"Gilan Tekstil Park" Oeko-Tex® Standard 100 beynəlxalq ekoloji sertifikatlara layiq görülüb

"Gilan Tekstil Park" Oeko-Tex® Standard 100 beynəlxalq ekoloji sertifikatlara layiq görülüb"GİLAN TEKSTİL PARK" MMC aşağıdakı 3 məhsul qrupuna aid OEKO-TEX Standart 100 sertifikatlarını alıb:

Ağardılmış və reaktiv boyanmış 100% pambıq toxuma parçalar, ağardılmış və reaktiv boyanmış 100% pambıq hörgü və xovlu parçalar, piqment və reaktiv basqılı 100% pambıq toxuma parçalar;

Pambıq xovlu parçadan istehsal olunmuş dəsmallar, ağardılmış və reaktiv boyanmış, piqment və reaktiv basqılı pambıq toxuma parçalardan yataq dəstləri;

Ağardılmış və reaktiv boyanmış pambıq hörgü parçalardan köynəklər (t-shirt).
Məlumat üçün bildirmək istərdik ki, OEKO-TEX - 1992-ci ildə Avstriyanın Tekstil Tədqiqat İnstitutu və Almaniyanın Hohenşteyn adlı elmi-tədqiqat institutu tərəfindən əsası qoyulmuş, bir sıra kimyəvi maddələrin istifadəsinə məhdudiyyət qoyan tekstil məhsullarının beynəlxalq sınaq və sertifikatlaşdırma sistemidir. Hal-hazırda Baş ofisi İsveçrədə yerləşən, Avropa və Yaponiyadan 18 müstəqil tədqiqat və araşdırma institutunu birləşdirən, filialları 60-dan çox ölkədə yerləşən OEKO-TEX təqdim etdiyi sertifikat tekstil məhsullarının ekoloji təhlükəsizliyini təsdiqləyir. Oeko-Tex® Standard 100 sertifikatı, yoxlanılan tekstil məhsullarında Avropa Birliyində qadağan edilmiş maddələr olmadıqda verilir. Onun məqsədi sağlamlıq üçün məhsulun təhlükəsizliyinə zəmanət verməkdir. OEKO-TEX – istehsalçı üçün məhsulunun keyfiyyətini sübut və təsdiq edən ticarət nişanı olmaqla yanaşı, həm də istehlakçılar arasında kifayət qədər tanınmış və etibar qazanmışdır. Tekstil materiallarının tərkibində zərərli maddələrin test etmə prosesinin əsasını təşkil edən meyarlar siyahısı son elmi tədqiqatların nəticələrinə əsaslanır və daim yenilənir.

Sertifikatın üzərindəki mətn belə tərcümə edilir: "Bu tekstil məhsuluna etibar edin. Oeko-Tex 100 ekoloji standarta uyğunluğu yoxlanılmışdır".

Sertifikatlar təsdiq edir ki, GiLTEX brendi altında 100% pamblqdan istehsal edilən parça, hazır ev tekstili məhsulları, köynəklərdə alergiyaya səbəb olan və konserogen boyalardan və digər insan sağlamlığına zərərli kimyəvi maddələrdən istifadə edilmir. Oeko-Tex® Standard 100 təhlükəli maddənin yoxlamaları tekstil məhsulunun istifadə təyinatına görə fərqlənir. Tekstil məhsulunun dəri ilə təması nə qədər sıx olarsa, insan ekologiyasının tələbləri bir o qədər yüksək olmalıdır prinsipi tətbiq olunur. Sertifikatlaşdırma zamanı mallar 4 qrupa bölünür:
I. - Körpələr və 3 yaşa qədər uşaqlar üçün toxuculuq məhsulları və toxuculuq oyuncaqları: alt paltarları, yataq dəstləri və ləvazimatları, yumşaq oyuncaqlar, sürgülər və s.
II. - Səthinin çox hissəsi dəri ilə birbaşa təmasda olan tekstil məhsulları: alt paltarları, yataq dəstləri, xovlu məhsullar, köynəklər, bluzlar, corablar və s.
III. - İstifadəsi zamanı dəri ilə və ya onun səthinin bir hissəsi ilə birbaşa təmasda olmayan toxuculuq məhsulları: gödəkçələr, paltolar, xarici geyimi üçün materiallar və s.
IV. - İnteryer üçün dekorativ materiallar: masa örtükləri, mebel parçaları, pərdələr, həmçinin toxuculuq divar kağızları və xalçalar və s.

Yeri gəlmişkən, GiLTEX yüksək ekoloji tələblərə cavab verərək 2-ci qrup məhsullara görə sertifikatlaşdırılmışdır. OEKO-tex Standard 100 sertifikatları 12 ay müddətinə verilir, bundan sonra şirkət sertifikatların yenilənməsi üçün ərizə ilə yenidən müraciət edir. Bu halda qiymətləndirmə proseduru, şübhəsiz ki, yenidən həyata keçiriləcəkdir. Bu da o deməkdir ki, sertifikat almadan əvvəl və sonra ekoloji standartlara riayət ediləcəkdir. Oeko-tex 100 – etibarlılıq və təhlükəsizlikdir.

Xatırladaq ki, GiLTEX 2012-ci ildən Azərbaycanda, Sumqayıt şəhərində fəaliyyətə başlayan "GİLAN TEKSTİL PARK" MMC-nin ticarət nişanıdır. Müəssisədə yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilməkdədir.

Ümumi sahəsi 150.000 m2, ümumi istehsal sahəsi isə 50.000 m2 olan müəssisənin bazasında vertikal inteqrasiya sistemi ilə qurulmuş və tekstil istehsalı üzrə bütövlükdə texnoloji ardıcıllığı tam əhatə etmiş İplik fabriki, iki Toxuma fabrikləri, iki Boyama fabrikləri və Tikiş fabriki fəaliyyət göstərməkdədir. Hal-hazırda GİLAN TEKSTİL PARK-da iplik, müxtəlif növ parça, yataq dəstləri, toxuculuq məhsulları, dəsmallar, hörgü məhsulları, yorğanlar, yastıqlar, habelə oda və suya davamlı xüsusi geyimlər, müxtəlif təyinatlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar və s. istehsal edilməkdədir.

"Gilan Tekstil Park" Oeko-Tex® Standard 100 beynəlxalq ekoloji sertifikatlara layiq görülüb"Gilan Tekstil Park" Oeko-Tex® Standard 100 beynəlxalq ekoloji sertifikatlara layiq görülüb"Gilan Tekstil Park" Oeko-Tex® Standard 100 beynəlxalq ekoloji sertifikatlara layiq görülüb"Gilan Tekstil Park" Oeko-Tex® Standard 100 beynəlxalq ekoloji sertifikatlara layiq görülüb"Gilan Tekstil Park" Oeko-Tex® Standard 100 beynəlxalq ekoloji sertifikatlara layiq görülüb"Gilan Tekstil Park" Oeko-Tex® Standard 100 beynəlxalq ekoloji sertifikatlara layiq görülüb"Gilan Tekstil Park" Oeko-Tex® Standard 100 beynəlxalq ekoloji sertifikatlara layiq görülüb"Gilan Tekstil Park" Oeko-Tex® Standard 100 beynəlxalq ekoloji sertifikatlara layiq görülüb"Gilan Tekstil Park" Oeko-Tex® Standard 100 beynəlxalq ekoloji sertifikatlara layiq görülüb


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2144   Tarix: 29 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

TOP MP3