"3 saatlıq proqramda mənim danışmaq imkanım olmurdu" - Tağı Hüseynovdan şikayət dolu AÇIQLAMA
Uzun müddət Zaur Baxşəliyevin aparıcılıq etdiyi proqramlarda ekspert kimi iştirak edən tanınmış vəkil Tağı Hüseynov verlişdən ayrılmasının səbəblərindən danışıb.
Tağı Hüseynov BiG.AZ-a açıqlama verib. O, bildirib ki, proqramda ekspert kimi iştirak etsə də, danışmqa imkanı olmayıb:
"2013-cü ildən 2017-ci ilə qədər mən 4 il Zaur Baxşəliyevin aparıcılıq etdiyi proqramda ekspert kimi iştirak etmişəm. Mən təzə gedən də "Ümid var" adlı proqram idi. Daha sonra " Öz aramızda", "Bizimləsən" proqramları ardıcıl olaraq yayımlandı. Proqramdan ona görə ayrıldım ki, artıq məncə izləyicilərin gözü yorulmuşdu. Mütəmadi eyni insanları görmək yorucu olur. Verliş də uzun idi. Amma 3 saatlıq proqramda mənim danışmaq imkanım olmurdu. Mən danışmağı sevən adamam. Amma görürdüm ki, heç 3-4 dəqiqə danışa bilmirəm.
Daha sonra özüm hüquqla bağlı proqram aparıcılığı etdim. Lider telekanalında yayımlanan proqramda vəzifələrin qorunmasından bəhs olunurdu. İki ay orada öz verlişimin aparıcısı oldum. Lakin sonra gördüm ki, vətəndaşlar elə anlayıb ki, mən artıq vəkillik etmirəm. Ona görə də mən bu sahədən uzaqlaşmalı oldum. Hazırda Space telekanalında "Gəl dərdini danış" adlı proqram var. Orada ekspert kimi iştirak edirəm. Mən bu proqramda rahat fikrimi çatdıra bilirəm. Heç bir çıxışımı da çıxarmırlar.
Bəzi aparıcılar var ki, məsələn Zaur, Xoşqədəm və.s onlar çox yaxşı aparıcılardır. Lakin özləri ekspertdən çox danışırlar. Biz bilirik ki, qaydalara görə proqramda qonaq olan ekspertlər, qonaqlar daha çox danışmalı, müzakirəyə qoyulan məsələləri həll edəcək fikirlər söyləməlidirlər. Lakin bunlarda məsələ tam fərqlidir. Axı tamaşaçıya aparıcının fikri maraqlı deyil. Sən verilişə ekspert çağırmısansa, ona söz verməlisən ki, danışsın. Çünki onların fikri daha önəmli olmalıdır. Burada isə tam əksini görürdüm. 3 saatlıq proqramda ekspertlər 3 dəqiqə danışır, qalan vaxt isə aparıcı danışır".
Lamiyə Məmmədova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3051 Tarix: 06 fevral 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Elçin Əmirbəyov: Zəngəzur dəhlizi eyni anda bir neçə strateji marşrutu birləşdirir
Zəngəzur dəhlizi - bir neçə marşrutu özündə birləşdirən genişmiqyaslı layihədir. "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Polşanın "TVP World" telekanalına verdiyi müsahibəsində bildirib. O xatırladıb ki, "Tram
13.12.2025 156 ŞOK OLAY - Polisdən qaçmaq üçün GÖRÜN NƏ ETDİ
İtaliyanın Qalatone şəhərində qeyri-adi və gülməli hadisə baş verib. xəbər verir ki, polis tərəfindən axtarışda olan Qana əsilli 38 yaşlı kişi hüquq-mühafizə orqanlarından yayınmaq üçün Milad bayramı münasibətilə qurulmuş dini dekorasiyada gizlənməyə çalışıb. Şübhəli şəxs Məryəm və Yusif fiqurlarını
15:50 0 Taksi sürücüsü həbs edildi: Hava limanından müştəri götürübmüş
Bakı Beynəlxalq Hava Limanında icazəsiz sərnişin daşıyan taksi sürücüsü həbs edilib. BİG.AZ "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə dekabrın 11-i gecə saat 3 radələrində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü G.H. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə barəsind
15:10 58 Sabah bəzi ərazilərdə leysan olacaq, qar yağacaq - PROQNOZ
Bakıda və Abşeron yarımadasında dekabrın 15-də havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Cənub-qərb küləyi gündü
12:54 139 Hakan Fidan: Biz yaxşı olmaq istədiyimiz üçün yaxşı davranırıq
"Bizim gücümüz, qüvvətimiz və iradəmiz var, amma biz yalnız yaxşı olmaq istədiyimiz üçün yaxşı davranırıq. Suriyada, İranda, İraqda, bölgədəki bütün münasibətlərimizdə bu vəziyyət bizi şəffaf olmağa məcbur edir". "Report" "Ahaber"ə istinadən xəbər verir ki, bunu Türkiyəni
12:40 103 Ürəyi 45 dəqiqə dayanan qadın danışdı: "Həkimlər deyirlər ki, iki dəfə olub"
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan qadın 45 dəqiqəlik reanimasiya tədbirlərindən sonra həyata qaytarılıb. Hadisədən sonra özünə gələn pasiyent yaşadıqlarından danışıb. Belə ki, altı uşaq anası Sevinc Əliyeva öd kisəsindəki daş səbəbindən əməliyya
01:19 354 Ukraynanın Trampın sülh planına cavabının təfərrüatları məlum olub
Ukrayna ABŞ Prezidenti Donald Trampın sülh planına cavab olaraq qoşunların Donbasdan çıxarılması və NATO üzvlüyündən imtinası ilə bağlı təklifləri rədd edib. "Report" xəbər verir ki, Kiyevin cavabının təfərrüatlarını "New York Times" açıqlayıb. "Cavabda bildirilib ki, Kiyev Ukraynanı
14:30 82 Əri Rusiyaya işləməyə gedən qadın 2 övladını öldürdü
Özbəkistanda məhkəmə Andican vilayətinin 24 yaşlı sakini olan qadın barəsində yekun hökm çıxarıb. O, iki azyaşlı qızını qətlə yetirməkdə təqsirli bilinib. xarici mediaya istinadla bildirir ki, hadisə İzbasqan rayonunun Urqanji məhəlləsində baş verib. İş materiallarına əsasən, qadın Rusiyaya işləməy
13:50 128 Naim Qasem: "Hizbullah" İsrailin şərtlərini qəbul etməyəcək və ABŞ-yə təslim olmayacaq
İsrail ilə Livan arasında atəşkəs razılaşması qüvvəyə minəndən sonra başqa yanaşma tələb olunan yeni mərhələ başlayıb. "Report" xəbər verir ki, bunu "Hizbullah"ın baş katibi Naim Qasem "Al-Manar TV"nin canlı yayımında bildirib. Onun sözlərinə görə,Livan hökuməti ölkəni
14:40 74