"Avtobus davaları, qəzalar bu üsulla aradan qalxacaq" - EKSPERT

"Avtobus davaları, qəzalar bu üsulla aradan qalxacaq" - EKSPERT"Təəssüflə qeyd etmək lazımdır ki, bu qədər görülən işlərə baxmayaraq, hələ də bir sıra daşıyıcı şirkətlər öz yarıtmaz fəaliyyətinə davam edir".

Zaman-zaman özəl daşıyıcı şirkətlərə məxsus marşrut xətləri ilə bağlı müxtəlif problemlərin yaşanmasının şahidi oluruq. Sürücü ilə sərnişin, dispetçerlə sürücü arasında mövcud olan narazılıqlar bəzi hallarda əlbəyaxa dava ilə nəticələnir. Sonuncu belə hallardan biri də 142 saylı marşrut avtobusunun sürücüsünün dispetçeri bıçaqlaması olub.

Hadisə barədə fins.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bu kimi halların kökündə dayanan əsas problemin intizamsızlıq olduğunu söyləyib. O, bir sıra daşıyıcı şirkətlərdə mövcud olan özbaşınalıq hallarından danışıb:

"Avtobus davaları, qəzalar bu üsulla aradan qalxacaq" - EKSPERT"Hər kəsə məlum olduğu kimi Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı şəhərində ictimai nəqliyyatda səliqə-səhman yaradıb, sürücü-dispetçer, həmçinin sürücü-sərnişin münasibətləri yaxşılaşdırılıb. Təəssüflə qeyd etmək lazımdır ki, bu qədər görülən işlərə baxmayaraq hələ də bir sıra daşıyıcı şirkətlər öz yarıtmaz fəaliyyətinə davam edir. Bu səbəbdən də müxtəlif xoşagəlməz hadisələr baş verir. Belə hadisələrdən sonuncusu da sürücünün dispetçeri bıçaqlaması oldu. Düşünürəm ki, bu, ilk növbədə məsuliyyətsizlik və intizamsızlıq ucbatından baş verib. Görünür, daşıyıcı şirkət rəhbərliyi tərəfindən ciddi nəzarət yoxdur, işçi-rəhbər, eləcə də işçilərin öz aralarındakı münasibət heç kim tərəfindən tənzimlənmir. Təbii olaraq belə daşıyıcı şirkətlərdə özbaşınalıq və hərc-mərclik mövcuddur. Hətta bəzi xətlər üzrə fəaliyyət göstərən daşıyıcı şirkətlərdə çalışan sürücülər sərxoş halda avtobus idarə edir. Bəzi hallarda isə həmin sürücülərin müvafiq sürücülük kateqoriyası belə olmur. Gedib araşdırma aparsaq, görərik ki, sürücü şirkətdə ştata alınmayıb".

"Avtobus davaları, qəzalar bu üsulla aradan qalxacaq" - EKSPERTEkspert daşıyıcı şirkətlərin istismar müddətini başa vurmuş avtobuslardan istifadəsinin insanların həyatını təhlükəyə atdığını deyib:

"Belə nəqliyyat vasitələri ekologiyaya böyük zərər vurur. Habelə bu cür avtobuslarda təhlükəsizlik səviyyəsi də olduqca aşağıdır. Nəqliyyat vasitəsi hərəkətdə olan zaman sürücü hər hansı manevr etmək istədikdə qəza törədir və nəticədə sərnişinlər ağır xəsarət alır, hətta ölüm hadisələri baş verir. Daşıyıcı şirkətlərin xəttə buraxdığı avtobuslarda ən çox müşahidə olunan problemlərdən biri də oturacaqların yararsız və natəmiz vəziyyətdə olması ilə bağlıdır. Həmin marşrut sahibləri qanunsuz olaraq avtobusda olan oturacaqları çıxarırlar ki, daha çox sərnişin götürə bilsinlər. Bu da təhlükəsizlik baxımından olduqca mənfi bir haldır. Qış aylarında, yağışlı günlərdə yararsız avtobuslarla sərnişindaşıma olduqca risklidir, hər an qəza baş verə bilər".

E.Cəfərovun sözlərinə görə, BNA özbaşınalıq olan şirkətlərin marşrut xəttini hərraca çıxarırsa, dövlət qurumu olaraq məsuliyyət daşıyır və nəzarəti gücləndirir:

"Qurum bu vaxta işini məqbul hesab etmədiyi bir neçə marşrut xəttini müsabiqəyə çıxararaq qayda-qanun yarada bilib. Agentlik həqiqətən də ictimai nəqliyyatda mövcud problemlərin aradan qaldırılmasına xüsusi həssaslıqla yanaşır. Düşünürəm ki, 142 saylı marşrut xəttinin hərraca qoyulması da yalnız vətəndaşların xeyrinə olacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 833   Tarix: 14 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İsrailin Rafaha bomba hücumu: 2 ölü

İsrailin Qəzza zolağının cənubundakı Rafah şəhərində bomba hücumu olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 2 fələstinli ölüb, daha bir neçə nəfər yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi "WAFA" məlumat yayıb. Qəzzanın Misirlə Rəfah sərhəd keçidinin Fələstin tərəfini ələ keçirdiy

10:45 118
.

Ögey atasını öldürmüşdü, cəza verilmədi

Ögey atasını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Elgün Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan araşdırma zamanı müttəhimin hadisəni törədərkən anlaqsız vəziyyətdə olması sübut olunub. Prokuro

12:23 533
.

Tanzaniyada qayığın batması nəticəsində 5 nəfər ölüb

Şərqi Afrika ölkəsi Tanzaniyanın Hind okeanı sahillərində qayığın batması nəticəsində 5 nəfər ölüb, 6 nəfər itkin düşüb. xəbər verir ki, rəsmilər Tanqa bölgəsində Panqaniyə gedən qayıqdan düşərək boğulan 5 nəfərin cəsədinin Keniyanın Mombasa sahillərində sürünərək sudan çıxarıldığını bildirib. 6 nəfəri

07.05.2024 211
.

Rasim Balayev Baş nazirə müraciət etdi

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev "Kinematoqrafiya haqqında" qanunun yerli kinematoqrafçıların qonorarlarını nizamlayan 38 nömrəli qərarı ilə bağlı Baş nazir Əli Əsədova məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyili

13:50 295
.

Müğənni Günay makyajsız şəklini paylaşdı

Müğənni Günay İbrahimli makyajsız halı ilə gündəmə gəlib. BİG.AZ xəbər verir ki, o, İnstaqram sosial şəbəkəsində paylaşıb:. "Bəzən yol qət etmək üçün qaçmaq yox, dayanmaq gərəkdir. Yolumuz uzun". İfaçının fotosu çoxsaylı bəyənmə yığaraq, sevənləri tərəfindən xoş sözlər yazılıb

17:30 111
.

Paşinyan 44 günlük müharibəni administrasiyasının ən mühüm uğursuzluğu kimi qiymətləndirib

Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni administrasiyasının ən mühüm uğursuzluğu kimi qiymətləndirib. xəbər verir ki, o bunu mayın 7-də keçirdiyi mətbuat konfransında deyib. Baş nazir 44 günlük müharibədən qaçmağın niyə mümkün olmadığını izah edib. "2018-ci ildən Dağlıq Qarabağd

07.05.2024 312
.

Azərbaycanda bank kartlarında problem yarandı

Azərbaycanda bank kartlarında problem yaranıb. Bu barədə sosial şəbəkələrdə çoxlu paylaşım yer alıb. -ın məlumatına görə, "Azericard" yaranan məsələ ilə bağlı açıqlama verib. "Azericard" proses mərkəzində olan müvəqqəti çətinlikdən dolayı kartlarla ödənişlərdə gecikmələr mövcuddur

16:12 217
.

Çində xəstəxanada bıçaqlı hücum nəticəsində 10-dan çox adam ölüb

Çində xəstəxanada bıçaqlı hücum nəticəsində 10-dan çox adam ölüb. xəbər verir ki, Çinin Sinxua agentliyinin xəbərinə görə, hücum Yunnan əyalətinin Kaotonq əyalətindəki Cinxiong Rayon Xalq Xəstəxanasında bıçaqla həyata keçirilib. Səlahiyyətlilər hücumda 10-dan çox adamın öldüyünü bildirib və hücum edəni

07.05.2024 419
.

Səidədən Aygün Bəyləri təhqir edən Ləmana cavab

Xəbər verdiyimiz kimi, tiktoker Ləman Vəliyeva mərhum Əməkdar artist Aygün Bəyləri təhqir edib. Axşam.az-ın məlumatına görə, bununla bağlı paylaşım edənlər arasında müğənni Səidə Sultan da yer alıb. Səidə bildirib ki, tiktoker bu sözlərlə Azərbaycan musiqisini təhqir edib:. "Gərək belə məqamlard

11:34 846