Tramvay və trolleybuslar Bakı küçələrinə qayıda bilər: Gələn il açıqlanacaq – VİDEO

Tramvay və trolleybuslar Bakı küçələrinə qayıda bilər: Gələn il açıqlanacaq – VİDEOTəxminən 20 il öncəyə kimi Bakı küçələrində sınıq-salxaq olsa da, tramvay və trolleybuslara rast gəlmək mümkün idi. Amma onların rentabelliyi, istismar müddətini başa vurması, eləcə də paytaxtın avtomobilləşməsi bu nəqliyyat vasitələrinin sıradan çıxması ilə nəticələndi. Paytaxtın inkidi abu-havası, ictimai nəqliyyatın genişlənməsi eləcə də əhali təlabatı tramvay və traleybusların yenidən bərpasını gündəmə gətirib.

ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Elməddin Muradlı – Ekspert: "Tramvay və trolleybuslar bərpa olunduqda, Bakıda istər-istəməz müəyyən infrasturuktur layihələri ixtisara düşəcək.Onsuzda tramvay xəttində də maşınlar hərəkət edir. Sadəcə tramvay gəldikdə yolu boşaltmaq lazımdı, eləcə də trolleybuslarda. Bir xətti, bir marşurutu var, onunla paralel qarşısında, arxasında maşınlar gedə bilər".

Yol hərkətinin təhlükəsizliyinə dair dövlət proqramına da daxil edilən bu məsələ, həm də ekoloji təmiz nəqliyyat növlərinə keçidi stimullaşdıra bilər. Eyni zamanda ictimai nəqliyyatın şaxələnməsinə, nəqliyyat yüküknün azalmasına yardım etmiş olacaq.

Azər Alahverənov – Ekspert: "Əgər müsbət rəy hazırlanarsa biz yaxın illərdə Bakı küçələrində tramvayları da görmüş olacağıq".

Şəhər sakini: "Tramvaylar yenidən Bakıda işə başlasalar tıxaclar da, sərnişin sıxlığı da aradan qalxar. Onların özlərinin ayrıca xəttləri var, o xətt üzrə də hərəkət edərlər. Dünyanın bütün inkişaf etmiş ölkələrində tramvay da var, trolleybus da, bizim səhvimiz ondan ibarətdir ki, bizdə ola-ola biz özümüz ondan imtina etmişik".

Mütəxəssislər deyir ki, həmin nəqliyyat növlərinin yenidən barpası uzzun müddətli bir prosesdir. Eyni zamanda paytaxt küçəlri kompleks analiz olunnmalıdır ki, xəttlərin hansı ərazidən keçməsi daha renetabelli olacağı müəyyən edilsin.

Asif İbrahimov - İdarəetmə üzrə mütəxəssis: "Bakının baş planının təhlilini aparmalıyıq, zonalaşma planlarını yoxlamalıyıq, son dövrlərdə aparılmış tikinti quraşdırma işlərinə baxmalıyıq, eyni zamanda mövcud nəqliyyat infrasturukturumuzun vəziyyətinə baxmalıyıq. Baxmayaraq ki, bu nəqliyyat vasitəsi baha başa gəlir amma hər bir halda metrodan daha ucuz olduğu sirr deyil".

Tramvay və traleybuslarla bağlı hazırlanacaq təkliflərin gələn ilin sonlarına açıqlanacağı gözlənilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1335   Tarix: 22 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Amsterdam Universitetində Fələstinə dəstək aksiyası davam edir

Amsterdamda universitetlərin birində Fələstinə dəstək aksiyası keçirilib. BİG.AZ xəbər verir ki, polis aksiyanın qarşısını almağa çalışıb. Aksiya iştirakçıları öz həmrəkliklərini bu cür nümayiş etdirdiklərini bildirib. Düşərgə qurmuş aksiyaçılara qarşı polisin sərt təxribatına etiraz edən qrup bu gü

11:53 57
.

İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - YENİLƏNİB + FOTO

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub. Bu barədə AZƏRTAC məlumat yayıb. 11:17. Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətə

12:06 173
.

Fransa polisi Fələstinə dəstək aksiyasına qatılan 2 tələbəni saxlayıb

Fransa polisi Fələstinə dəstək aksiyasına qatılan 2 tələbəni saxlayıb. xəbər verir ki, İsrailin Qəzzaya hücumlarına cavab olaraq Fransanın müxtəlif şəhərlərindəki universitetlərdə təhsil alan tələbələr Fələstinə dəstək aksiyalarını davam etdirirlər. Fələstin Elmlər Komitəsinin Po Paris məktəbinin sosia

07.05.2024 228
.

Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi

Rusiyada azərbaycanlı iş adamı vəfat edib. İqtisadiyyat.az xəbər verir ki, 40 yaşlı Rafael Qəfər oğlu Mirzəyev bir müddət əvvəl işləmək üçün Moskvaya gedib. Bizneslə məşğul olan azərbaycanlının səhhətində problemlər yaranıb. Müalicə almasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumu

12:50 470
.

Ögey atasını öldürmüşdü, cəza verilmədi

Ögey atasını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Elgün Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan araşdırma zamanı müttəhimin hadisəni törədərkən anlaqsız vəziyyətdə olması sübut olunub. Prokuro

12:23 542
.

Tamstore marketlər şəbəkəsi "Bu qiymətlər bir daha olmayacaq" kampaniyasına start verib

Hər zaman endirim kampaniyaları ilə gündəm yaradan Tamstore Marketlər Şəbəkəsi bu dəfə "Bu qiymətlər bir daha olmayacaq" kampaniyasına start verib. Marketlər şəbəkəsinin bütün filiallarında 8-14 may tarixi aralığında 500 dən çox məhsulda 70 faizə qədər endirim müştərilərini gözləyir. Endirimlə

13:00 298
.

Telman İsmayılovun adı onun ölümündə hallanır - YENİ FAKTLAR

Rusiyadakı məşhur "Çerkizovski" bazarının sabiq sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun cinayət işində yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və Daxili İşlər Nazirliyinin məlumatına görə, beynəlxalq axtarışa verilən biznesme

15:37 369
.

DİM sədri: Kütləvi imtahanları da elektron formata keçirəcəyik

Dövlət İmtahan Mərkəzinin (DİM) yeni istifadəyə verilən elektron imtahanlar korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər. BİG.AZ report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər

12:12 274
.

Dönərdən kütləvi zəhərlənmə bu səbəbdən baş verib - Rəsmi açıqlama - Video

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov İTV-yə açıqlamasında hadisənin sanitar-gigiyenik normaların pozulması səbəbindən baş verdiyini bildirib

16:24 293