Kim koronavirusa yoluxmur? - Mühüm statistika

Kim koronavirusa yoluxmur? - Mühüm statistikaDünyanın 25 ölkəsində yayılan və ümumilikdə 3 minə yaxın insanın ölümünə səbəb olan koronavirus heç də hər kəsin ölümünə səbəb olmur. İndiyə qədər bu virusa yoluxanlar arasında ölənlərin əksəriyyəti 55 yaşdan yuxarı olanlardır.

BiG.AZ axar.az-a istinadən xəbər verir ki, yeni koronavirusa 35-40 yaşdan yuxarı olan şəxslərin yoluxma riski yüksəkdir. Məlumata görə, bu virus sosial vəziyyətindən asılı olmayaraq, 35 yaşdan yuxarı kişilər üçün böyük təhlükə yaradır. Buna görə də ölən və yoluxanlar arasında bu yaş kateqoriyasından olan kişilər xüsusilə üstünlük təşkil edir. Uşaqlar və hamilə qadınlar isə, demək olar ki, yoluxmur. İndiyə qədər bu virusdan dünyasını dəyişənlər arasında uşaq və hamilə qadın yoxdur.

Çin Beynəlxalq Sağlıq Komissiyasının rəsmi açıqlamasına görə, indiyə qədər bu xəstəlikdən ölənlərin 80 faizi 60 yaşdan yuxarı olanlardır. Ölənlərin 75 faizi isə əvvəlcədən müəyyən xəstəlikləri olanlardır. Bura xüsusi olaraq ürək problemi olan və diabetdən əziyyət çəkənlər daxildir.

Yaşı 60-dan yuxarı olan, ürək problemi yaşayan, şəkər xəstəliyindən əziyyət çəkənlərin sağalma şansı olduqca aşağıdır. Ən yüksək risk qrupuna isə 75-80 yaşlılar daxildir.

Yaş artdıqca yoluxma və ölüm riskinin də artdığı deyilir.

Mütəxəssislər bunu onunla izah edir ki, xroniki xəstəlikləri olan böyüklərin immun sistemi virusa qarşı daha zəif mübarizə aparır. Bu səbəbdən diabet və ya ürək-damar sistemi xəstəlikləri koronavirusun daha ağır keçməsinə və daha kəskin ağırlaşmalara səbəb olur.

Redinq Universitetinin professoru, alim-virusoloq Consun sözlərinə görə, koronavirusun daha tez-tez rast gəlinən ağırlaşmış halı olan pnevmoniya immun sistemi zəif olan adamlarda müşahidə olunur. Koronavirus diaqnozunun qoyulduğu Uhan xəstəxanasındakı pasiyentlərin təxminən yarısında əvvəlcədən xroniki xəstəliklər olduğu aşkar edilib.

Ancaq ən maraqlı məqam isə az qala dünya ölkələrinin əksəriyyətini cənginə alan bu virusa heç bir ölkədə uşaqların yoluxma halının qeydə alınmamasıdır. Bunu izah edən çox sayda versiya mövcuddur, ancaq ekspertlər virusun uşaqlara nə üçün daha az yoluxduğuna hələ qəti cavab verə bilmirlər. Hələlik məlum olmayan səbəblərə görə koronavirus azyaşlılara ya ümumiyyətlə təsir etmir, ya da xeyli yüngül nəticələnir.

Bu təhlükəli və ölümcül epidemiyanın uşaqlara yoluxmaması ilə bağlı ən ağlabatan versiyanı isə London Universiteti kollecinin müəllimi Natali Makdermott irəli sürüb. Onun fikrincə, adətən, 5 yaşına qədər uşaqların, o cümlədən yeniyetmələrin orqanizmləri viruslara qarşı çox yaxşı mübarizə apara bildiyi üçün uşaqlarda yoluxma qeydə alınmayıb. N.Makdermott bildirib ki, uşaqlarda xəstəlik daha yüngül keçir, ya da simptomları üzə çıxmır. Koronavirus yayıldığı gündən 3 körpə doğularkən bu virusa yoluxub. Lakin hər üçü sağalıb.

Bir başqa həkim isə uşaqların bu virusa yoluxmamasını belə izah edir:

"Uşaqlarda anadangəlmə immunitet, yəni yad patogenlərə erkən reaksiya və mübarizə daha aktivdir. Anadangəlmə immun sistemi viruslardan qorunmada birinci xətt mühafizədir. Uşaqda immun-cavab güclüdür, bu səbəbdən koronavirus orqanizmə düşən kimi aşkarlanır və mübarizə başlayır. Təəssüf ki, böyüklərdə bu kəskin reaksiya yoxdur, xəstəlik gec aşkarlanır və ağırlaşır".

Maraqlıdır ki, eyni mənzərə 2003-cü ildə SARS virusu epidemiyası yayılarkən də müşahidə olunmuşdu. Onda 800 nəfər - bu virusa yoluxanların 10 faizi vəfat etmişdi. Bu virus da uşaqlara toxunmamışdı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6124   Tarix: 25 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988