Bu şəxslərə bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
2026-cı il yanvarın 1-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyindəki bəzi qoruq və muzeylərə xarici vətəndaşlar üçün giriş qiymətlərində dəyişikliklər tətbiq ediləcək.
BiG.AZ xəbər verir ki, bu barədə Qoruqları İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 2026-cı il yanvarın 1-dən başlayaraq xarici ölkə vətəndaşlarına "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq, "Kiş" Tarix-Memarlıq (Alban məbədi) qoruqlarına, "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun Şəki xan sarayına, "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunun balansındakı "Diri Baba" türbəsinə giriş qiyməti 15 manat təşkil edəcək.
Qeyd edək ki, xarici ölkə vətəndaşları üçün güzəşt kateqoriyasına aid kombinə olunmuş biletlər də mövcuddur. "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət üçün nəzərdə tutulmuş kombinə edilmiş bilet 25 manat təşkil edir. "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq qoruqlarını və Palçıq Vulkanları Turizm Kompleksini ziyarət üçün nəzərdə tutulmuş kombinə edilmiş bilet 35 manatdır. Kombinə olunmuş biletlər yalnız bir nəfər üçün nəzərdə tutulub və ilk istifadədən sonra 72 saat müddətində yararlıdır.
Azərbaycan vətəndaşları üçün qoruq və muzeylərə giriş qiymətində hər hansı dəyişiklik yoxdur.
Xatırladaq ki, Azərbaycan vətəndaşlarından əlilliyi olan şəxslər, azyaşlı uşaqlar və məktəblilər, müharibə veteranları, qazilər və onların birinci dərəcəli ailə üzvləri, şəhidlərin birinci dərəcəli ailə üzvləri üçün qoruq və muzeylərə giriş ödənişsizdir. Xarici ölkə vətəndaşlarının 12 yaşınadək uşaqlarına da giriş ödənişsizdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 808 Tarix: 19 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRəsmi Tehran: İran mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır
"İran strateji tərəfdaşları olan və Tehranın mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır". "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Biz həm Rusiya, həm də Çinlə sıx təmasdayıq. Çin və Rusiya bizim stratej
20:30 0 Konfet kişinin ağzında partladı, öldü
Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya
13:40 0 Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK
Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd
12:19 131 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo
19:03 211 Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb
Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6
16:20 0 Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video
Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i
17:09 0 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir
Rusiya hərbçiləri "İsgəndər" raket sistemlərini optik və radiolokasiya başlıqlarla təchiz edərək modernləşdiriblər. Raketlər hədəfə yaxınlaşarkən son saniyələrdə yüksək dəqiqliklə zərbələr endirmək imkanına malikdirlər. -ın "Teleqraf" nəşrinə istinadən xəbərinə görə, ukraynalı rəsmilə
10:30 155 Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı
12:20 117 Ana Brnabiç: Yeni hakimiyyət müxalifəti dinləməkdə maraqlı deyil
Serbiyada prezident səlahiyyətlərini icra edən Ana Brnabiç yeni hakimiyyətin müxalifətlə dialoq aparmaqda və onun mövqeyini dinləməkdə maraqlı olmadığını bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Brnabiç bunu Serbiya Milli Assambleyasında keçirilən məsləhətləşmələrdən sonra jurnalistlər
18:20 0