iPhone üçün düzəltdiyi əldəqayırma aksesuar ona 170 milyon dollar qazandırır

iPhone üçün düzəltdiyi əldəqayırma aksesuar ona 170 milyon dollar qazandırırDavid Barnett adlı keçmiş fəlsəfə müəllimi öz iPhone 3G smartfonundan istifadə zamanı bir sıra problemlərlə üzləşir. Birincisi, onun qulaqcıqları daim bir-birinə dolaşır, ikincisi, telefonu sürüşüb düşür, üçüncüsü isə, telefonu təbii ki, dik şəkildə saxlamaq mümkün olmurdu. Buna görə də o, özünü və 300 mindən çox müştərini belə narahatedici vəziyyətlərdən qurtarmaq qərarına gəlir.

Başladığı il: 2010-cu il.

Bugünkü biznesi: 2017-ci il ərzində təxminən 170 mln. dollar.

Əməkdaş sayı: 118 nəfər.

Karyerasının başlanğıcında qurucusunun yaşı: təxminən 45.

Qurucunun keçmiş fəaliyyəti: fəlsəfə müəllimi.

Fürsət

Barnett telefonun arxa panelinə iki paltar düyməsi bərkidir və onlara qulaqcıqlarını dolayır. Bununla o, ən qıcıqlandırıcı halların birindən - qulaqcıqların dolaşmasından insanların canını qurtarmış olur.

PopSockets müştərilərinin əksəriyyəti bu aləti "həyatı dəyişdirən" adlandırıblar. Belə ki, o, insanların həyatını asanlaşdırıb.

Hər şey necə başladı?

PopSockets-in qurucusu David Barnett artıq qeyd etdiyimiz kimi fəlsəfə müəllimi olub.

2010-cu ildə Barnett, qulaqcıqlarının daim bir-birinə dolaşmasından artıq təngə gəlir və bu problemi həll etmək istəyir : " Mən öz iPhone 3G telefonumun arxasına iki böyük paltar düyməsi bərkitdim və qulaqcıqlarımı ehtiyatla onların ətrafına doladım. O vaxtdan qulaqcıqlarım həmişə səliqəli şəkildə telefonumun arxasında qalırlar.

Amma çox heyf, yaxud bəlkə də, xoşbəxtlikdən mən başqa bir problemlə də üzləşdim: dostlarım və ailəm mənim hazırladığıma güldülər. Sonra, bir neçə ayımı öz ixtiramın üzərində işləməyə həsr etdim - PopSockets tutacağı".

David təxminən 60 fərqli prototip ərsəyə gətirir.

2012-ci ildə Barnett Kickstarter-də kampaniya təşkil edərək iPhone üçün iki kiçik tutacaqlı örtüyü təqdim edir.

PopSockets-i hazırlamaq üçün Barnett 3D CAD detallar layihələnməsini özü sərbəst şəkildə öyrənir. O, Kickstarter-də video yerləşdirir. Həmin videoda özü rəqs edə-edə öz ixtirasını nümayiş etdirir.

2012-ci ilin yayında Barnett-in evi meşə yanğınları zamanı yanır. Yanan əmlakına dəyən ziyanın əvəzi qismində ona ödənilən pulun yarısını gələcək PopSockets-ə xərcləyir. Barnett 2014-cü ildə öz qarajında PopSockets-in satışına başlayır. İlk il şirkətin gəliri 240 min dollara çatır.

2014-2015-ci illərdə Barnett dostlarından, tanışlardan və ixtirasının fanatlarından təxminən 500 min dollara yaxın pul əldə edir.

2014-cü ildə David 30 min tutacaq satır, 2015-ci ildə isə T-Mobile ilə ilk böyük pərakəndə əməliyyat sayəsində onlardan 300 minini satmağa nail olur.

PopSockets LLC-nin gəlirləri 2015-ci ilin ortalarından 2018-ci ilin ortalarına kimi 71,4% artır, o, bu artıma səhmlərsiz nail olur.

Şirkət bugün

PopSockets LLC-nin Marvel, Sanrio, Netflix-in "Çox qəribə işlər" serialı və Warner Bros.-in "Harry Potter" filmlərinin qəhrəmanlarının rəsmləri olan PopSockets-lər satmağa icazəsi var. Onun həmçinin, Pokemon, My Little Pony, Keith Haring, Transformers və NBA ilə də lisenziya razılaşmaları var.

2016-cı ilin iyulunda PopSockets LLC şirkəti YouTube bloggeri Jenna Marbles-lə əməkdaşlığa başlayır və ona it şəkilli PopSockets-lər satır.

PopSockets-in fanatları arasında Gigi Hadid, Jared Leto, Nicole Williams və Serena Williams kimi tanınmışlar var.

Bugün PopSockets Amazon-da, Best Buy-da, Bed Bath & Beyond-da, Target-də, Walmart-da və digər bir sıra mağazalarda satılır.

Şirkət tək bir əməkdaşla Barnett-in özü ilə işə başlayır, amma hal-hazırda onun Boulder-də, Kolorado ştatında, San-Fransiskoda. Finlandiya və Sinqapurda təxminən 120 nəfər işçisi var.

Bugünə kimi 45 milyon məhsul satılıb.

Alıcılar demək olar ki, istənilən dizaynda və materialda olan PopSockets əldə edə bilirlər. Məsələn, Swarovski qaşlı və ya süni ilan dərisindən (Barnett vegetariandır) tutacaqlar satılır.

Tutacağın qiyməti 15 dollardır, şirkət həm də avtomobillər üçün telefon tutacaqları və plastik kartlar üçün örtüklər satır. Onlar da telefonun arxa panelinə bərkidilir.

PopSockets onlayn-gəlirlərinin 10%-ni artritdən, Parkinson xəstəliyindən, onurğa və beyin zədələrindən əziyyət çəkənlərə kömək məqsədi ilə ianə edir. Apreldə şirkət Denver-dəki xəstəxana ilə birgə xeyriyyə proqramına başlayır.

Uğurunun sirri

Kickstarter-də buraxdığı kampaniya sayəsində PopSockets-in məhsulunu reklam etməyə ehtiyacı qalmır və bu kiçik ixtiranın çoxlu fanat ordusu olur. Onlar pul qoyurdular və PopSockets-dən dostlarına bəhs edirdilər.

Şirkət daim kino ulduzlarla, bloggerlərlə və idman komandaları ilə rəsmi görüşlər keçirir.

PopSockets-in köməyi ilə hansı komandaya azarkeşlik etdiyini və hansı filmlərə baxmağı xoşladığını göstərmək olar. PopSockets dəbli bir aksesuara çevrildi və onunla selfi çəkdirib İnstagramda yerləşdirmək adi hal aldı.

David Barnett imkanları görürdü. PopSockets məhsulları telefondan istifadə zamanı yaranan üç əsas problemi həll edirlər: onunla qulaqcıqlar artıq bir-birinə dolaşmırlar, tutacaq rahat formada olduğundan telefonu əldə möhkəm tutmaq mümkündür və yerə düşmə riski də azdır. PopSockets smartfonda videoya baxmaq və ya elektron kitab oxumaq üçün altlıq kimi də istifadə oluna bilər.

Onu təkrarlamaq olarmı?

Kickstarter-də kampaniya təşkil etməsi PopSockets-ə çoxlu ilkin səhmlər qazandırır.

PopSockets-in artıq AliExpress-də biri 1,03 AZN-dən başlayan qiymətlərlə analoqları var.

Affiliate Marketing modelini qurmağı yoxlamaq olar. Amma bu, uzunmüddətli uğurlu biznesin qurulması deyil, sadəcə pul qazanma yolu olacaq. PopSockets-in isə əqli mülkiyyət hüququ var, qanunsuz təkrarı yolverilməzdir.(milli)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1154   Tarix: 21 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

TOP MP3