"Bakı dünyanın bir nömrəli şəhəridir" - Lorenzo Frutos

"Bakı dünyanın bir nömrəli şəhəridir" - Lorenzo Frutos"Keşlə"nin paraqvaylı hücumçusu Lorenzo Frutos ölkəsinin mətbuatına müsahibə verib.

BiG.AZ qol.az-a istinadən xəbər verir ki, bu ilin yayından "Keşlə"yə cəlb olunan Frutos ilk olaraq ölkəmizdə başına gələn çətinliklərdən danışıb: "Burada rəqəmsal platformada məhdudiyyətlər olduğu üçün sevdiyim seriallara baxmaq çətindir. İngilis dilində danışa bilirəm. Amma Azərbaycanda bununla yanaşı yerli dildə danışmaq, bir çox gündəlik məsələlərdə ingilis dilinin oldunu demək çox çətindir. Məsələn, bir dəfə yoqurt almaq istədim, ancaq mənə südlü qaymaq verdilər. Çünki etiketin üzərində nə yazıldığını başa düşməmişdim".

Bundan başqa Tito Bakıda başqa dinlərə hörmətlə yanaşıldığını vurğulayıb: "Paltardəyişmə otağında oyunçular çox rəsmi olurlar. Bir neçə oyunçu müsəlmandır və gündə 5 dəfə namaz qılmaq kimi adətlərə sahibdirlər. Lakin xarici mədəniyyətə hörmət üçün yaxşı bir çərçivə var. Məsələn, heyətdə mənimlə birlikdə Cənubi Amerikadan daha 2 futbolçu- Sezar Meza Kolli və Franko Flores çıxış edir. Biz oyunlardan əvvəl atmosferi canlandırmaq üçün rəqs edirik. Bəzən baş məşqçimiz musiqinin səsinin artırılmasını istəyir".

Lorenzo Bakının gözəl şəhər olduğunu da qeyd edib: "Bakı dünyanın bir nömrəli şəhəridir. Küçələrdə rahat gəzə bilirsən, cinayət halları olmur, küçələr olduqca gözəldir, binaları isə dünyanın nömrə biri hesab olunur. Oynadığımız stadion müasir infrastruktura malikdir. Dediyim kimi fərqli mədəniyyətə sahib olsalar da, onlarda az qala hər şeyin tamamilə Avropadakı kimi olduğunu görə bilərsiniz".

Komandasının oyunlarından danışan Tito bu mövsüm Azərbaycan Premyer Liqasında şanslarını qiymətləndirib: "Hazırda 3-cü yerdəyik. Avropa Liqasına vəsiqə qazanmaq üçün bu pilləni qorumaq lazımdır. Əlbəttə ki, çempionat haqqında düşünürük. İkinci dövrə başlayacaq və hədəfimiz həmişə kubokdur".

Futbolçu gitara çalmaq kimi bacarığının olduğunu da deyib: "İstirahət günlərində komanda yoldaşlarımla yığışırıq, mən gitara çalıb, mahnı oxuyuram".

Qeyd edək ki, Lorenzo Frutos 14 turdan sonra 6 qolla Azərbaycan Premyer Liqasının bombardirləri arasında ilk sıralardadır.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 936   Tarix: 26 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ronaldinyo həbsxanada çempion olub, mükafat olaraq donuz almağından danışıb

"Barselona"nın sabiq ulduzu Ronaldinyo həbsxanada keçirdiyi günlərdən danışıb. xarici mətbuata istinadən xəbər verir ki, Paraqvayda həbsdə olduğu müddətdə futbol ona baş verənlərdən uzaqlaşmağa kömək edib. Onun sözlərinə görə, həbsxanada keçirilən turnirin finalında onun komandası 11:2 hesab

21.08.2026 457
.

"Napoli" "Çelsi"nin hücumçusu Mark Qiunu transfer edə bilər

İtaliyanın "Napoli" klubu İngiltərə təmsilçisi "Çelsi"nin hücumçusu Mark Qiunun transferində maraqlıdır. "Report"xarici mediaya istinadən xəbər verir ki, 20 yaşlı ispaniyalı futbolçu neapolluların hücum xətti üçün prioritet namizədə çevrilib. "Barselona"nın yetirməsini

23.08.2026 286
.

"Verder"in futbolçusu Karim Kulibali oğurluq hadisəsi ilə üzləşib

Almaniyanın "Verder" klubunun 19 yaşlı müdafiəçisi Karim Kulibali xoşagəlməz hadisə ilə üzləşib. "Report" xəbər verir ki, futbolçu ötən gün məşqə getmək istəyərkən avtomobilinin dörd təkərinin oğurlandığını görüb. Kulibali hadisə ilə bağlı sosial şəbəkə hesabında avtomobilinin fotosun

09.08.2026 327
.

"Qalatasaray" Rusiya yığmasının oyunçusunu alır

Türkiyənin "Qalatasaray" klubu Rusiya yığmasının və "Lokomotiv Moskva"nın futbolçusu Aleksey Batrakovun transferi ilə bağlı danışıqlara start verib. xəbər verir ki, bu barədə məlumatı tanınmış türkiyəli jurnalist Safa Kaan Öztürk özünün "X" sosial şəbəkə hesabında paylaşıb

02.08.2026 341
.

Fərid Qayıbov: "Üzgüçülük yarışında iştirakçıların sayı 30 faiz artıb"

"Artıq beşinci dəfədir ki, Mingəçevirdə bu yarış keçirilir. Beş ildir davam etməsi onun artıq ənənəyə çevrildiyini göstərir və bu, çox müsbət haldır". xəbər verir ki, bunu "Kürü keçək?! 5" üzgüçülük yarışından sonra jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbo

09.08.2026 327
.

"Roma" klubu Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb

İtaliyanın "Roma" klubu yarımmüdafiəçi Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb. "Report" xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. 30 yaşlı futbolçu ilə yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Razılaşmada sözləşmənin daha bir mövsü

09.08.2026 306
.

Əsəbiləşib özünə xəsarət yetirən futbolçuya - AFFA-dan ağır cəza

Misli Premyer Liqasının I turunun "Sumqayıt" - "Neftçi" oyununda birbaşa qırmızı vərəqə alan "Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Təcavüzka

20.08.2026 348
.

Neymar Messi ilə yenidən komanda yoldaşı ola bilər

Braziliyalı ulduz futbolçu Neymarın 2026-cı ilin sonunda "Santos"dan ayrılacağı və karyerasını ABŞ-də davam etdirə biləcəyi iddia olunur. Ölkə.az xəbər verir ki, mümkün istiqamətlər arasında Lionel Messinin çıxış etdiyi "İnter Mayami"nin adı çəkilir. İddialara görə, 34 yaşlı hücumç

10.08.2026 458
.

"Çelsi" Juan Pedro ilə müqavilənin müddətini uzadıb

İngiltərənin "Çelsi" klubu braziliyalı hücumçu Juan Pedro ilə müqavilənin müddətini 2034-cü ilədək uzadıb. "Report" xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. "Brayton"dan transfer olunan Braziliya millisinin 24 yaşlı üzvü 2025-ci ili

22.08.2026 231
.