72%-lik sabunun saymaqla bitməyən FAYDALARI

72%-lik sabunun saymaqla bitməyən FAYDALARIBir zamanlar hər evdə olan 72% sabun mütləq olardı.Müasir dövrdə hər şey dəyişdiyi kimi bu sabunlarda yerini yeni sabunlara təhvil verdi. Lakin bu sabunun təkcə təmizlik üçün deyil, həm də kosmetik və başqa məqsədlərlə istifadə edə bilərsiniz.

Medicina.az xəbər verir ki, Əgər evinizdə bu sabundan yoxdursa, dərhal alın. Qiyməti də ucuz olan bu sabun sizə bir sıra cəhətdən müsbət təsir edə bilər.

Faydaları

- Saçlarınızın uzanmasını, kəpəkdən canınızın qurtulmasını istəyirsinizsə, bu sabundan başqa heç nə sizə yaxşı kömək etməyəcək. Əvvəlcə saçlarınızı şampunla yuyun. Sonra bu sabunla saçlarınızı yuyub bir neçə damcı sirkə qatılmış su ilə yaxalayın. Daha çox yağlı saçlar üçün uyğundur.

- Epilyasiyadan sonra həssas dərinin qıcıqlanmaması üçün lazım olan bölgəni bu sabun köpüyü ilə yuyun.

- Həftədə iki dəfə üzünüzü bu sabunla yuyun. Dəriniz cavanlaşacaq. Ancaq sonra uşaq kremi çəkməyi unutmayın. Effekti inanılmazdır.

- 72%-lik sabunun köpüyu və ağcaqayın budaqları qarışdırılmış buxar vannasında çimmək dərini çox yaxşı təmizləyir.

- 72%-lik sabun rinit, soyuqdəymədən qoruyur. İlk etaplarında bu sabunu suda həll edin, pambığı batırıb burnunuzun uclarını silin. Burun dəliklərini və burun ətrafı nahiyələri məişət sabunu ilə tez-tez yusanız, mikroblar ölər və tez sağalarsınız.

- Göbələk xəstəliyinin sağalmasına yardım edir. Sabuna batırılmış fırça ilə həmin bölgəni yuyun, sonra yodlayın.

- Gecə yatarkən diş fırçasını sabunlu suda saxlayın. Bu üsulla dezinfeksiya etmiş olarsınız.

- Şişkinlik və qançırlar üçün sabunu suda həll edib həmin bölgəni silin. Gündə bir neçə dəfə təkrarlayın.

- Əgər əlinizdə kəsik və ya cızıq varsa, o hissəni məişət sabunu ilə sürtün. Onda yaraya infeksiya düşməz və sağalma prosesi sürətlənər.

- Çibandan xilas olmaq üçün 1 ədəd sürtgəcdən keçirilmiş soğan, sabun və şəkər tozunu qarışdırın. Bu qarışımı çibanın üzərinə qoyub sarıyın.

- Çatlamış dabanlar üçün 2 litr isti su, 1 çay qaşığı soda və 1 stəkan sürtgəcdən keçirilmiş sabunu qarışdırıb istifadə edə bilərsiniz.

- Günəş yanması zamanı göynəmə və qabığa qarşı 72%-lik sabun müsbət təsir edəcək.

- Göyərmiş nahiyəyə buz qoymaqdansa, məişət sabunu sürtməniz daha məqsədəuyğundur. Bu sabun zərbədən əmələ gəlmiş şişkinliyi və göyərməni aradan qaldırır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 4095   Tarix: 26 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914