Azərbaycanda kəsiri olan tələbələrə təqaüd verilməyəcək - QƏRAR

Azərbaycanda kəsiri olan tələbələrə təqaüd verilməyəcək - QƏRARNazirlər Kabineti "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası"nda dəyişiklik edib.

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Bu Qayda "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 noyabr tarixli 1516 nömrəli Sərəncamına əsasən hazırlanıb və əyani təhsilalma forması (tədrisə qismən cəlb olunma (parttime) növü istisna olmaqla) üzrə təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas, peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlərin təyin edilməsi və ödənilməsi qaydalarını müəyyənləşdirir.

Eyni zamanda bu qayda Azərbaycan Respublikasının elmi müəssisə və təşkilatlarında, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində əyani təhsilalma forması üzrə (tədrisə qismən cəlb olunma (parttime) növü istisna olmaqla) təhsil alan Azərbaycan Respublikasının vətəndaşlarına və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.

Dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları çərçivəsində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqaüdlərin təyin olunması və ödənilməsi həmin təhsil qrantlarının verilməsi qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində başqa qayda nəzərdə tutulmadıqda, həmin müqavilələrə əsasən təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün təqaüdlər onların faktiki sayına bərabər miqdarda təyin olunur və bu Qaydaya (1.9-cu, 2.4-2.5-ci, 2.7-2.15-ci bəndlər istisna olmaqla) uyğun olaraq ödənilir.

Dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin əyani təhsilalma forması üzrə (tədrisə qismən cəlb olunma (parttime) növü istisna olmaqla) təhsil alan tələbələrinə təqaüd onların ümumi orta müvəffəqiyyət göstəricilərinə (bundan sonra - ÜOMG) görə verilir.

Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə hər bir ixtisas üzrə təqaüdlərin sayı nəzərə alınmaqla, imtahan sessiyasının nəticələrinə əsasən ÜOMG-yə görə ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti semestrdə təqaüd alacaq tələbələrin siyahısı müəyyən edilir.

Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni (fənləri) dinləmədən imtahan verərək və ya yay semestrində dinləyərək müvəffəq qiymət almış tələbə növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilmir.

Eyni tədris ili üzrə eyni ixtisasda təqaüd alacaq tələbələrin siyahısı müəyyənləşdirilərkən tədris dili nəzərə alınmır.(oxu)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1980   Tarix: 07 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakı və Ankara hərbi əməkdaşlığı hüquqi çərçivəyə bağladı

"Milli Məclis Azərbaycan və Türkiyə Müdafiə nazirlikləri arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumunu ratifikasiya edib". Bunu BİG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib. O, qeyd edib ki, sənəd tərəflərdən birinin silahlı təcavüzə məru

15:33 135
.

Kral Harri və Meqanı saraya gətirmək istəyir

Britaniya Kralı II Çarlz xərçəng xəstəliyinin gələn il daha da pisləşməsindən qorxur. Axşam.az xəbər verir ki, bu səbəbdən o, qarşıdan gələn Miladın onun üçün sonuncu ola biləcəyindən narahatdır. Buna görə də, Britaniya kralı onu xüsusi bir şəkildə - saraydan uzaqlaşdırılan Susseks hersoqları da daxi

21:00 1
.

19 yaşlı qız dəm qazından öldü

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, dekabrın 15-i saat 16 radələrində 2006-cı il təvəllüdlü Züleyxa Hüseynova yaşadığı Xəzər bağlar sahəsindəki evin hamam otağında dəm qazından zəhərlənib. O, hadisə yerində vəfat edib. Faktla bağlı Sumqayıt Şəhə

11:24 222
.

İranın pisliyi özünə qalacaq!

xəbər verir ki, bir neçə gün əvvəl İranın xarici işlər naziri Abbas Araqçi Bakıya gəldi. Hər zaman olduğu kimi, bu dəfə də rəsmi Bakı İranın ali qonağını yüksək səviyyədə qarşıladı və yola saldı. Araqçi Bakıda olarkən Azərbaycan-İran münasibətlərinin yeni bir dövrə qədəm qoyduğunu, İranın dövlət başçısını

21:30 0
.

Qar, şaxta və istilik problemləri: Bakı qışı rahat keçirə biləcəkmi?

Qış fəslinin başlanmasına artıq sayılı günlər qalır. Son günlər havada hiss olunan şaxta və kəskin soyuqlar qarşıdan gələn qışın sərt keçəcəyinə işarə edir. Mövsümün dəyişməsi ilə yanaşı, əhali arasında da narahatlıq artır. Vətəndaşları əsasən bir sıra vacib suallar düşündürür: yollar qış şəraitinə n

18:30 1
.

Onlara ən azı 46 gün məzuniyyət veriləcək

Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilərin siyahısında dəyişiklik ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Sənədə əsasən, aşağıdakı işçilər

12:45 266
.

Naxçıvanda SİLSİLƏ ƏMƏLİYYATLAR: 85 nəfər tutuldu

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən son 1 ay ərzində muxtar respublikanın ayrı-ayrı şəhər, rayon və qəsəbələrində vətəndaş məmnunluğunun təmin edilməsi, cinayətkarlığın qarşının alınması və baş vermiş digər hüquqazidd əməllər törədən şəxslərin saxlanılara

19:00 1
.

Mağazada gecələmək faciə ilə nəticələndi

ABŞ-ın Florida ştatında yerləşən Dollar Tree mağazasının anbarındakı dondurucuda kişi meyiti tapılıb. xarici mediaya istinadən xəbər verir ki, 32 yaşlı Helen Massiell Garay Sanchezin cəsədi səhər növbəsində işləyən əməkdaş tərəfindən aşkar edilib. İlkin məlumata görə, Sanchez mağaza bağlanmazdan əvvə

11:29 199
.

Dövlət qurumu deputatın şirkətindən 67 min manatlıq mebel alır

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 67 281,24 manatlıq mebel avadanlıqları alacaq. Qaynarinfo-nun məlumatına görə, qurum bununla bağlı elan etdiyi satınalma müsabiqəsinə yekun vurub. Müsabiqənin qalibi isə "Embawood"

15:47 164
.

TOP MP3