İntihar etmək istəyən dostuma…

İntihar etmək istəyən dostuma…İNTİHAR və stresslərin artdığı bir zamanədə mən də öz fikirlərimi yazmağı düşündüm. Bəlkə kiməsə xeyri oldu.

Bir neçə il öncə gündəmi zəbt etmiş "Psixoloqun intihar etməsi" yadıma düşdü. Çoxlarını təəccübləndirən hal əslində normaldı, həkimin xəstələnməsi kimi. Çünki psixoloqların da psixoloqa ehtiyacı olur, məsələn, diş həkimlərinin diş həkiminə ehtiyacı olduğu kimi...

Başqasına məsləhət verməyə nə var ki? Hünər ÖZÜNLƏ BACARMAQDIR.

İNTİHAR... Zəiflik, yoxsa cəsarət? Eqoistlik, yoxsa insaniyyəti öz varlığından xilas etmək arzusu? Yorğunluq, ya diqqət cəlb etməyə cəhd?

Bu səbəblərin hər biri düzgün cavab ola bilər. Bunların hamısının bir kökü var - SƏHV DÜŞÜNCƏ. Düşüncəni düzəltmək üçün sadəcə bir-neçə dəqiqə sakitcə fikirləşmək yetərli ola bilər. Bəziləri özləri də düşünə bilir, amma bir çoxlarının onları düşündürəcək dəstəyə ehtiyacı var.

Bu fikri başdan atmaq üçün bir şeyi bilmək yetərlidir: İNTİHAR ÇIXIŞ YOLU DEYİL. Hətta deyərdim ki, GİRİŞ YOLUDUR - bir problemdən daha da BÖYÜK bir problemə giriş yolu. Bu addımla dostlar kədərlənəcək, düşmənlər sevinəcək və siz CƏHƏNNƏMƏ gedəcəksiniz...

Qazanan kim olacaq ki?

İntihardan insanı yalnız ƏQİDƏ qurtara bilər. Əqidəsiz insanı bu dünyaya bağlayan heç bir şey qalmaz. MƏNASIZ dünyada yaşamağın NƏ MƏNASI? Günahlar haqda sorğu-sual olunmayacaqsa, ölümdən niyə qorxaq ki? Pisliklərdən çəkinib, yaxşılığa niyə can ataq ki? Həyatımıza MƏNA qatan isə (varlığı zamanəmizdə artıq az qala aksiom olan) ALLAHdır. Ona xatir yaşamalıyıqsa, ONA XATİR dözək və YAŞAYAQ. O zaman Ondan qeyrisi çox cılız görsənər… və hər bir çətinlikdə ƏN ÇƏTİNİ İLKİN MƏRHƏLƏDİR. Bu mərhələni keçə bilsəz, gerisi rahat olacaq.

Sadəcə SƏBR.

Hər gecənin bir işıqlı səhəri var. Hətta ƏN KRİTİK anlar belə, cəmi bir gündən sonra - BİR GÜN çox dedim, deyəsən - o qədər də KRİTİK görsənmir.

Həyatın qaranlıq tərəfini YOX, İŞIQLI tərəfini görməyə çalışın. Hər vəziyyətin müsbət tərəfləri var. Özünüzdən də pis vəziyyətdə olanları düşünün. Bir çoxları sizdən azına sahib olduqları halda haşamaq eşqilə dolaraq, sizdən çoxuna nail ola bilibsə - əli-qolu olmayan motivator Nik Vuyçiç kimi, məsələn - siz niyə bacarmayasız?! Unutmayın ki, yaşadığınız həyat belə, kimlərinsə arzusudur.

Bu həyatı belə rahatlıqla əldən verməyin...

Ətrafınıza sizə daim DOĞRU yolu göstərəcək birilərini toplayın və belə anlarda onlarla ünsiyyət qurun. Məsləhətləşin. Atalar demiş, hər şeyə çarə var, bircə ÖLÜMƏ çarə yoxdur.

Yazdıqlarımı bir yerə qeyd edin və, ətrafınızda təsəlli verəcək biri olmasa, bunları oxuyun...

Ən azından 5 dəqiqə qazanarsınız.

Ölüm isə zatən gələcək, biz istəməsək belə... Və düşündüyünüz qədər də asan olmayacaq. Ona görə hadisələri tələsdirməyək. Əksinə, bizə ayrılmış zamandan, fürsətlərdən DÜZGÜN istifadə edək.

P.S. Bir keçərli məsləhət daha. Hər şeydən bezib yorulduğunuz anda İNTİHAR ƏVƏZİNƏ YATIN! Oyananda zehninizdəki duman bir az seyrələcək, İNŞALLAH.

(İslaminsesi.info)

Natəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1285   Tarix: 20 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Süni intellektə həddindən artıq güvənmək ideya yaratmaq qabiliyyətini zəiflədə bilər

Süni intellektin düşünmə prosesində daha çox məsuliyyəti üzərinə götürməsi insanların müstəqil qərarvermə və yaradıcı ideyalar hazırlamaq bacarığına mənfi təsir göstərə bilər. Psixoloqların apardığı araşdırma göstərib ki, həll yollarını əsasən süni intellektdən gözləyən iştirakçılar daha az orijinal

30.10.2026 558
.

Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?

Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri

01.11.2026 611
.

Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...

Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın

04.11.2026 459
.

Dünyanın ən kiçik avtomobili hərracda satılacaq

"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal

06.11.2026 397
.

Misir piramidalarının daşdan tikilmədiyi iddia olunur: Fizik yeni nəzəriyyə irəli sürdü

Misir piramidalarının necə inşa edildiyi ilə bağlı əsrlərdir davam edən müzakirələrə yeni bir nəzəriyyə əlavə olunub. Belçikalı nüvə fizikası professoru Gi Demortye hesab edir ki, Xeops piramidasının nəhəng blokları daş karxanalarından gətirilməyib, tikinti yerində xüsusi qəliblər vasitəsilə hazırlanıb

14:30 183
.

ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər

ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla

01.11.2026 660
.

Payızda yarpaqların rəngini dəyişən görünməz proses

Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni

06.11.2026 342
.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

16:20 172
.

Gələn il maaşlar BU QƏDƏR ARTACAQ

2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını

01.11.2026 688
.