavirus insanlar arasında anlayış və qarşılıqlı yardıma müsbət təsir edib. İnsanlar könüllü yardım kampaniyaları təşkil edir, ehtiyacı olanlara kömək etmək, onlar üçün bazarlıq etmək məqsədilə könüllülər qrupları yaradılır.

Pandemiya daha böyük təhlükələrin mövcudluğunu, xüsusən də insan həyatının və sağlamlığının dəyərli olduğunu xatırlatdı.

Bu da bir tərəfdən irq, din, məzhəb ayrılığı və digər düşmənlik yaradan amillərin əslində, süni olduğunu göstərdi. Xəstəlik qeyd olunan fərqlərin heç birini ayırmadan, maddi durumuna, sosial vəziyyətinə və statusuna fərq qoymadan hər kəsi təhdid etdiyi üçün insanları bir-birinə daha da yaxınlaşdırdı və onlara İnsan olduqlarını xatırılatdı.

Bu səbəbdən də, bir çox ölkələrdə sosial birlik fəaliyyətləri artdı. İnsanlar birgə mahnı oxuyur, eyvandan konsert verməklə, idman məşqləri etməklə bu bərabərliyi yaşayırlar.

Hələlik geniş şəkildə olmasa da, karantin insanların yeni yaradıcılıq imkanlarını ortaya çıxardı.

Evlərdən internet üzərindən canlı konsertlər, idman və digər məşğələlərin təşkili sürətlə artır.

Həmçinin, əksər ölkələr artıq virtual dərslərə keçib. Bu, distant təhsili daha da inkişaf etdirəcək.

Mütəxəssislərə görə, ən pis halda bir aydan sonra virusun yayılma sürəti əhəmiyyətli dərəcədə azalacaq və bir neçə aydan sonra tamamilə nəzarət altına alınacaq.

Bütün epidemiyalar kimi, koronavirus da keçəcək, insan oğlu bu xəstəliyi "ram edəcək". Sadəcə, indi daha çox səbr və düşüncəli yanaşma göstərib, tibbin tələblərinə əməl etmək, xəstəliyin yayılmasının qarşısını almaqda hər kəs üzərinə düşəni etməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2534   Tarix: 25 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571