"Anamızı döymə! Vurma! Toxunma! Anaaa..." - VİDEO

"Anamızı döymə! Vurma! Toxunma! Anaaa..." - VİDEO"Anamızı döymə! Vurma! Toxunma! Anaaa..."
Qulagında qalan son səs budur. Uşaqlarının qışqırığı, gözü dönən adamın söyüşləri, acımasız zərbələr və bədənində dəhşətli ağrılar... Sonra isə qaranlıq...
Bu səhnə hər gün təkrarlanır. Hər dəfə bir məkanda, bir ailədə. Ömrünü paylaşdığı, övladına can verdiyi adam onun canını alır...

Noyabrın 29-da Azərbaycanın iş xanımı, YAP Qadınlar Şurasının üzvü, "Liatris Holding"-in rəhbəri Ruhi xanım Əliyevanın şəxsi təşəbbüsü ilə ənənəvi olaraq keçirilən "Qadına şiddətə son!" sosial layihəsi bu il də baş tutacaq.

Tədbir "Liatris Holding"in təşkilatçılığı, Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin dəstəyi ilə baş tutacaq.
"Qadına şiddətə son!" adlı sosial layihə çərçivəsində hər il olduğu kimi bu dəfə də cəmiyyətə müxtəlif çağırışlar nəzərdə tutulur.
25 noyabr Qadınlara zorakılığa qarşı Ümumdünya mübarizə günü ərəfəsində təqdim olunacaq layihədə fiziki, mənəvi, psixoloji, iqtisadi və seksual zorakılığa məruz qalan qadınların yaşantıları, baş vermə səbəbləri, insanın cəmiyyətdə hüquqlarını bilməməsi və laqeyd yanaşılmasından danışılacaq.

Ələlxüsus, son zamanlar daha çox gündəmi zəbt edən qadına şiddət, qadın ölümləri ilə bağlı müxtəlif sosial çarxlar hazırlanıb. Layihə çərçivəsində təqdim olunacaq çarxlarda, videomateriallarda bu zorakılığın aradan qaldırılması, qadın hüquqlarının, insan hüquqlarının ayrılmaz hissəsi olması ilə bağlı cəmiyyətə çağırışlar ediləcək.

#Səssizsiniz haştaqı ilə ixtiyarınıza verilən bir neçə saniyəlik tizerin davamı noyabrın 29-da baş tutacaq "Qadına şiddətə son!" layihəsində nümayiş olunacaq.

Eyni zamanda "JW Marriott Absheron Baku"da baş tutacaq tədbirdə tanınmış ictimai xadimlər, ziyalılar, sənətçilər, iş adamlarının bu məsələ ilə bağlı fikirləri səslənəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1041   Tarix: 18 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690