Şagirdin kumirinin seçilməsinə necə təsir etməli?-Şəmil Sadiqdən AÇIQLAMA

Şagirdin kumirinin seçilməsinə necə təsir etməli?-Şəmil Sadiqdən AÇIQLAMAŞagirdin pərəstiş obyektlərinin (kumirinin) düzgün seçilməsinə necə təsir edilə bilər?

Sonxeber.az-a bu sualın cavabını AMEA-nın əməkdaşı, "Hədəf" liseyinin qurucusu Şəmil Sadiq verib.

Şagirdlər formalaşmaqda olan bir gənclikdir, onlar formalaşma yollarında müxtəlif şəxsiyyətlərin təsirinə düşür, onları özlərinə kumir seçirlər. Bu təbii haldır. Lakin etiraf edək ki, onlar özlərini tanıma mərhələsində daha üsyankar, fərqlənməyə, inqilabçı, yenilikçi olmağa meylli olurlar. Bu gün yeniyetmə şagirdlər arasında sorğu aparsan, əminəm ki, kumir seçimində Hitler, Çe Gevara, Çingiz xan, Napoleon, Maykl Cekson və sairələri ilk sıralarda olacaq. Bunu görən valideyn də, müəllim də narahat olur ki, bu da normaldır. Deməli, hər iki tərəf öz mövqeyində haqlıdır. Məsələyə ümumi baxaq və gəlin görək bu nə qədər təhlükəlidir. Valideyn və müəllimlərin arzusu odur ki, şagirdlər, əsasən hər kəsin birmənalı şəkildə qəbul etdiyi şəxslər, bəşəriyyət üçün faydalı insanları özlərinə kumir seçsinlər, məsələn, Nizami Gəncəvi, Eynşteyn, Nəsirəddin Tusi, Şah İsmayıl Xətai, Mübariz İbrahimov və s. Əlbəttə ki, bu cür şəxsiyyətlərə də üz tutanlar az deyil, lakin şagirdlər 11-15 yaşlarında dünya lideri olmuş, dünyanın taleyini dəyişmiş, güclü şəxslərə meyllidirlər ki, bu da onların yaş xüsusiyyətidir və təbiidir. Lakin heç birimiz istəməzdik ki, övladımız böyüyüb Hitler olsun. Amma insanın fərqlənməyə və üzə çıxmağa ehtiyacı var və hər gənc buna meyllidir. Bir müddətdən sonra buna əli çatmayan və ya özünün yanlışlarını görən gənc, əlbəttə ki, bu fikrindən daşınacaq. İlk növbədə bu halları faciə zənn edib, şagirdin üstünə getməkdənsə, onunla söhbətə girib, kumir seçdiyi şəxsi tanımasına kömək etmək, onunla müzakirə etmək daha doğrudur. Məsələn, İmadəddin Nəsimi də, Cəlil Məmmədquluzadə də dövrünün etirazçılarıdır, onlar da Çe Gevara kimi reklam olunsa, diqqətçəkən tərəfləri önə çıxarılsa, şagirdlər hökmən onları da seçər. Maraqlıdır, Cəlil Məmmədquluzadə kimi, Nəsimi kimi axına qarşı gedən övladımız olarsa, ona da "dur" deyəcəyik?! Məncə, hə. Necə ki, Nəsimini, Martin Luteri cəmiyyət də o zaman qəbul etmirdi, Cəlil Məmmədquluzadə də, Mirzə Fətəli Axundzadə də cəmiyyəti qəbul etmirdi, ailələri bundan çox narahat idilər, eləcə də o cür olmaq istəyən övladlarımızı da biz qəbul etməyəcəyik. Zənnimcə, bu cür məsələlərdə sakit olmalı, onlara həqiqəti və məntiqi yanaşmanı öyrətməliyik. Özlərini ifadə etmələrinə mane olmamalıyıq. Məsələn, Şah İsmayıl Xətaini pafoslu və şablonlarla təbliğ etməkdənsə, onlara 5-10 maraqlı faktı demək və bunu araşdırmalarına yönləndirmək yetərlidir. Nəzərə alın ki, dünyanı bu günə gətirib çıxaranlar, mühitinə etiraz edənlər, ilk olaraq qəbul edilməyən, sonradan isə dahi adlandırdığımız şəxsiyyətlər olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 564   Tarix: 10 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Fransa polisi Fələstinə dəstək aksiyasına qatılan 2 tələbəni saxlayıb

Fransa polisi Fələstinə dəstək aksiyasına qatılan 2 tələbəni saxlayıb. xəbər verir ki, İsrailin Qəzzaya hücumlarına cavab olaraq Fransanın müxtəlif şəhərlərindəki universitetlərdə təhsil alan tələbələr Fələstinə dəstək aksiyalarını davam etdirirlər. Fələstin Elmlər Komitəsinin Po Paris məktəbinin sosia

07.05.2024 228
.

DİQQƏT: Azərbaycanda dönərdən zəhərlənənlərin sayı KƏSKİN ARTDI - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb. APA-nın məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb. Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir. Qeyd edək ki, məsəl

07.05.2024 867
.

"Səs yazısı yayılan bağça müdiri əmək qabiliyyətini itirib" - Rəsmi açıqlama

Abşeron-Xızı Regional Təhsil İdarəsi barəsində araşdırma aparılan Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri ilə bağlı daha bir açıqlama yayıb. "Qafqazinfo" xəbər verir ki, açıqlamada sosial şəbəkələrdə səs yazısı yayılan bağça müdiri Fəranə Məhərrəmovanın əmək qabiliyyətin

10:01 553
.

Dönərdən kütləvi zəhərlənmə bu səbəbdən baş verib - Rəsmi açıqlama - Video

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov İTV-yə açıqlamasında hadisənin sanitar-gigiyenik normaların pozulması səbəbindən baş verdiyini bildirib

16:24 293
.

Tanzaniyada qayığın batması nəticəsində 5 nəfər ölüb

Şərqi Afrika ölkəsi Tanzaniyanın Hind okeanı sahillərində qayığın batması nəticəsində 5 nəfər ölüb, 6 nəfər itkin düşüb. xəbər verir ki, rəsmilər Tanqa bölgəsində Panqaniyə gedən qayıqdan düşərək boğulan 5 nəfərin cəsədinin Keniyanın Mombasa sahillərində sürünərək sudan çıxarıldığını bildirib. 6 nəfəri

07.05.2024 212
.

"Greencard" qalibləri başlanğıcda kuryer,ofisiant kimi ağır işlərdə çalışırlar" - 2021-ci il qalibi

Yaxın günlərdə "Greencard" nəticələri açıqlandı. "Greencard" ABŞ-də işləmək və yaşamaq üçün verilən sənəddir. 2021-ci il "Greencard" qalibi Vüqar Məmmədli(ad şərtidir) -a bildirib ki, "Greencard" qalibi olmaq ABŞ-yə gedən kimi işlə təmin olunmaq demək deyil. 1

16:27 347
.

Qəzzada həlak olan BMT-nin işçilərinin sayı 188-ə çatıb

İsrail 7 aydan çoxdur ki, Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücumlar nəticəsində ölən və yaralananlar günü gündən artır. Onlar arasında BMT işçiləri də var. Ölən işçilərin sayı 188 nəfərə çatıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliy

12:00 136
.

"Avroviziya-2024" başladı

İsveçin Malmö şəhərində "Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb. Axşam.az-ın məlumatına görə, birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq. Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq

07.05.2024 518
.

Qonşu itə görə qonşusunu maşınına bağlayıb sürüdü - ANBAAN VİDEO

Antaliyanın Kaş bölgəsində qandonduran hadisə yaşanıb. xəbər verir ki, Çavdır məhəlləsində iki qonşu it üstündə dava edib. Daha sonra Şaban T. Orhan S.-i iplə maşının arxasına bağlayarq sürüyüb. Hadisə yerinə gələn polis Şaban T.-ni nəzarətə götürüb. Belindən və ayağından yaralanan Orhan S. isə təcil

16:46 263