Mübariz İbrahimovun vəfatından 2 il ötür

Mübariz İbrahimovun vəfatından 2 il ötür18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib, Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər vəzabitini gözlənilməz birinci həmlədə məhv edib

Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid M. Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsilini başa vuran İbrahimov həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Daha sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib, Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək, 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyan Mübariz İbrahimov səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.

Mübariz İbrahimov valideynlərinə yazdığı son məktubunda bu addımı könüllü atdığını vurğulayıb: "Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".

Azərbaycan Prezidenti Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı əsasında Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə və Biləsuvar rayonundakı küçələrdən birinə Mübariz İbrahimovun adı verilməsini təmin edilib.

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycanın Tərtər rayonu istiqamətində Ermənistan hərbçilərinin hücumunu dəf edərkən 2010-cu il iyunun 18-dən 19-na keçən gecə şəhid olmuş Mübariz İbrahimovun cənazəsi 6 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınıb. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. Bir gün sonra, noyabrın 7-də şəhid qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 10360   Tarix: 18 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq - Sürücülərin nəzərinə!

Azərbaycanın avtomobil yollarında mayın 12-də müşahidə ediləcək vəziyyət açıqlanıb.​. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarınd

21:18 72
.

Paşinyandan Qarabağla bağlı diqqətçəkən açıqlama: "Bizim deyildi"

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı növbəti dəfə diqqətçəkən açıqlama verib. xəbər verir ki, o, Sünik vilayətinin Kornidzor kəndində sakinlərlə görüşü zamanı Qarabağ məsələsinə toxunub. Paşinyan ermənilərin "Qarabağda torpaq itirilməsi" ilə bağlı iddialarına münasibət bildirərkə

10.05.2026 369
.

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirdi

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyərək 85 yeni bənd əlavə edib. "Yeni Sabah" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Nazirliyi məlumat yayıb. Rusiyanın Sosial Layihələndirmə Agentliyinin əməkdaşları, Gənclərlə İş üzrə Federal Agentliyin rəhbəri Qriqor

20:15 113
.

Almaniya müdafiə naziri Kiyevə səfər edib

Almaniyanın müdafiə naziri Boris Pistorius 11 may, bazar ertəsi günü Kiyevə səfər edərək Ukrayna rəhbərliyi ilə danışıqlara başlayıb. Görüşlərin əsas mövzusu iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi olub. xəbər verir ki, bu barədə "n-tv" məlumat yayıb. Səfər təhlükəsizli

21:45 1
.

Maksim Qalkinin Bakı gəzintisi - Fotolar

Xəbər verdiyimiz kimi, rusiyalı şoumen Maksim Qalkin bir neçə gün əvvəl Bakıya gəlib. Axşam.az-ın məlumatına görə, sənətçi konsert proqramında çıxış edib. Qalkin daha sonra şəhər gəzintisinə çıxıb. O, İçərişəhərdən fotolarını izləyiciləri ilə bölüşüb. Qalkin paylaşımına "Təşəkkürlər, Bakı"

15:35 246
.

Tailandda yeni koronavirus aşkarlandı

Tailandda yarasalarda aşkarlanan yeni koronavirusun insanlara yoluxma qabiliyyətinin "COVID-19"la müqayisədə daha zəif olduğu və indiyədək belə yoluxma hallarının qeydə alınmadığı bildirilib. RBK-ya istinadən xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət Departamentinin (DDC) baş direktoru dokto

10.05.2026 292
.

WUF13-də Startap Pavilyonu təqdim olunacaq

Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Startap Pavilyonu təqdim olunacaq. BİG.AZ "Report"a istinadən xəbər verir ki, pavilyon mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə yaradılan Biznes və İnnovasiya Mərkəzind

11:05 171
.

Tünzalə Ağayeva "Yenidən başlayaq" söylədi - VİDEO

Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə pərəstişkarlarını sevindirib. xəbər verir ki, pop ulduz yeni musiqili layihəsini təqdim edib. "Yenidən başlayaq" adlanan mahnının musiqisi Xalq artistinin özünə sözləri isə Zaur Zeynalova məxsusdur. Mahnıda klarnet parçasını Pərviz Əlikramoğlu ifa edib

16:28 199
.

Əməkdar artist qızına ev ALDI

Əməkdar artist Mətanət İsgəndərli qızı Ülkərə ev bağışlayıb. xəbər verir ki, müğənni bu haqda "Evdəkilərə salam" verilişində deyib. O bildirib əvvəllər yaşadığı evi qızına hədiyyə edib:. "İkinci övladı dünyaya gələndən sonra çətinlik çəkdi. Gəlib qışda Bakıda qalır. Həyat yoldaşı da gəli

19:45 151
.

TOP MP3