Koronavirus: pandemiya zamanı psixikanı necə qorumalı

Koronavirus: pandemiya zamanı psixikanı necə qorumalıArtıq bir neçə müddətdir ki, koronavirus pandemiyası ucbatından dünyada bir qeyri-müəyyənlik hökm sürür, yoluxmalarla bağlı xəbərlərin ardı-arası kəsilmir. Bu vəziyyət insanların, xüsusilə də psixi pozuntulardan əziyyət çəkən şəxslərin psixikasına təsir etməyə bilməz. Bunun qarşısını necə almaq olar?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bununla bağlı tövsiyələrini açıqlayıb, ekspertlər və sosial şəbəkə istifadəçiləri onları bəyənib.

Britaniyanın "AnxietyUK" assosiasiyasının əməkdaşı, həyəcan tutmalarında insanlara kömək edən Niki Lindberq vəziyyətə nəzarəti itirmək qorxusunun bir çox psixi pozuntulara, məsələn, həyəcan hissinin yaranmasına səbəb olduğunu deyir.

"Mind" xeyriyyə təşkilatının nümayəndəsi Rouzi Uiterli də eyni fikirdədir: "Nə baş verəcəyini bilməmək, gələcəklə bağlı qorxuya düşmək və hər an nəsə pis bir şey baş verəcəyini gözləmək insanları həyəcanlandırır. Koronavirusun yayılması belə bir situasiya yaradıb".

Ekspertlərin sözlərinə görə, psixi pozuntulardan əziyyət çəkən insanların bu günlərdə əlavə yardıma ehtiyacı var, ancaq istisnasız olaraq hamı sağlamlığının qeydinə qalmalıdır.

Mümkün qədər az xəbər oxuyun və ciddi mənbələr seçin
Koronavirusla bağlı xəbərlər Kent qraflığının sakini, iki uşaq atası, xeyli vaxtdır həyəcan hissiylə mübarizə aparan Nikin vəziyyətini daha da pisləşdirib. O, son günlər panika həmlələrindən əziyyət çəkir.

"Həyəcan hissinə qapılanda fikirlərimi idarə edə bilmirəm, mənə elə gəlir ki, tezliklə fəlakət baş verəcək" deyən Nik valideynlərinə və ailəsinin yüksək risk qrupuna aid digər üzvlərinə görə narahatlıq keçirir:

"Adətən, özümü piss hiss etməyə başlayan kimi bu ovqatı yaradan situasiyadan uzaqlaşıram, ancaq indi heç nəyə nəzarət edə bilmirəm".

İnternetdə və sosial şəbəkələrdə xəbər oxumamaq ona yaxşı təsir edir. Nik "AnxietyUK" təşkilatının onun kimi adamlara yardımını da effektli hesab edir.

Sizə pozitiv təsir etməyən informasiyaları oxumağa və ya onlara baxmağa sərf etdiyiniz vaxtı azaldın. Xəbərlərlə tanış olmaq üçün konkret bir vaxt seçin.

Mediada çox sayda yalan məlumat dərc edildiyini nəzərə alaraq informasiyanı rəsmi mənbələrdən - hökumətin və səhiyyə nazirliklərinin saytlarından əldə edin.

Sosial şəbəkələrdən uzaqlaşın və sizi həyəcanlandıran bütün mənbələri bloklayın

Mançesterli Alisonun 24 yaşı var. O, səhhətiylə bağlı ciddi narahatlıq keçirir və əmindir ki, koronavirus haqqında daha çox şey bilmək üçün xəbərləri mütəmadi izləməlidir. Ancaq Alison sosial şəbəkələrin panika yarada biləcəyindən də xəbərdardır:

"Bir ay əvvəl mən heştəqlər vasitəsilə informasiya axtaranda gördüm ki, şəbəkələr yoxlanılmamış "zibillə" doludur. Həyəcanlanmağa başladım, tam çıxılmazlıq hiss edib ağladım".

İndi o, mənbə seçimində daha ehtiyatlı davranır, koronavirusla bağlı həştəq xəbərlərini oxumur. Alison müvəqqəti olaraq sosial şəbəkələrdən və televizordan uzaqlaşıb, daha çox kitab oxumağa başlayıb.

Çıxış yollarından biri də sizi müzakirələrə cəlb edə biləcək bildirişləri qapatmaq, istəmədiyiniz mövzulardan yazan profilləri izləmədən çıxarmaqdır.

Sizi həyəcanlanmağa məcbur edən "WhatsApp" qruplarını, "Facebook" statuslarını və digər informasiya mənbələrini bloklayın.

Əllərinizi yuyun, amma şitini çıxarmayın

Psixi pozuntuları olan insanlarda həyəcan hissini artıran daha bir məqam tez-tez təkrarlanan məsləhətlərdir - məsələn, hazırda yaşadığımız pandemiya şəraitində əlləri mütəmadi olaraq yumaq tövsiyəsi kimi.

Obsessiv-kompulsiv pozuntuyla (OKP) keçən həyatdan bəhs edən "Çünki biz pis adamlarıq" kitabının müəllifi Lili Beylidə psixi problemi məhz bu yaradıb - təmizliyə patoloji səviyyədə riayət etmək.

Beyli deyir ki, əlləri yumaqla bağlı məsləhətlərin təkrarlanması öz xəstəliyini müəyyən qədər ram etmiş şəxslərdə əks effekt doğura bilər:

"İndi mən çoxdandır ki, uzaq durduğum şeyə təkrar başlamalıyam. Məsləhətlərə dəqiqliklə əməl edirəm, ancaq sabun və dezinfeksiya vasitələri məndə asılılıq yaradan şeylərdir".

Onun sözlərinə görə, OKP sindromlu insanların bir çoxu üçün evdən çıxmaq normallaşmaq baxımından vacib şərtdir, özünütəcrid isə daha bir ciddi sınaqdır.

İnsanlarla ünsiyyətdə olun

Təcrid vəziyyətinə düşəcək insanların sayı getdikcə artacaq, ona görə də yaxınlarınızın telefon nömrələrini və elektron ünvanlarını doğru yazıb-yazmadığınızı yoxlayın.

Rouzi Uiterli məsləhət görür ki, "Hər gün bir-birinizlə əlaqə saxlamaq, bir-birinizin vəziyyətini öyrənmək üçün konkret bir vaxt müəyyənləşdirin, yaxınlarınızla əlaqəni kəsməyin".

Özünütəcrid dövründə ənənəvi rejiminizə əməl edin, ancaq günləri bir-birindən kiçik bir şeylə də olsa, fərqləndirməyə çalışın.

Vaxt azlığına görə kənara qoyduğunuz işlərinizlə məşğul olun, kitab oxuyun. Bu, evdə qaldığınız iki həftəni xeyli məhsuldar keçirməklə nəticələnər.

Əsəblərinizin gərilməsinə imkan verməyin

Pandemiya həftələr və hətta aylarla davam edə bilər. Ona görə də "Mind"in ekspertləri imkan daxilində təbiət qoynunda olmağı və bol günəş şüası qəbul etməyi məsləhət görürlər.

Mütəxəssislər idmanla məşğul olmağı, yaxşı qidalanmağı və bol su içməyi də tövsiyə edirlər.

Bunlarsa "AnxietyUK"-ın tövsiyələridir:

fikirlərinizdə yarana biləcək inamsızlıq və həyəcan vəziyyətini tez fərq etməyə çalışın;

belə vəziyyətdə heç nə etməyin, təlaşa düşməyin. Dayanın və sakit nəfəs alın;

çalışın özünüzü inandırasınız ki, situasiyanı subyektiv qiymətləndirirsiniz, həyəcanınız tezliklə keçib gedəcək; onun artmasına imkan verməyin;

konkret məqama fokuslanın, çünki indi, məhz bu dəqiqədə hər şey yaxşıdır;

diqqətinizi gördüklərinizə, eşitdiklərinizə, hiss etdiyiniz iylərə yönəldin. Sonra həyəcanlandığınız ana qədər nəylə məşğul olduğunu xatırlayıb işinizə davam edin.(virtualaz.org)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1909   Tarix: 24 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542