Xarici dili tez bir zamanda necə öyrənək?

Xarici dili tez bir zamanda necə öyrənək?Müasir dövrdə xarici dillərə (xüsusən ingilis dilinə) tələbat çoxdur. Kompüteri, planşetı, telefonu olanlar, internetdə hər hansı bir sahədə məluat axtaranlar dil bilməyin əhəmiyyətini daha yaxşı anlayar.

Ümumiyyətlə, nə qədər çox dil bilsək, o qədər yaxşıdır. Deyirlər, insan neçə dil bilirsə, içində o qədər şəxsiyyət vardır. Dil ünsiyyət vasitəsi olduğu üçün çox dil bilənlər öz fikirlərini daha çox insanlara çatdıra bilər, daha çox ölkələrə daha rahat, özünü qərib hiss etmədən səyahət edə bilər.

Bəs hər hansı bir dili tez bir zamanda öyrənmək üçün nə etmək lazımdır? Əlbəttə, xarici dili həmin dilin "vətənində" öyrənmək daha asandır, lakin bunu öz vətəninizdə də edə bilərsiz. Necə?

Bu məqalədə məhz bu haqda danışacağam. Dediklərim bütün dillərə aiddir, amma məsləhət görərdim ingilis dilinə tətbiq etməkdən başlayasız, çünki zamanəmizdə bu, ən qlobal dildir desəm, məncə, yanılmaram. Hansı işlə məşğul olsaz və hətta işləməsəz belə, internetlə hər hansı sahədə məlumat əldə etmək istəsəz, bu dil sizin yardımınıza çata bilər.

İndi isə keçək məsləhətlərə.

1. Dil öyrənməkdə marağın olması mühüm faktordu, çünki insan sevdiyi işin öhdəsindən daha rahat gəlir. Deməli, ilk şərt HƏVƏSLƏ öyrənməkdir.

2. Dili dilin DAŞIYICILARINDAN (o dildə sərbəst danışanlardan) öyrənmək lazımdır. Yəni hətta sözlərin mənasını belə lüğətdən yox, beyində tərcümə etmədən, həmin adamın xarici dildə verdiyi izahlarla, EMOSİYALARLA QAVRAMAQ.

3. TELEFONUN DİLİNİ dəyişib həmin dildə qoymaq.

4. Xarici dildə FİLMLƏRƏ, verilişlərə, videoçarxlara BAXMAQ. Altyazılı olması hansısa sözü anlamadıqda baxıb öyrənmək üçün yaxşıdır, amma olmasa, daha yaxşı. Çünki fikriniz danışıqda yox, yazıda qala bilər. Həm də alışqanlıq yarana bilər, real həyatda isə altyazılar olmur deyə, danışığı anlamaq o zaman daha çətin olacaq.

5. Bu dili çox EŞİTMƏK, ona alışmaq, dildə qərq olmaq. Bu dildə edilən danışıqlara, musiqilərə başqa işlə məşğul olarkən də (ev işləri görərkən yaxud sükan arxasında) qulaq asmaq olar.

6. Ucadan bu dildə kitab yaxud məqalələr oxumaq. Gündə heç olmasa bir səhifə.

7. Dilin daşıyıçılarını TƏQLİD ETMƏK, onlar kimi tələffüz etməyə çalışmaq. Onların dediklərini TƏKRARLAMAQ.

8. Bu dildə musiqiyə sözlərinin mətnini oxuyaraq, anlayaraq qulaq asmaq.

9. Alış-veriş (yaxud etməli olduğunuz işlərin) SİYAHISINI öyrəndiyiniz dildə TUTMAQ.

10. Özünüzü TƏZƏ DİL AÇAN UŞAQ kimi təsəvvür edin. Ana dilinizdəki qanunları, tələffüz qaydalarını qoyun kənara. Sıfrdan başlayın.

11. AZDAN başlamaq, özünü yükləməmək, bezdirməmək.

12. Az-az, lakin mütəmadi olaraq, HƏR GÜN dilə vaxt ayırmaq.

13. Ondan İSTİFADƏ etmək. Yaxşı olar dilin daşıyıcılarıyla (dili mükəmməl bilən kəslərlə) danışmaq. Onlara əliniz çatmasa, ətrafınızda sizin səviyyənizdə bilənlərlə də danışmaq heç danışmamaqdan yaxşıdır. Danışıq klublarına yazıla, yaxud özünüz dostlarınızla kiçik "danışıq klubu" yarada bilərsiz.

14. Bu dildə danışmaqdan UTANMAMAQ, komplekslərdən azad olmaq.

15. Bu dildə DÜŞÜNMƏK. Öz-özünlə bu dildə danışmaq (səhv etsəz də). DANIŞIĞI kameraya, yaxud səs yazıcıya YAZMAQ. Bu, özünə qulaq asıb səhvlərini bilməyə, və yaxud bir müddət sonra müqayisə etməyə, nə dərəcədə irəlilədiyinizi anlamağa kömək edə bilər.

16. Bu dildə YAZMAQ (məsələn, gününüzü necə keçirdiyiniz haqda, yaxud sosial şəbəkərəldə şərh yazdıqda).

17. Səhv etməkdən QORXMAMAQ. İnsan yıxıla-yıxıla gəzməyi öyrəndiyi kimi, danışmağı da səhv edə-edə öyrənir. Qramatikada İLİŞİB QALMAYIN. Öz səhvlərinizi özünüzə bağışlayın.

18. Təkrar biliyin anasıdır. Öyrəndiklərinizi TƏKRARLAYIN. Beyin əzələ kimidir. Daim məşq etdirmək lazımdır.

19. Fikirləri nisbətən izah edə bilmək üçün minimal baza yığılanadək, ilkin mərhələdə günə 3-4 söz öyrənməklə də başlamaq olar. Daha sonra isə SÖZ EHTİYATINIZI AZ-AZ (məsələn, həftədə 2-3 söz) artırmaq.

20. Şablon cümlələri, söz birləşmələrini öyrənmək. Bu, hansısa sözü ayrılıqda öyrənməkdən daha effektivdir.

21. Biliklərinizi artırmaq üçün mümkün qədər MEDİADAN istifadə etmək.

22. Dil öyrənmək üçün telefonunuza proqramlar da yaza bilərsiz. Məsələn, "Google translate".

23. Anlamadığınız və yeni eşitdiyiniz sözləri YAZIN. Bunun üçün ayrıca lüğət tuta bilərsiz. İnsan sözü tələffüz edərək, TƏKRARLAYARAQ YAZDIQDA daha tez yadda saxlayır.

24. Öyrəndiyiniz yeni sözləri çümlələrdə (heç olmasa fikrinizdə) İŞLƏDİN.

25. Anlamadığınız hər bir şeyi UTANMADAN SORUŞUN. İstər qarşınızdakı müəllim olsun, istər adi həmsöhbət. Çunki bilik bir xəzinədir. Onun açarı isə SUALdır...

Yəqin, siyahını başqa məsləhətlərlə də davam etdirmək olar. Amma duşünürəm ki, təkcə bunlara riayət etsəz də, tez bir zamanda nəticələrini görəcəksiz. (Islaminsesi.info)

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1381   Tarix: 18 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001