Dovşan doğan qadının ilginc sirri - Həkimləri və kralı biabır edən OLAY

Dovşan doğan qadının ilginc sirri - Həkimləri və kralı biabır edən OLAYMeri Toft XVIII əsr dünya tarixində əcaib bir iz qoyub. O, dünyada ilk və sonuncu dovşan doğan qadındır.

İngiltərənin Surrey qraflığında kasıb kəndli qadın olan 25 yaşlı Meri üçüncü dəfə hamilə ikən qəribə davranışlar sərgiləyir. Əvvəlcə o, qardaşı arvadı və ərindən yeməyə dovşan əti istəyir, sonra çölə qaçıb dovşan axtarır, daha sonra isə bütün hamiləliyi boyu yuxuda hər gecə dovşan gördüyünü deyir. Bir gün tarlada işləyən qadının açılışı olur və qadınlar onu qan içində, yerdə isə kiçik dovşana bənzər hissələr düşnüş şəkildə tapır. Qadın uşaq yox, dovşan doğmuşdu.

BiG.AZ medicina.az-a istinadən xəbər verir ki, növbəti belə dovşan doğuşunu 1726-cı ildə qəkim Con Hovardın iştirakı ilə edir.O, bu dəfə də dovşan cəsədinin parçalarını "doğur". Səhəri Masts gündəliyində "bədbəxt qadın uşaq əvəzinə dovşan doğdu" adlı məqalə bütün İngiltərəni şoka salır. Şayiələr daha da zənginləşdirilərək ölkə boyu yayıldı. Hansı ki, həkim hələ bunun necə baş verdiyini araşdırıb bitirməmişdi.

Bütün qonşu əyalətlərdə insanlar danışırdı ki, Meri hər gün bir dovşan doğur və 4 saat sonra bala ölür. Bu doğuşdan çox açılışa bənzəyirdi.

Təbii ki, bu xəbərlər Londona, məşhur həkim və xəstəxanalara da çatırdı. Cərrah Nataniel Andre bu qeyri-adi qadını müayinə etmək üçün pzü ilə prins Uelskinin katibini də götürüb Merinin kəndinə gedir. Elə onların gəlişindən sonra xəbər gəlir ki, Meri yenə doğur.

15 dovşan doğuşu

Hər iki həkim prosesi izləyir və bu dəfə sayca 15-ci olan bir dovşan balası hissəcikləri doğuş yollarından çıxır. Həkim müayinədən sonra qərar verir ki, həqiqətən bu şokdur, qadın dovşana hamilə qalır və dovşan doğur. Burda heç bir aldatma yoxdur.

Növbəti doğuşda İngiltərə kralının şəxsi cərrahı Kiriak, İngiltərənin çox məşhur ginekoloqu Riçard Maninqem da iştirak edir. Hər üçü dovşan balası cəsədinin hissələrinin sancı ilə vaginadan xaric etdiyini görür. Hətta onu pişik balasına da bənzədiblər.

Krala məsələni bəyan edən həkimlər Merini tibdə nadir xəstə kimi qeyd edirlər. Amma Riçard Maninqem doğulan dovşan balasının göbək ciyəsi və plasentanın olmamasından şübhələnib, qadını müşahidə etmək və yalan gerçək olub-olmamasını dəqiqləşdirmək üçün Merini Londonda mehmanxanaya yerləşdirir.

5 gün ərzində Meri bir dəfə də olsun dovşan "doğmur". Onu həm həkimlər, həm personal güdürdü. Bir gecə xidmətçi Merinin kəndindən olan bir kişinin torbada 2 ədəd bala dovşan gətirib, qadının otağına gizlicə keçirmək istədiyini görür. Beləliklə, dovşan doğan qadının sirri faş olur.

Sən demə, Meri dovşanları ya bölərək, ya da boğub uşaqlığına yeridib, sonradan yalançı sancı çəkirmiş kimi onları uşaqlıq yolundan çıxarırdı. Qadının ilk dəfə niyə belə etməsinin dəqiq səbəbi bilinmir. Amma sonradan dovşan doğmağa davam etməsinin səbəbi kimi o məşhurlaşmaq, pul qazanmaq və qayğısız yaşamaq arzusunu göstərib. Belə ki, proses Merinin özünün də xoşuna gəlib və o bu işə aludə olub. Qadına bu işdə əri də kömək edib.

Bu hadisədən sonra jurnalistlər Kral həkimlərini savadsızlıqlarına görə ələ salıb, təhqiredici məqalələr yazdılar.

Həkimlər ictimaiyyətdən üzr istəyib, səhvlərini etiraf etdilər.

Amma hələ də Merinin həqiqətən dovşan doğduğuna inanan əyalət əhalisi və dindarlar var idi. O dövrdə hesab edirdilər ki, hamilə qadın keçirdiyi hisslər, qorxu, dəhşətli yuxular səbəbindən insan yox, qəribə məxluq və heyvan doğa bilər.

Meri Toftun məhkəmə prosesi də böyük hay-küy yaratmışdı. Kral adlı-sanlı həkimlərinin savadsızlığından və belə cəhalətə inanmasından qəzəblənmişdi.

Merini dələduzluğunu etiraf etdikdən sonra həbs etdilər və 1 il sonra sakitcə buraxdılar. Onun dilindən iltizam aldılar ki, bir də belə hoqqa çıxarmayacaq, əks təqdirdə ailəsi ilə birgə sürgün olunacaq. Məhkəmə və kral bacardıqca bu məsələləri ört basdır etdilər ki, mətbuat və jurnalistlər sussun və biabırçılıq unudulsun.

Merinin həqiqətən dovşan doğduğuna inanan həkimlər isə peşələrindən məhrum edildilər və heç kim onlara müraciət etmədi.
Meri bu hadisədən sonra 1 qız uşağı da dünyaya gətirib və 62 yaşında ölüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3125   Tarix: 15 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999