Eduard Məmmədov yenidən dünya çempionu oldu – FOTO

Eduard Məmmədov yenidən dünya çempionu oldu – FOTOTürkiyənin Antalya şəhərində WAKO (Dünya Kikboksinq Təşkilatları Assosiasiyası) tərəfindən keçirilən dünya çempionatında Eduard Məmmədov final döyüşündə qalib olub.
BiG.AZ xəbər verir ki, Eduard Məmmədov 63 kq çəki ilə veteranlar arasında yarışda üç görüş keçirərək növbəti dünya çempionluğunu qazanıb.

O, əvvəlcə danimarkalı Yan Larseni, daha sonra argentinalı Federiko İqnasionu məğlub edib. Finalda isə o, WAKO üzrə dünya çempionatının yeddiqat qalibi olmuş italiyalı Campaolo Spanuya 3:0 qalib gəlib. Bununla da Eduard WAKO-da 5-ci, ümumilikdə isə 25-ci dünya çempionluğunu qazanıb.

Tanınmış idmançımız BiG.AZ-a açıqlama verib. O, bildirib ki, bir ildə ikinci dəfə çempion olmaq olduqca qürurverici hisdir:

"Çox sevinirəm. Azərbaycan Kikboksinq Federasiyanın prezidenti millət vəkili Adil Əliyev cənabları başda olmaqla, mənə dəstək olan hərkəsə,dostlarıma, yaxınlarıma öz dərin minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, Eduard Məmmədov ötən ay Bosniya və Herseqovinada keçirilmiş dünya çempionatında da qızıl medal qazanmışdı. O, Sarayevodakı dünya çempionatının finalında da məhz bu rəqibini 2:1 hesabı ilə məğlub etmişdi.

Onu da bildirək ki, bu dünya çempionatında Azərbaycan 12 idmançı ilə təmsil olunur. Dünya çempionatı dekabrın 1-də başa çatacaq.

Lamiyə Məmmədova

Eduard Məmmədov yenidən dünya çempionu oldu – FOTOEduard Məmmədov yenidən dünya çempionu oldu – FOTOEduard Məmmədov yenidən dünya çempionu oldu – FOTOEduard Məmmədov yenidən dünya çempionu oldu – FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1058   Tarix: 29 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

Futbolda BU DA OLDU: Baş məşqçi...

Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua

27.08.2021 1769
.

Millimizin keçmiş voleybolçusu toy etdi - FOTOLAR

Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Yakimçuk ailə həyatı qurub. -a istinadən xəbər verir ki, milliləşən legionerin toy mərasimi vətəni Ukraynada baş tutub. Xanım voleybolçu Dmitri Şatovla evlənib. Kiyevdə anadan olan Yelenanın toyu da paytaxtda gerçəkləşib. Cütlük şad gününü Kiyev vilayətind

24.08.2021 1745
.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111
.

Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"

"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın

04.09.2021 533
.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto

05.09.2021 898
.

39 il komada qalan futbolçu vəfat etdi

PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə

06.09.2021 1068
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

07.09.2021 1468