Saxta yuyucu vasitələr istehsal edən dəstə üzvləri məhkəmə qarşısında

Saxta yuyucu vasitələr istehsal edən dəstə üzvləri məhkəmə qarşısındaQaçaqmalçılıqda və saxta yuyucu vasitələr istehsal etməkdə ittiham edilən Vidadi Əliyev, Ağaverdi Tarıverdiyev, Ülvi Əliyev, Anar Qasımov və Natiq Novruzovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Oxu.Az xəbər verir ki, cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Əfqan Hacıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Rəsmi məlumata əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə Ağcabədi rayonu, Salmanbəyli kənd sakini Qasımov Anar Yaqub oğluna məxsus yaşayış evində və Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən "Tac" marketdə İran İslam Respublikasında istehsal olunduğu qeyd edilən 20 kiloqramlıq 630 ədəd üzərində "Sarda" sözü yazılmış, Türkiyədə istehsal olunduğu qeyd olunan 20 kiloqramlıq 310 ədəd "Gürcel" sözü yazılmış, 110 ədəd üzərində "Dekso" sözü yazılmış boş yuyucu toz kisələri, 671 ədəd "Ariel" markalı müxtəlif tutumlu yuyucu tozlar, 1773 ədəd üzərində "Head & Shoulders" sözləri yazılmış saç şampunları və digər saxta məhsullar aşkar edilib.

Bundan başqa, Ağcabədi rayon sakini Bünyadov Kamil Aydın oğluna məxsus "Mersedes Benz" markalı, 90-EU-925 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən üzərində "Ariel" sözləri yazılmış 562 kiloqram yuyucu tozu qablaşdırmaq üçün nəzərdə tutulan 19 büküm polietilen paketlər aşkar edilərək götürülüb.

Həmçinin, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2090-cı məhəllədə yerləşən fərdi sahibkar Tarverdiyev Ağaverdi İbi oğluna məxsus sexə baxış keçirilərkən yuyucu vasitələrin etiket və qablaşdırma paketlərinin qanunsuz şəkildə istehsal olunduğu müəyyən edilib.

Etiket və qablaşdırma paketlərinin istehsalında istifadə olunan aparat, xeyli sayda yuyucu tozlar, etiketlər, "Domestos", "Ariel", "Calgon", "Elidor", "Fairy" firmalarına məxsus çoxlu sayda emblemlər aşkar edilərək götürülüb.

Bununla yanaşı, Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzinin 26-cı korpusunda yerləşən Əliyev Ülvi Sarif oğluna məxsus 1 saylı mağazaya baxış keçirilərkən saxta yolla hazırlanmış müxtəlif yuyucu və təmizləyici vasitələr, qablaşdırma paketləri, etiketlər, ştrix kodlar, qablaşdırma paketlərinin yapışdırılması üçün nəzərdə tutulmuş xüsusi aparat aşkar edilərək götürülüb.

O cümlədən, Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Novruzov Natiq Arif oğluna məxsus anbara baxış keçirilərkən üzərlərində müxtəlif markalara məxsus etiketlər yapışdırılmış 10 min 192 qutu kimyəvi-təmizləyici vasitələr, habelə 11 min 122 qutudan ibarət şampun vasitələri aşkar edilərək götürülüb.

Keçirilmiş kompleks məhkəmə fiziki-kimyəvi və sənədlərin texniki ekspertizasının rəyi ilə qeyd edilən kimyəvi-təmizləyici maddələrin tərkibinə, keyfiyyət göstəricilərinə görə, müvafiq standartların tələblərinə uyğun gəlməməsi, ölçülərin, çəkilərin, qablaşdırmaların üzərindəki qeyd edilən ölçü və çəkilərlə eynilik təşkil etməməsi müəyyən edilib.

Qeyd edilən faktlarla əlaqədar, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 197.1 (əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə Anar Qasımov, Natiq Novruzov, Vidad Əliyev və Ülvi Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilib. Onlara Cinayət Məcəlləsinin 192.2.1, 197.2, 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmiş və barələrində Binəqədi rayon məhkəməsinin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Bununla yanaşı, Baş İdarə tərəfindən aparılmış istintaq zamanı fiziki şəxs Anar Qasımov, habelə onun təsisçisi olduğu "Uğur-Kimya" MMC, fiziki şəxslər Ülvi Əliyev, Mübariz Abdullayev, Ağaverdi Tarıverdiyev və Vidadi Əliyevin qara mühasibatlıqdan istifadə etmə yolu ilə xüsusi razılıq və ya lisenziya almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına və bu hərəkətləri ilə vergidən yayınmalarına əsaslı şübhələr müəyyən edildiyindən, vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin yoxlanılması haqqında məhkəmə tərəfindən qəbul edilmiş qərarlar icraya yönəldilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 597   Tarix: 20 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788