"Neftçi" və "Qarabağ"ın ABŞ-da yaşayan sabiq futbolçusu - FOTOLAR

"Neftçi" və "Qarabağ"ın ABŞ-da yaşayan sabiq futbolçusu - FOTOLARAltmışa yaxın yaşı var. Ömrünün böyük hissəsini futbola həsr edib. Daha doğrusu, futbol onun həyatının mahiyyətinə çevrilib. Arzusu, istəyi yalnız futbolla bağlıdır. Zarafat deyil, əlli bir ildir ki, futbol oynayır.
Atası Raşbil Zarbailov əvvəlcə orta məktəbdə, sonradan Azərbaycan Pedaqoji İnstitutunda elementar riyaziyyat fənnini tədris edib. Anası Roza xanım uşaq bağçasında tərbiyyəçi işləyib.

Sakit təbiətli, çox təmkinli insandır. Ünsiyyətdə mehriban, qayğıkeş olduğundan özünü ətrafdakılara sevdirə bilir. Yaşamaq eşqi bütün varlığına hakim kəsilib. Bildiklərini öyrətməyi xoşlayır. Elə buna görə də hər yerdə hörmətlə qarşılanır.

Haqqında söhbət açdığım Arif Zarbailov 1961-ci ildə Bakıda dünyaya gəlib. 1978-ci ildə 15 nömrəli orta məktəbi bitirib. 1979-1981-ci illərdə Ordu İdman Klubunun tərkibində hərbi xidmətdə olub. 1981-1982-ci illərdə Özbəkistanın "Yoşlik Tura Kurqan" komandasında futbol oynayıb. 1982-ci ildə Əli Əbilzadənin dəvəti ilə vətənə dönüb və 1983-cü ilədək "Qarabağ" komandasında oynayıb. Həmin il İdman institutuna qəbul olunub.

Tələbə ikən 1984-1987-ci illərdə Anatoli Banişevskinin rəhbərlik etdiyi "Avtomobilçi Mingəçevir" komandasına qatılıb. 1987-ci ildə institutu bitirəndən bir il sonra Gəncəyə yollanıb və 1990-cı ilədək "Kəpəz" komandasında oynayıb. 1990-1991-ci illərdə Nefçinin əsas komandasında, 1991-1992-ci illərdə "Qarabağ-Ağdam" komandasında, 1992-ci ildən 1994-cü ilədək Anatoli Banişevskinin dəvəti ilə "Azəri Bakı" komandasının tərkibində nümunəvi oyun nümayiş etdirib. 1994-cü ildən ABŞ-ın Nyu-York ştatında yaşayır.

Amerikada onu hamı Aron kimi tanıyır. Burada məskunlaşandan sonra o, üç il "Nyu York RAUSK" komandasında oynayıb. Həmin komanda keçmiş sovet ölkələrindən çıxan futbolçulardan ibarət olub. 1997-ci ildən bu günədək "Veteran İdmançıların Asossasiyası"nın futbol bölməsinə rəhbərlik edir. Eyni zamanda həmyerlimiz Alyona Bədəlovanın prezidenti olduğu "My Way" Uşaq Mərkəzində, üç yaş qrupu üzrə, uşaq və yeniyetmələrdən ibarət komandalarda məşqçi işləyir və "My Way" futbol klubunun rəhbəridir.

Ömür-gün yoldaşı Viktoriya xanım tibb işçisidir. Böyük oğlu Samuel 22, ikinci oğlu Emanuel 20, qızı Rozalina isə 8 yaşındadırlar.

Futbola gələndə səkkiz yaşı olub. 1969-cu ildə Bakıdakı MİS-lərdən birində, Nağı Babayevin rəhbərlik etdiyi uşaq futbol komandasında ilk dəfə məşqlərə başlayıb. Üç il sonra "Neftçi"nin hazırlıq qrupuna dəvət alıb. Altı il həmin qrupda oynayıb. 1978-ci ildə "Neftçi"nin dublyorunda, 1979-cu ildə orduya çağrılanadək "Avtomobilçi Bakı" komandasının heyətində olub.

Dostluqda sədaqətlidir. 1978-ci ildən dostluq etdiyi məşhur futbolçu Banişevskini hələ də unuda bilmir. Altı ildir ki, Nyu Yorkda Banişevskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirlər təşkil edir. Bu turnirlərə Bakıdan digər dostları da qatılır. Banişevskini bir futbolçu kimi çox sevdiyini, hər dəfə onun xatirəsinə turnir təşkil edərkən özünü xoşbəxt hiss etdiyini dilə gətirir.

Arif milliyətcə yəhudi olsa da, ürəyi Azərbaycanla döyünür. İşinin çoxluğuna baxmayaraq, Azərbaycanla bağlı Nyu Yorkda təşkil olunan bütün tədbirlərdə iştirak edir. Uzun illər Amerikada yaşasa da azərbaycan dilini unutmayıb.
Deyir ki,- "Azərbaycan mənim doğma vətənimdir. İnsanları, ümumiyyətlə onunla bağlı hər nə varsa mənə əzizdir. Mən Azərbaycanı çox sevirəm".

"Neftçi" və "Qarabağ"ın ABŞ-da yaşayan sabiq futbolçusu - FOTOLAR"Neftçi" və "Qarabağ"ın ABŞ-da yaşayan sabiq futbolçusu - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2019   Tarix: 27 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

02.05.2024 429
.

Elza Seyidcahanın boşandığı əri illər sonra ortaya çıxdı - VİDEO

Əməkdar artist Elza Seyidcahan illər əvvəl ayrıldığı yoldaşı Elşən bəylə danışıb. xəbər verir ki, keçmiş yoldaşı ATV-də yayımlanan "Günaylı Gün" verilişinə telefon bağlantısı ilə qoşulub. O bildirib ki, Elza çox gözəl gəlin olub:. "Uzun illərdir ayrıldığımıza baxmayaraq aramızdakı dostlu

02.05.2024 599
.

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir. "Qafqazinfo" xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib. Sosial şəbəkədə video paylaşa

11:03 526
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

02.05.2024 713
.

"Azərbaycan insanların hüquq və azadlıqlarının,media azadlığının yüksək səviyyədə təmin olunduğu, tolerant, humansit dövlətdir"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasındakı mövcud əlaqələrin daha da dərinləşməsinə və münasibətlərin gələcək inkişafına təkan verəcək. Ölkə Başçımızın Almaniyada yüksək səviyyədə qarşılanması və. Berlində keçirilən "15-ci Petersberq İqli

02.05.2024 148
.

Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Niyaməddin qızı Məhərrəmlinin axtarışları davam edir. xəbər verir ki, Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində hadisənin təfərrüatı məlum olub. Belə ki, Nigarın anası Günel bildirib ki, qardaşının yoldaşı qızının oxuduğu məktəbə gedərək direktor

02.05.2024 461
.

Kosmosa da turist səfərləri başladı

Amerikanın "SpaceX" şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb. Bu barədə məlumat şirkətin saytında yer alıb. xarici mediaya istinadla bildirir ki, maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa. "Dragon"

02.05.2024 284
.

Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib. xəbər verir ki, Makron the Economistə müsahibə verib. "Mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən biri ilə üzləşirik" ,- deyə o bildirib

02.05.2024 209
.

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO

Bakıda kişi küçədə özünü yandırmağa cəhd edib. Bu barədə görüntülər -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 51 ünvanında baş verib. Özünü yandırmağa cəhd göstərən şəxsə ətrafdakılar və hadisə yerinə gələn polis əməkdaşları müdaxilə edib

12:12 228