Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq - FOTO
Bakı metropoliteni xəttlərinin konseptual inkişaf sxeminə uyğun olaraq yeni stansiyalar tikilir.
BiG.AZ xəbər verir ki, perspektiv plana əsasən, ümumi uzunluğu 28,5 km olacaq mövcud Qırmızı xətt Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinədək uzanacaq. 19 stansiyadan ibarət olacaq xəttin 13 stansiyası və 1 elektrik deposu istismardadır. Layihədə "İçərişəhər" stansiyasından sonra 4, "Həzi Aslanov" stansiyasından sonra 2 stansiyanın inşası nəzərdə tutulub.
Ümumi uzunluğu 41,8 km olacaq Yaşıl xətt Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək. Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq xəttin hazırda 10 stansiyası istismardadır. Xəttin bir elektrik deposu inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir.
Perspektiv inkişaf planına uyğun olaraq, "28 May" stansiyasının layihəsini dəqiqləşdirərək yenidən qurulmasının başa çatdırılması ilə mövcud Qırmızı və Yaşıl xətlərin ayrılması onların hər birində qatarların sərbəst hərəkətinin təşkili nəzərdə tutulub.
Uzunluğu 18,5 km olacaq Bənövşəyi xətt Xocəsən qəsəbəsindən başlayaraq Qaraçuxur qəsəbəsinədək uzanacaq. Metropolitenin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları 2016-cı il aprel ayının 19-da sərnişinlərin istifadəsinə verilib. Bu xətt üzrə 6-sı keçid olmaqla,10 yeni stansiya inşa olunmalıdır. Hazırda Xocəsən qəsəbəsində Bənövşəyi xəttin deposunun, eləcə də Ceyhun Səlimov küçəsində 3-cü stansiyasının tikintisi davam edir.
Uzunluğu 16,3 km olacaq Mavi xətt Yeni Yasamal yaşayış sahəsindən başlayaraq Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə qədər uzanacaq. Xətt üzrə 7-si keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu tikiləcək.
Uzunluğu 14,7 km olacaq Sarı xətt Binəqədi rayonundan başlayaraq Səbail rayonunun Bayıl qəsəbəsinədək uzanacaq. Bu xətdə 5-i keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu inşa olunacaq.
Perspektiv inkişaf planına uyğun olaraq yeni xətlərin tunel, stansiya və depolarının inşası ilə yanaşı, mövcud stansiyaların mərhələlərlə yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunması, dərin özüllü birçıxışlı stansiyaların ikinci çıxışlarının tikintisi aparılır.
"Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi"nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud (Qırmızı, Yaşıl və Bənövşəyi) və 2 əlavə yeni xətt (Mavi və Sarı) olmaqla, 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km metro xəttindən ibarət olacaq. Metropolitenin 51 yeni stansiyanın inşa edilməsi və 84,3 km metro xəttinin çəkilməsi nəzərdə tutulub.
![Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq - FOTO](https://upload.az/foto/arxiv/1573803928_1573803293_konseptual_inkisha.jpg)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1948 Tarix: 15 noyabr 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Netanyahu: İsrail HƏMAS-ı məhv edəcək və bütün əsirləri geri qaytaracaq
İsrail HƏMAS hərəkatını məhv edəcək və radikalların Qəzza zolağında saxladığı bütün əsirləri geri qaytaracaq. "Report" xəbər verir ki, bunu ABŞ-də səfərdə olan İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində deyib. "Biz (İsrail - red.) HƏMAS-ı məhv edəcəyik və əsirləri geri qaytaracağıq
09.02.2025 194 Piyadaların həyatını heçə sayan ölkə - Oralar necədir?
"Oralarda necədir?" rubrikasının yeni buraxılışı yayımlanıb. Baku TV-yə istinadla xəbər verir ki, bu dəfə Bakıdan 3 442 kilometr uzaqda, Aralıq dənizi sahilində yerləşən Tunis Respublikasının paytaxtı Tunisdən bəhs olunub. Tarixi eramızdan əvvəl 814-cü ilə təsadüf edən, qədim finikiyalıları
09.02.2025 233 Namibiyanın ilk prezidenti vəfat etdi
Müstəqil Namibiya Respublikasının banisi olan 95 yaşlı Sem Nuyoma Vindhukdakı xəstəxanalardan birində vəfat edib. xəbər verir ki, hazırkı dövlət başçısı Nanqolo Mbumba bunu Namibiya Prezidenti Administrasiyasının "Facebook" səhifəsində açıqlayıb. "Dərin kədər və məyusluqla bu səhər,
09.02.2025 259 Bricit Makron kişi olaraq doğulsaydı necə görünərdi?
Amerikalı jurnalist Kendis Ovens Fransanın birinci xanımı Bricit Makronun əslində kişi olaraq doğulduğunu iddia edən məlumatlar yayıb. Ovensin əsas arqumentlərindən biri ondan ibarətdir ki, Bricitin uşaq vaxtına aid çox az fotoşəkli mövcuddur. Emmanuel Makronun həyat yoldaşı barədə bu cür şayiələr 2021-c
09.02.2025 512 Türkiyədə selfi çəkən Nailə qayalıqdan yıxıldı
Türkiyənin Antalya şəhərində rusiyalı qız qayadan yıxılaraq xəsarət alıb. xarici mediaya istinadla bildirir ki, 28 yaşlı Nailə Vohidova Muratpaşa ərazisində qayaların üzərində selfi çəkərkən müvazinətini itirərək qayaların üzərinə yıxılıb. Yerli sakinlər hadisə barədə təcili yardım xidmətinə məluma
09.02.2025 453 Qəza törədən qaziyə CƏZA VERİLDİ
Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən "Vətən müharibəsi iştirakçısı"na hökm oxunub. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Ağcabədi rayonun Hindarx qəsəbəsində baş vermişdi. 1991-ci il təvəllüdlü Emil Sahib oğlu Mirzayevə məxsus VAZ-21011 markalı avtomobillə 1940-c
09.02.2025 348 Meksikada avtobus və yük maşını toqquşub, 30-dan çox insan ölüb
Meksikanın cənubunda Eskarseqa şəhəri yaxınlığında avtobus yük maşını ilə toqquşub. "Report" xəbər verir ki, bu barədə yerli XEVT radiostansiyası məlumat yayıb. Sərnişin avtobusu Kankundan (Kintana Roo ştatı) Komalkalkoya (Tabasko ştatı) gedirmiş. İlkin məlumata görə, yük maşını qarşıdan gələ
09.02.2025 177 Yasamalda yaşayış binasında yanğın olub, 9 nəfər təxliyə edilib
Yasamal rayonunda yaşayış binasında yanğın olub, 9 nəfər təxliyə edilib. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərha
09.02.2025 307 Azərbaycanın bu peşə məktəbləri ilə bağlı yeni qərar
Masallı, Sabirabad və Şəki Peşə Hazırlığı Mərkəzlərinin maddi texniki-bazası və təlim-tədris materialları beynəlxalq standartlara uyğunlaşdırılacaq. Trend-in əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi bununla bağlı məsləhət xidmətlər
09.02.2025 489