Məşqçilər seçimini etdi: Azərbaycanda ilin futbolçusu kimdir? - SORĞU

Məşqçilər seçimini etdi: Azərbaycanda ilin futbolçusu kimdir? - SORĞUHər il Azərbaycanda ilin futbolçusunun seçilməsinə dair müxtəlif sorğular keçirilir. Bu sorğularda, əsasən, jurnalistlər, azarkeşlər, idman xadimləri iştirak edir.

BiG.AZ məlumat verir ki, Oxu.Az isə budəfəki sorğuda məşqçilərin fikirlərini öyrənib.

Premyer Liqada yarışan səkkiz komandanın baş məşqçisi, eləcə də, AFFA Məşqçilər Komitəsinin dörd üzvü ilin futbolçusunu müəyyənləşdirmək üçün sorğuda iştirak edib. Onlardan Azərbaycan Premyer Liqasında oynayan yerli və xarici oyunçuların, eləcə də, ölkədən kənarda çıxış edən azərbaycanlı futbolçulardan ilk "üçlüy"ü qurmaq xahiş olunub.

Maraqlıdır ki, Ayxan Abbasov hər üç futbolçunun adını çalışdırdığı "Sumqayıt"dan çəkib. Daha bir maraqlı məqam odur ki, sorğuda ilk sırada üç məşqçi "Qarabağ"ın Mərakeş əsilli fransalı futbolçusu Abdulla Zubirin adını hallandırıb. Eyni sayda millimizin əsas qapıçısı, hazırda Qazaxıstanın "Tobol" klubuna məxsus olan Emil Balayev də səs toplayıb.

Bu səbəbdən ikinci yerdə ən çox adıçəkilən futbolçulara "müraciət etdik". Ancaq elə ikinci yerdə də ən çox adıçəkilən futbolçular Zubirlə Emil olub. Hərəyə iki məşqçi onların adını çəkib.

Üçüncü yerdə isə onların adı çəkilməyib. Qalibi müəyyənləşdirmək üçün Oxu.Az olaraq öz səsimizi də təqdim edə bilərdik. Lakin bu, aparılan sorğuya subyektivlik qatmış olardı deyə, builki məşqçilərin seçiminə əsasən Azərbaycanda ilin futbolçuları Abdulla Zubirlə Emil Balayevdir.

Yeri gəlmişkən, "Neftçi"nin futbolçusu Emin Mahmudov da bu iki futbolçu qədər – beş dəfə səs toplayıb. Lakin onun adı cəmi bir dəfə birinci sırada, hərəyə iki dəfə ikinci və üçüncü sırada çəkilib. Daha bir maraqlı məqam "Qarabağ"ın hücumçusu Mahir Əmrəliyə dörd məşqçi tərəfindən ilin üçüncü futbolçusu qismində səs verilib. Elə bu il millimizdə parlamış Bəhlul Mustafazadə də Mahir qədər – dörd dəfə səs toplayıb.

Premyer Liqa klublarının baş məşqçiləri

Qurban Qurbanov ("Qarabağ"): 1. Abdulla Zubir, 2. Emin Mahmudov, 3. Mahir Əmrəli

Roberto Bordin ("Neftçi"): 1. Voyislav Stankoviç, 2. Rişard Almeyda, 3. Emin Mahmudov

Tərlan Əhmədov ("Keşlə"): 1. Emin Mahmudov, 2. Qara Qarayev, 3. Vüsal İsgəndərli

Ayxan Abbasov ("Sumqayıt"): 1. Vüqar Mustafayev, 2. Əmir Ağayev, 3. Peyman Babayi

Zaur Həşimov ("Zirə"): 1. Maksim Medvedev, 2. Ağabala Ramazanov, 3. Cavid Hüseynov

Jelko Sopiç ("Sabah"): 1. Abdulla Zubir, 2. Emin Mahmudov, 3. Rişard Almeyda

Elmar Baxşıyev ("Qəbələ"): 1. Ramil Şeydayev, 2. Emil Balayev, 3. Bəhlul Mustafazadə

Aftandil Hacıyev ("Səbail"): 1. Emil Balayev, 2. Ağabala Ramazanov, 3. Mahir Əmrəli

AFFA Məşqçilər Komitəsinin üzvləri

Vaqif Sadıqov (sədr): 1. Abdulla Zubir, 2. Emil Balayev, 3. Mahir Əmrəli

Şakir Qəribov: 1. Bəhlul Mustafazadə, 2. Abdulla Zubir, 3. Mahir Əmrəli

Ağasəlim Mircavadov: 1. Emil Balayev, 2. Bəhlul Mustafazadə, 3. Emin Mahmudov

Şahin Diniyev: 1. Emil Balayev, 2. Abdulla Zubir, 3. Bəhlul Mustafazadə


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1109   Tarix: 31 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto

05.09.2021 898
.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074
.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək

İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"

05.09.2021 1542
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758
.

Millimizin keçmiş voleybolçusu toy etdi - FOTOLAR

Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Yakimçuk ailə həyatı qurub. -a istinadən xəbər verir ki, milliləşən legionerin toy mərasimi vətəni Ukraynada baş tutub. Xanım voleybolçu Dmitri Şatovla evlənib. Kiyevdə anadan olan Yelenanın toyu da paytaxtda gerçəkləşib. Cütlük şad gününü Kiyev vilayətind

24.08.2021 1745
.

Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb. Buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub. O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb. Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürün

29.08.2021 834