Koronavirusun yeni ehtimal olunan episentri açıqlandı
Koronavirusun yeni ehtimal olunan episentri açıqlanıb.
"South China Morning Post"un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Marqaret Harris açıqlama verib.
Onun sözlərinə görə, bu, ABŞ ola bilər:
"Hazırda ABŞ-da yoluxanların sayında sürətli artım müşahidə edilir. Deməli, onların, doğrudan da, belə potensialı var".
Son məlumatlara görə, ABŞ-da 54893 yoluxma faktı qeydə alınıb. Yoluxanlardan 783-ü ölüb, 348-i sağalıb.
BiG.Az


Xəbərlər Baxılıb: 4679 Tarix: 25 mart 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş