Oğlunun yanında söyüş söyənin boğazından yapışdı

Oğlunun yanında söyüş söyənin boğazından yapışdı

Məşhur aktrisa Bade İşçilin keçmiş əri, iş adamı Malkoç Süalp yeniyetməni döyməkdə ittiham olunur.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, iddiaya görə, o, azyaşlı oğlu Azurla idman zalına gedib. Bu zaman məkanda basketbol oynayan bir qrup gəncin söyüşlü dialoqlarının şahidi olub.

M. Süalp yanında uşaq olduğunu bildirərək onlara xəbərdarlıq edib. Lakin 15 yaşlı S. H. iş adamı ilə mübahisə etməyə başlayıb. Bu zaman Malkoç Süalp sözügedən şəxsin boğazından yapışıb. Yeniyetmənin valideynləri hadisədən xəbərdar olduqdan sonra polisə müraciət ediblər.

Aktrisanın eks-həyat yoldaşı isə açıqlama verərək gəncin boğazından yox, ağzından tutaraq söyüş söyməyinin qarşısını aldığını bildirib.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 679 Tarix: 06.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər